Şahmatçılarımız
beynəlxalq
yarışda 5 medal qazanıblar
Təhsil Nazirliyinin "Təhsil" Respublika
İdman Mərkəzinin
şahmatçıları növbəti dəfə beynəlxalq
yarışdan uğurla qayıdıblar.
Yunanıstanın Kavala şəhərində məktəblilər
arasında keçirilən şahmat
üzrə dünya və Avropa
çempionatlarında Azərbaycanın 5 zəka sahibi medal qazanıb.
Şahmatın rapid növü üzrə
keçirilən dünya
çempionatında Aytən Əmrayeva (17 yaş)
qızıl, Nərmin Məmmədova (15 yaş)
gümüş, Xanım Balacayeva
(13 yaş) bürünc
medala sahib olub. Blits
yarışında isə zəka sahiblərindən Aydın
Süleymanlı (9 yaş) gümüş
və Fikrət Mustafazadə (7 yaş) bürünc medal əldə
ediblər.
Şahmatçılarımız Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilərin klassik şahmat üzrə Avropa çempionatında da uğurlu nəticələr göstəriblər. Zəka sahiblərimizdən Aytən Əmrayeva (17 yaş) gümüş, Nərmin Məmmədova (15 yaş) və Aydın Süleymanlı (9 yaş) bürünc medala layiq görülüblər.
Azərbaycan
müəllimi.- 2014.- 4 iyul.- S.3.