Ən yaxşı müəllimlərimiz

   

Alagöz QULİYEVA,

Ağcabədi rayonu Pərioğullar kənd

tam orta məktəbinin kimya müəllimi

 

1965-ci ildə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olub. 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Həmin ildən Pərioğullar kənd tam orta məktəbində kimya müəllimi işləyir. Pedaqoji fəaliyyəti dövründə dəfələrlə rayon icra hakimiyyəti və təhsil şöbəsi  tərəfindən fəxri fərmanla təltif edilib. Ali kateqoriyalı müəllimdir.  Azərbaycan Respublikası Prezidentinin 2013-cü  il  3  oktyabr tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Rayonda qabaqcıl təhsil işçisi kimi tanınır.  Şagirdlərindən bir çoxu respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə yüksək nəticələr göstərib. Qəbul imtahanlarında  yüksək bal toplayan şagirdləri respublikanın müxtəlif ali məktəblərinə daxil olub.

 

Mirvari ABBASOVA,

Ağcabədi şəhər 1 nömrəli tam

orta  məktəbin biologiya müəllimi

 

1949-cu ildə Ağcabədi rayonunda anadan olub. 1973-  ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) biologiya fakültəsini bitirib. Həmin ildən indiyədək Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Yetirmələrindən bir çoxu 600-dən çox bal toplayaraq respublikanın, eləcə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Bir çox şagirdi respublika fənn olimpiadalarının qalibi olub. Pedaqoji fəaliyyəti dövründə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin müxtəlif diplom fəxri fərmanları ilə təltif edilib. Ali kateqoriyalı müəllimdir. 2011-ci ildə "Azərbaycan ziyalısı" fəxri diplomu ilə təltif edilib.

 

Zəhra İBRAHİMOVA,

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

1952-ci ildə Ağcabədi rayonunda anadan olub. 1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Azərbaycan dili ədəbiyyat fakültəsini bitirib. Pedaqoji fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb. 1989-cu ildə "Baş müəllim" , 1997-ci ildə ali kateqoriyalı müəllim, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Şagirdlərindən 1 nəfəri Prezident təqaüdçüsüdür. Bundan başqa, bir çox şagirdi 600-dən çox bal  toplayaraq  respublikanın  müxtəlif  ali  məktəblərinə  daxil  olub.  Şagirdlərindən  respublika  fənn  olimpiadalarının    inşa  müsabiqələrinin  qalibi olanları var.

 

Həcər ƏLİYEVA ,

Ağcabədi şəhər 3 nömrəli

məktəb-liseyin ingilis dili müəllimi

 

1957-ci ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə həmin ildən Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb.

2000-ci ildən 2006-cı ilədək müsabiqə test üsulu ilə rayonda fəaliyyət göstərən ABŞ-ın beynəlxalq humanitar təşkilatı olan ADRA-nın Azərbaycandakı nümayəndəliyinin Təhsil Mərkəzində işləyib. Müasir təlimə verilən tələbləri  ödəməklə bu məktəbdə dünya standartlarına uyğun səviyyədə ingilis dilini böyük ustalıqla tədris edib. ADRA Təhsil Mərkəzi tərəfindən "Müəllimlər müəllimi" fəxri adına layiq görülüb. O, bir çox xarici treninq seminarların iştirakçısıdır müvafiq sertifikatlar alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir neçə kiçik elmi metodiki məqalənin müəllifidir. Yetirmələrindən fənn olimpiadalarının qalibi, Türkiyə, Kipr, ABŞ, Fransa, İngiltərə, Rumıniya s. kimi ölkələrdə təhsil alanları var.

 

Rəna MURADOVA,

Ağcabədi şəhər 9 nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

 

1965-ci ildə Ağcabədi rayonunda anadan olub. 1989-cu ildə Tümen Dövlət Universitetinin  romano-alman filologiyası fakültəsini bitirib. Pedaqoji fəaliyyətə 1989-cu ildə Rəncbərlər kənd tam orta məktəbində başlayıb. 1991-ci ildən  şəhər 9 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Müasir təlim metodlarından bacarıqla istifadə edir.  Yetirmələrindən bir çoxu 600-dən yuxarı bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Bundan başqa, şagirdlərindən respublikanın ali təhsil müəssisələrində çalışanlar, elmi dərəcəsi olanlar var.

 

Hazırladı: Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.3.