Ən yaxşı məktəblərimiz
Heydər Əliyev adına lisey
Lisey Təhsil Nazirliyinin
tabeliyindədir və 2004-cü ildən fəaliyyət
göstərir. Hazırda tədris ocağında 59 sinifdə
1672 nəfər şagird təhsil
alır. Onların təlim-tərbiyəsi ilə 103 nəfər
müəllim məşğul olur. Müəllimlərindən
5 nəfəri elmlər namizədi, 5 nəfəri
respublikanın əməkdar müəllimi, 1 nəfər isə
"Tərəqqi" medallıdır. Bundan
başqa, 8 nəfər müəllim
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.
Lisey 2008-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi
olub.
Liseyin şagirdləri mütəmadi olaraq fənn
olimpiadalarının respublika turunda uğurla
çıxış edirlər. Belə ki, son 4 ildə fənn
olimpiadalarının respublika turunda liseyin şagirdlərindən
6 nəfəri I yer, 1 nəfəri II yer, 3 nəfəri III yer və
5 nəfəri isə həvəsləndirici - IV yeri tutub. Şagirdlər
beynəlxalq olimpiadalarda uğurlu
çıxış edib. Əsmər
Əzizova 2005-ci ildə Tacikistanda
keçirilən 39-cu Beynəlxalq Mendeleyev
olimpiadasının, Zakir Tağızadə
isə Bakı şəhərində ilk
dəfə keçirilən 40-cı Beynəlxalq Mendeleyev olimpiadasının
iştirakçısı olmuş və
həmin olimpiadaların xüsusi
sertifikatları ilə təltif olunmuşlar.
02-10 dekabr 2009-cu il
tarixində Bakı şəhərində təbiət
fənləri (fizika, biologiya,
kimya) üzrə yeniyetmələrin (15
yaşınadək məktəblilərin) VI Beynəlxalq Elm Olimpiadası keçirilmişdir.
Bu bilik
yarışında dünyanın 49 ölkəsindən 600-dən
çox gənc iştirak
etmişdir. Respublikamızı bu yarışda təmsil edən 15 nəfər
şagirddən 3 nəfəri liseyin
şagirdləri olmuşlar. Həmin
şagirdlər olimpiadanın xüsusi
sertifikatları ilə təltif olunmuşlar.
Təhsil ocağının şagirdləri həmçinin
"İNEPO-EUROASİA"
Beynəlxalq "Ətraf Mühitin
Mühafizəsi" Layihə Olimpiadasında da
uğurla çıxış edir. Belə ki, şagirdlər bu
beynəlxalq olimpiadada müxtəlif layihələr
ilə iştirak etmiş
və yüksək nəticələr əldə etmişdir. 2008-ci ildə Zakir
Tağızadə həmin olimpiadada II yeri, 2009-cu ildə
isə I yeri tutaraq
olimpiadanın qızıl medalına layiq
görülmüşdür. Bundan başqa, 2010-cu ildə
Abbas Ağayev həmin
olimpiadada III yeri tutaraq bürünc medalla təltif olunmuşdur.
Bu il isə liseyin biologiya müəllimi Nəzakət Məmmədovanın
rəhbərliyi ilə olimpiadada iştirak edən iki nəfər
VIII sinif şagirdi Qənirə
Şirinova və Şücayət Hüseynova "Zamana meydan oxuyan ağac"
layihəsi ilə bürünc medal
qazanmışlar.
Liseyin şagirdləri müxtəlif
müsabiqə və idman
yarışlarında yüksək nəticələr əldə
edərək ümummilli lider
Heydər Əliyevin adını daşıyan tədris
ocağını layiqincə təmsil edir.
TQDK-nın
ali və orta ixtisas məktəblərinə qəbulunun nəticələrinin
elmi-statistik təhlilinə görə son 6 ildə liseyin məzunlarının
ali məktəblərə qəbulu
üzrə göstəricisi respublika və
Təhsil Nazirliyinə tabe olan
liseylər arasında ən yaxşı nəticələrdəndir. Təsadüfi deyil ki, liseyin məzunlarından
8 nəfəri Prezident təqaüdünə
layiq görülüb.
Ötən dərs ilində liseyi bitirən
məzunlardan 130 nəfər ali məktəbə
sənəd vermiş, onlardan
109-u respublikamızın, 1 nəfəri isə xarici ölkənin ali məktəblərinə
daxil olmuşlar. Məzunların 34 nəfəri 500-dən yuxarı (bunlardan isə 12 nəfəri 600-dən
yuxarı) bal toplamışdır. Ötən
il liseyi bitirən məzunların
9 nəfəri xüsusi nümunəli attestat (qızıl medal)
almışdır və onların hər biri
600-dən yuxarı bal toplayaraq
müxtəlif ali məktəblərə
daxil olmuşlar. Liseyin 2007-ci il məzunu Emil Abbasov respublikada
ilk dəfə TQDK-nın keçirdiyi
qəbul imtahanlarında ölkə üzrə 700 bal toplamış 3 məzundan biri
olmuşdur. E.Abbasov Cənubi
Koreyada Kyung Hee Universitetində kompüter
mühəndisliyi ixtisası üzrə bakalavr
təhsili almışdır. O, hazırda ABŞ-ın Nyu-York
Universitetində kompüter mühəndisliyi
üzrə magistr təhsili alır. Bundan başqa, məzunlardan
7 nəfəri xaricdə təhsil alır.
Akademik Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey çox gənc
olmasına baxmayaraq artıq ölkədə böyük
uğurları ilə tanınır.
Bu
təhsil müəssisəsi 2008-2009-cu tədris ilində fəaliyyətə
299 nəfəri lX, 51 nəfəri X sinfə
qəbul etməklə başlamış, həmin tədris ilində burada şagirdlərin
təlim-tərbiyəsi ilə məşğul olmaq üçün 27 nəfərdən
ibarət pedaqoji kollektiv
formalaşdırılmışdır.
Təhsilin təmayüllər
üzrə təşkil edildiyi lisey yarandığı vaxtdan
həm IX, həm də XI siniflərin
buraxılış imtahanlarının nəticələrinə
görə hər il respublikada
birincilər sırasında olub. Qəbulun lX sinifdən aparıldığı bu təhsil
ocağında hazırda 600-ə yaxın şagird
təhsil alır. 2008-2013-cü illər ərzində liseyi I ixtisas qrupu üzrə 146 nəfər, II ixtisas qrupu üzrə
159 nəfər, III ixtisas qrupu
üzrə 115 nəfər və IV ixtisas qrupu üzrə 80 nəfər bitirib və onların hamısı müxtəlif
ali məktəblərə qəbul olunub. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının məlumatına əsasən,
liseyin şagirdlərinin ali
məktəblərə qəbul üzrə orta
balı 2010-2011, 2011-2012 və
2012-2013-cü tədris illərində müvafiq
olaraq 509, 501 və 505 olub. 500 məzundan 5-i qızıl, 4-ü gümüş
medala layiq görülüb, onlardan 113 nəfəri ali məktəblərə qəbul imtahanlarında
600-dən çox bal
toplayıb. 2010-2013-cü illər ərzində liseyi bitirən məzunlardan 2 nəfəri Kanada, 9 nəfəri Amerika
Birləşmiş Ştatları, 18 nəfəri Türkiyə,
24 nəfəri Avropa, 7 nəfəri isə
Rusiyanın ən nüfuzlu universitetlərinə
daxil olub.
Liseyin şagirdləri
daim gündəlik təlim prosesində tədris
edilən fənləri dərindən öyrənməyə,
bilikləri mənimsəməyə
çalışır, öz intellektual səviyyələrini
yüksəltməyə can
atırlar. Bununla yanaşı, onlar müxtəlif
bilik yarışlarında, olimpiada və müsabiqələrdə də
fəal iştirak edir
və bu sınaqlarda ölkə, eləcə
də beynəlxalq səviyyədə böyük
nailiyyətlər qazanırlar.
2010-cu ildə X sinif şagirdi
Lalə Məzahirli Azərbaycan tarixi,
2011-ci ildə isə IX sinif şagirdi Ramiz
Şaxmalıyev informatika, X sinif şagirdi Kamran Nəbiyev riyaziyyat fənni
üzrə məktəblilərin fənn
olimpiadalarının şəhər turunda I yerə layiq
görülüblər.
Fənn
olimpiadalarının respublika turunda 2010-cu ildə X sinif
şagirdi Səbinə İsayeva
informatika fənni üzrə II, X sinif şagirdi Əfrus İbrahimova
kimya fənni üzrə II, IX sinif şagirdi Gülşən Əlizadə Azərbaycan
dili və ədəbiyyat fənni üzrə
III, 2011- ci
ildə XI sinif
şagirdi Lalə Əhmədova riyaziyyat fənni üzrə III yerə layiq
görülüblər.
Akademik Z.Əliyeva adına liseyin
şagirdləri ötən tədris illərində fənn
olimpiadaları ilə yanaşı,
"İNEPO-EUROASİA"
və "İNTEL-
İSEF" kimi
nüfuzlu beynəlxalq bilik
yarışlarında da öz
qüvvələrini sınayaraq müəyyən nailiyyətlər
əldə ediblər.
"Sabahın
alimləri" II Respublika müsabiqəsində bu
liseyin
qızıl medala layiq
görülmüş X və XI sinif
şagirdləri Elnur Əliyev və Suad
Baxşıyev 2013-cü ilin may ayında
ABŞ-ın Arizona ştatının Finiks
şəhərində keçirilən "İNTEL-
İSEF" Beynəlxalq Elm və Mühəndislik
Sərgisində iştirak edərək sertifikata
layiq görülüblər.
Ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyində və Bakı Slavyan Universitetində keçirilən elmi-praktik konfranslarda da bu təhsil
ocağının şagirdləri çox
fəal iştirak edərək uğurlu
çıxışları ilə fərqləniblər. Belə nailiyyətlərdən biri kimi IX sinif
şagirdi Rafiq
Hadıyevin "Müasir Azərbaycan ulu
öndər Heydər Əliyevin ideyaları
işığında" X Şagird -Tələbə Elmi
Konfransında I yeri tutmasını göstərmək olar.
Hazırda liseydə
şagirdlərin təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. Qabaqcıl təcrübəsi ilə
seçilən bu pedaqoqlardan
3 nəfəri əməkdar müəllim, 1 nəfəri fəlsəfə üzrə elmlər
doktoru, 2 nəfəri
elmlər namizədidir. 8 nəfər SƏn yaxşı
müəllim" müsabiqəsinin
qalibidir, 2
nəfər isə STərəqqiT
medalına layiq görülüb.
Müəllimlərin çoxu müxtəlif
dərsliklərin, dərs vəsaitlərinin müəllifləri
olmaqla yanaşı, həm də dərsliklərin qiymətləndirilməsi
üzrə komissiyaların üzvləridir. Akademik Zərifə
Əliyeva adına liseydə pedaqoji fəaliyyət
göstərən müəllimlər bilik
səviyyələrini və peşəkarlıqlarını
artırmaq məqsədilə müntəzəm olaraq təlim kurslarında, treninqlərdə, təhsil sahəsinin aktual məsələlərinə həsr olunan seminar və elmi konfranslarda iştirak edirlər.
6 nömrəli məktəb-lisey
100 ildən çox tarixi olan 6 nömrəli
məktəb-lisey öz ənənələri
ilə respublikanın ən
qabaqcıl məktəblərindən biridir. 2008-ci
və 2013-cü illərdə
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olan məktəbin kollektivinin hər
bir üzvü bu adın məsuliyyətini dərk edərək daha əzmlə
çalışır,
respublikamızda təhsil islahatlarının uğurla həyata keçirilməsində var qüvvəsini əsirgəmir.
Məktəb-liseydə
3 bölmə üzrə (Azərbaycan, rus,
ingilis) təhsil alan
2000-ə yaxın şagirdin təlim-tərbiyəsi
ilə 128 müəllim məşğul olur.
Onlardan 3 nəfəri əməkdar müəllim,
3 nəfəri "Qabaqcıl təhsil işçisi",
1 nəfəri "Tərəqqi" medallı, 3 nəfəri
elmlər namizədi, 14 nəfəri isə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
Şagirdlərin
"Sabahın alimləri"
Respublika müsabiqəsində
I, fənn olimpiadalarında I,
II, III yerlərə, "İNEPO-EUROASİA" beynəlxalq
Ətraf Mühitin Mühafizəsi Layihəsi
Olimpiadasında 3 il gümüş
və qızıl medala layiq
görülməsi, Ukraynada keçirilən
"Məqsəd tələbə" yarışında, "Ulu öndər Heydər Əliyev şagirdlərin
gözü ilə" inşa
müsabiqəsində və digər inşa
müsabiqələrində
qazandıqları uğurlar bu təhsil ocağında istedadlı şagirdlərlə işin düzgün qurulmasından xəbər verir.
Məktəbi bitirən
məzunların 99 faizi təhsillərini
respublikanın, eləcə də
dünyanın müxtəlif ali məktəblərində davam etdirirlər.
Təkcə keçən dərs ilində 26 məzun dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub.
Pedaqoji kollektivdə fənn kurikulumları
üzrə təlimçilər,
metodik vəsait, dərslik müəllifləri
olan, eləcə də elmi-kütləvi,
təşkilati-metodik yazılarla dövri
mətbuatda çıxış edənlər də var. Bütün müəllimlər İKT
bacarıqlarına treninqlərə cəlb edilərək yiyələniblər.
Məktəbdə fəaliyyət göstərən kurikulum mərkəzinin işini
xüsusi qeyd etmək
lazımdır. Müəllimlərlə keçirilən seminar və
treninqlərdə yeni təhsil
texnologiyaları öyrədilir, müəllimlər
qabaqcıl təcrübələri ilə
bölüşürlər. Məhz qazanılan təcrübələrin
nəticəsində məktəbin
hər bir müəllimi dərslərini günün tələbləri
səviyyəsində qurur.
Yaradıcı
şagirdlərin istedadını üzə çıxarmaq, inkişaf etdirmək məqsədilə məktəbdə hər ay
sınaq imtahanları keçirilir. Məktəb-liseydə fəaliyyət
göstərən Kiçik Akademiyada
şagirdlər müxtəlif elmi işlərə
cəlb olunur, tədqiqatlarının nəticələrini
yoldaşları ilə bölüşürlər. Məktəb
Parlamentinin rolunu da xüsusilə qeyd etmək
lazımdır. Tədbirlərin
hazırlanmasında şagird parlamentinin rolu əvəzolunmazdır.
Təhsil müəssisəsində keçirilən fənn həftələrinə
də şagirdlər xüsusi həvəslə
hazırlaşırlar. Müxtəlif viktorinalar,
teatr tamaşaları, konfranslar,
"dəyirmi masa"lardan
sonra yekun tədbiri ilə
həftəyə son vurulur,
şagirdlərin hazırladıqları divar
qəzetləri, bukletlər nümayiş etdirilir.
Görülən bütün işlər
məktəbin www.məktəb.az saytında öz
əksini tapır. Məktəb respublika və beynəlxalq əhəmiyyətli
layihələrdə - Azərbaycan Respublikası Təhsil Nazirliyi və "British Council" təşkilatının birgə
layihəsi, "İngilis
dilinin intensiv tədrisi",
"Elektron məktəb", "AFR-lə
əməkdaşlıq çərçivəsində alman dilinin tədrisi
layıhəsi", "One to one" və s. layihələrdə
fəal iştirak ediir.
2012-2013-cü tədris
ilindən başlayaraq respublikada ilk olaraq dövlət ümumtəhsil məktəbləri
arasında 6 nömrəli məktəb-liseydə
Beynəlxalq Bakalavriat Proqramı (BBP) tətbiq
olunur. Tədris ingilis
dilində olan Beynəlxalq Bakalavriat
Proqramında təhsil (www.ibo.org) bir
neçə mərhələyə - PYP (ibtidai
siniflər), MYP (V-IX siniflər),
DP (X-XI siniflər ) bölünür. Bu proqramın qəbul olunması, tədrisə
başlanması, icazə
alınması üçün müəllimlər müxtəlif treninqlərdə, beynəlxalq seminarlarda, Work Shoplarda (İsveçrə, İtaliya,
Almaniya və Rusiyada) iştirak etmiş, öz üzərlərində
çalışaraq müəyyən təcrübə
qazanmışlar.
İbtidai və X-Xl siniflər
üzrə proqramın tətbiq olunduğu
6 nömrəli məktəb-liseydə 2014-2015-ci tədris ilindən etibarən MYP (V-IX siniflər)
üzrə də qəbul aparılacaqdır.
Təhsil
müəssisəsini bitirən məzunlara BBP diplomu
ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin
məzunlarına verilən sənəd - attestat
da təqdim olunur.
11-ci sinfin sonunda bir dəfə imtahan verməklə topladıqları ballara əsasən
BBP diplomu alan məzunlar
seçdikləri ali məktəblərə - dünyanın
130-dan çox ölkəsinin - Oksford, Kembric, Harvard, Yel və s. kimi ən nüfuzlu universitetlərinə imtahansız qəbul
olunmaq hüququ
qazanırlar. Təhsil müəssisəsində BBP çərçivəsində
xaricdən dəvət olunmuş müəllimlər
çalışırlar. Məktəb-lisey MDB ölkələri
üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. Məktəbdə tətbiq
olunan kurikulum Milli Kurikuluma inteqrasiya olunub.
Məktəb həmişə
öz adlı-sanlı məzunları ilə
fəxr edir. Bu məktəbin
də adını ucaldan yüzlərlə
məzunu var. Qürur
hissi ilə qeyd etməliyik
ki, respublikamızın Prezidenti
İlham Əliyev də 6 nümrəli məktəbin yetirməsidir.
Prezidentin təhsil aldığı məktəbdə
çalışmağın böyük
şərəf, eyni zamanda
çox məsuliyyətli olduğunu
bu gün 6 nömrəli
məktəb-liseydə fəaliyyət göstərən hər
bir müəllim yaxşı dərk edir.
Bakı Avropa Liseyi
Bakı Avropa Liseyi Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində olan
istedadlı uşaqlar üçün
təşkil olunmuş dövlət məktəbidir.
Bakı Avropa Liseyi
yüksək tədris standartlarına əsaslanan, şəxsiyyətə
yönəlmiş və demokratik prinsiplərə
əsasən idarə olunan innovativ məktəb kimi
yüksək imicə malikdir. Fəaliyyət
göstərdiyi 23 il ərzində
(1991-2014) Bakı Avropa Liseyinin
22 buraxılışı olub. Liseyin əsas məqsədi
istedadlı uşaqların intellektual və
yaradıcı potensialının üzə
çıxarılması və inkişafı, onların
şəxsiyyətinin yüksək mənəvi və mədəni
dəyərlərə əsaslanaraq
formalaşdırılmasıdır. Lisey
2002-ci ildən UNESCO-nun Assosiativ
məktəblər şəbəkəsinin üzvdür.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi
olub. Yüksək səviyyədə maddi-texniki baza ilə təchiz
olunan liseydə elektron
giriş sistemi mövcuddur. Artıq 3 ildir
ki, qiymətləndirmə yalnız elektron jurnal vasitəsilə
həyata keçirilir. Təhsil
ocağında şagirdlərin özünüidarəetmə
orqanları (Birləşmiş Liseyistlər Təşkilatı,
"ICT Masters Organization"),
elmi klublar ("Kiçik Elmlər Akademiyası", "Gənc
Erudit Klubu"), intellektual klublar ("Breyn-ring" və "Nə? Harada? Nə zaman?", "Debat", "SHK",
"Pecha-Kucha"), incəsənət
klubları (rəqs, təsviri incəsənət, dram, kino), idman
dərnəkləri (basketbol, futbol, şahmat) fəaliyyət
göstərir. 2007-ci ildən fəaliyyət göstərən
unikal şagird təşkilatı
-"Birləşmiş Liseyistlər Təşkilatı"
(BLT) uşaqların şəxsiyyətinin
inkişafı üçün sosial şərait yaradır ki
, o həm məktəb icmasının vacib ehtiyaclar və
maraqlarına nail olmağa,
həm də şagirdlərin məsuliyyətini, fəallığını
və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirməyə zəmin yaradır. Bu təşkilatda iştirak
etməklə şagirdlər liderlik və
əməkdaşlıq sahəsində qaydaları öyrənmək
və təcrübə toplamaq imkanı əldə
edirlər .
Tədris müəssisəsi
hər il qəbul imtahanlarında 100%-lik nəticə
göstərir. Belə ki, liseyin
məzunlarının hər biri yüksək
bal toplayaraq ali məktəblərə daxil
olurlar. Qeyd edək ki, təhsil
ocağı Azərbaycanda ali məktəblərə
daxil olanların sayına görə ən
yüksək reytinqə malikdir.
2011-2014-cü illər ərzində liseyi
bitirən məzunlardan 15 nəfəri qızıl, 2 nəfəri
gümüş medalla
təltif olunmuşdur. Liseyin məzunları
arasında 1 Prezident
təqaüdçüsü var. Məzunlardan
ABŞ, Kanada, Böyük
Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiya,
İsveçrə, İspaniya, Çin, Yaponiya, Dubay, Çexiya,
Bolqarıstan, Sinqapurda öz
təhsillərini davam etdirənlər var. Xaricdə oxuyan məzunların
20%-i təhsillərini "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
alırlar. Mikayıl Qasımov Harvard, Leyla Əliyeva Prinston
universitetlərinə tam təqaüd almaqla qəbul olan ilk azərbaycanlı gənclərdir. Sevindirici haldır ki, məzunlardan
Miçiqan Universitetinin
tələbəsi Ceyhun Qafarov
və Prinston Universitetinin
tələbəsi Leyla Əliyeva Nobellər
ailəsi tərəfindən təsis edilmiş
"The National Society of High
School Scholars" cəmiyyətinə
üzv seçilib.
Liseyin şagirdləri mütəmadi olaraq respublika daxilində
və beynəlxalq arenada müxtəlif təhsil
layihələrində, idman
yarışlarında və yaradıcılıq müsabiqələrində uğurla iştirak edirlər. Belə ki, son 4 il
ərzində liseyin şagirdlərindən
20 nəfəri "İNEPO-EUROASİA" Beynəlxalq
"Ətraf Mühitin Mühafizəsi"
Layihə Olimpiadası, "Sabahın alimləri" və
digər beynəlxalq müsabiqə və layihələrdə
iştirak edərək qalib
adını qazanıblar. Bu il liseyin şagirdləri nüfuzlu beynəlxalq müsabiqələrdən
biri olan "İNTEL İSEF" layihə
olimpiadasında Azərbaycanı təmsil edib.
Bakı Avropa Liseyində yüksək ixtisaslı müəllimlər
çalışır. Onlardan elmi dərəcəsi, beynəlxalq
sertifikatları olanlar var. Liseyin müəllimlərindən 8
nəfəri "Əməkdar
müəllim" fəxri adına layiq
görülmüş, 1 nəfəri "Tərəqqi"
medalı ilə təltif edilmiş,
16 nəfər isə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur. Bundan
başqa, 17 nəfər müəllim Təhsil Nazirliyi tərəfindən
"Qabaqçıl təhsil işçısi"
döş nişanı ilə təltif edilmişdir.
"Microsoft İnnovative Teacher" layihəsində təhsil
müəssisəsinin müəllimləri iki dəfə
qalib olaraq Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil edib. Bundan
başqa, təkcə 2013-2014-cü illər ərzində 8 dəfə
UNESCO-nun "Learning For the Future" layihəsində öz
şagirdləri ilə iştirak edən müəllimlər
3 dəfə bu layihənin qalibi olaraq sertifikat qazanıb.
Bakı
Dövlət Universitetinin
nəzdində
"Gənc
istedadlar" liseyi
2007-ci ildən fəaliyyətə
başlayıb. Azərbaycan və rus
bölmələrində 518 nəfər şagird təhsil
alır. Onların təlim-tərbiyəsi
ilə 75 nəfər müəllim məşğul olur.
Müəllimlərin 1 nəfəri elmlər doktoru, 21 nəfəri
isə elmlər namizədidir.
Bundan başqa, 2 nəfər müəllim isə "Əməkdar
müəllim" fəxri adını daşıyır.
Lisey
2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına
əsasən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
Liseyin
5 buraxılışı olub. 2009-cu ildən
2013-cü ilə qədər
liseyi bitirən məzunların
hər biri nüfuzlu ali məktəblərə qəbul
olunub. Qəbul imtahanlarında liseyi bitirən 142 məzundan 76
nəfəri 500-dən, o cümlədən
33 nəfəri 600-dən çox
bal toplayıb.
Onların 44 nəfəri BDU-da təhsil alır.
TQDK-nın qəbul imtahanlarındakı
nəticələrlə bağlı
yaydığı statistik
məlumatlara əsasən,
lisey məzunların bütün buraxılış
illərində topladıqları
orta bala və fənlər üzrə düzgün cavabların faizinə görə həmişə
qabaqcıllar sırasında
olub. 2013-cü ildə liseyin
məzunları qəbul imtahanlarında topladıqları orta bala (509) görə Təhsil
Nazirliyinin tabeliyində olan
və özəl liseylər arasında I yeri tutub.
Məzunların 3 nəfəri
Prezident təqaüdünə, 9 nəfəri
qızıl medala layiq
görülüb. Liseyi
bitirən şagirdlərdən 3 nəfəri Kanadanın Toronto və Vaterloo
universitetlərində, 3 nəfəri Rusiyanın, 7 nəfəri
isə Türkiyənin nüfuzlu universitetlərində təhsil alır.
Təhsil
ocağının şagirdləri respublika
və beynəlxalq olimpiadalarda, müxtəlif
intellekt, bilik və idman yarışlarında bir
çox uğurlar əldə
edib. Belə ki, fəaliyyəti
dövründə liseyin şagirdləri respublika fənn olimpiadasında 10 dəfə
I yerə, 9 dəfə isə II və III yerlərə layiq görülüblər.
2011, 2012 və
2013-cü illərdə kimya fənni üzrə respublika
olimpiadasının qalibi olmuş
Sona Quluzadə 2012-ci ildə Astana, 2013-cü ildə isə Daşkənd
şəhərlərində keçirilmiş
Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanıb. O, bu
uğurlarını 2013-cü ilin iyul ayında Moskvada 78
ölkənin iştirakı ilə keçirilmiş
Məktəblilərin Ümumdünya Kimya
Olimpiadasında davam etdirmiş
və bürünc medala
layiq görülmüşdür.
Sona hazırda Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil alır.
Bu il fənn
olimpiadasının şəhər turunda
Bakı şəhəri üzrə I yerə layiq
görülmüş 18 nəfər
şagirddən 4 nəfəri "Gənc istedadlar"
liseyinin şagirdləridir. Onlar bir tədris ili müddətində təqaüdə layiq görülmüşlər. Bundan başqa, 2014-cü ilin aprel ayında
AMEA-nın Fizika İnstitutu
ilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin
birgə keçirdiyi olimpiadada
"Gənc istedadlar" liseyinin
X sinif şagirdi Nuru Nurdil I yeri
tutub.
"Ətraf
Mühitin Mühafizəsi" Beynəlxalq
Layihə Olimpiadasında liseyin şagirdləri
2011-ci ildə III (Fidan Qurbanova
və Nicat İsazadə), 2013 və 2014-cü illərdə
isə I yerə (qızıl medala) layiq görülüb (2013-cü ildə İbrahim Abbasov və Gülər Əliyeva,
2014-cü ildə Barat Orucov
və Minəxanım Rəsulova).
2011 və 2012-ci ilin may ayında İstanbul şəhərində keçirilmiş Beynəlxalq Tədqiqatlar
layihələri sərgisində Aygül
Həsənli mükafatçılar sırasında olaraq kubok və sertifikata layiq görülüb.
Bakı
və Sumqayıt məktəbliləri arasında keçirilən
"Sabahın alimləri" Respublika
müsabiqəsində liseyin şagirdlərindən
2012-ci ildə 5 nəfəri I, 3 nəfəri II, 4 nəfəri
III, 2013-cü ildə 5 nəfəri I, 7 nəfəri II,
2014-cü ildə 4 nəfəri I, 3 nəfəri II, 2 nəfəri isə III olub. Birinci mükafata layiq
görülən şagirdlərdən Mahirə Səfərəlizadə
və Arif Bayramov
2012-ci ildə, Vəfa Tağıyeva, Nuru
Nurdil və Mustafa
Hacıyev 2013-cü ildə, Ayaz Abuzərov
və liseyin direktoru professor Qasım Hüseynov
2014-cü ildə ABŞ-da keçirilən
beynəlxalq müsabiqədə
respublikamızı təmsil edib.
2012-ci
ildə X sinif şagirdi
Nərmin Abbasova ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı
müsabiqəsinin qalibi olub.
2011-ci ildə Kamil Yusubov,
2013-cü ildə isə Aidə Həbibova adıçəkilən
müsabiqədə mükafatçılar sırasında olub.
Liseyin şagirdləri idman
yarışlarında da bir
sıra uğurlar qazanıblar. Pərizad Quliyeva idmanın akrobatika növü üzrə yeniyetmələrdən
ibarət Azərbaycan çempionu, həmçinin
2012-ci il "Dünya
kuboku" yarışının gümüş mükafatçısı olub.
Şagirdlərin meyil və maraqları nəzərə
alınmaqla liseydə mütəmadi olaraq
respublika elmi konfranslar keçirilir. Bundan başqa, liseyin fəaliyyəti dövründə
müəllimlərin 25 dərs vəsaiti, 173 elmi
və elmi-metodiki məqaləsi, 140 tezisi çap olunub, 3 Azərbaycan
patenti alınıb.
Hazırladılar:
N.RƏHİMOV, H.ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.5.