Abdulla Şaiqin mənzil-muzeyində
Mirzə Şəfi Vazehin xatirəsi anıldı
İyunun 24-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının
dünya şöhrətli klassiki, maarifçi şair Mirzə
Şəfi Vazehin anadan
olmasının 220 illiyi münasibətilə
"dəyirmi masa" keçirildi.
Tədbirdə
Abdulla Şaiqin mənzil-muzeyinin
əməkdaşlarının ev sahibliyi ilə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
müəllimi, dosent, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Minəxanım
Əsədova, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin müəllimi, dosent, filologiya üzrə
fəlsəfə
doktoru, şairə Təranə Yusifli Turan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva,
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Könül Nəhmətova,
Səməd Vurğunun mənzil-muzeyinin əməkdaşları
Səidə Abdullayeva və Esmira Xankişiyeva və
digər qonaqlar
iştirak edirdilər.
Abdulla Şaiqin nəvəsi,
mənzil-muzeyin direktoru Ülkər
Talıbzadə qonaqları salamlayaraq Mirzə
Şəfi Vazehin yubileyinin
burada keçirilməsinin təsadüfi
olmadığını söylədi. Bildirdi
ki, bu iki
şəxs çox yaxındır. Abdulla Şaiq dərsliklər
tərtib, klassikləri tədqiq edib, Mirzə
Şəfi Vazeh də Abdulla
Şaiqin tədqiq etdiyi
nümayəndələrdəndir. Hər ikisi
maarifçi şair,
tərcüməçi olublar, eyni istiqamətdə
çalışıblar. Sonra Mirzə Şəfi Vazehin
şəxsiyyətini və
yaradıcılığını işıqlandıran slayd-şou izlənildi.
"Dəyirmi masa"da Abdulla
Şaiqin mənzil-muzeyinin elmi
işçiləri Günel Rəsulova, Humay Teymurova, Elminaz Məmmədli
məruzələrlə çıxış etdilər. Məruzələrdə Mirzə Şəfi
yaradıcılığı öz dolğun ifadəsini tapdı. Gənc tədqiqatçılar
Mirzə Şəfinin Avropada məhşurlaşması
faktına ətraflı nəzər saldılar. Şairin təsəvvüfi görüşlərinin
işıqlandırılması "dəyirmi masa"
iştirakçılarının xüsusi
diqqətini çəkdi. Həmçinin məruzəçilərin
öz çıxışlarını ədəbi
bir formada, kompozisiya şəklində təqdim etmələri
də çox bəyənildi. Gənc tədqiqatçıların
məruzələri ətrafında maraqlı diskussiya
aparıldı. Tədbir iştirakçıları məruzələrə
öz münasibətlərini bildirməklə
yanaşı, geniş polemika
ilə mövzuları davam etdirdilər.
Məruzələrdən sonra Mirzə Şəfi Vazehin sözlərinə yazılmış romans səsləndirildi. Abdulla Şaiqin mənzil-muzeyinin ənənəsinə uyğun olaraq söhbət çay stolunun ətrafında aparılmaqla tədbir yekunlaşdırıldı.
Könül
NƏHMƏTOVA
Azərbaycan
müəllimi.-
2014.- 4 iyul.- S.12.