Ümumtəhsil məktəblərinin

2014-2015-ci dərs ilinə aid tədris

planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:       

 

1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilsin:

1.1. Ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);

1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr);

1.3. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr);

1.4. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr);

1.5. Azsaylı  xalqların  dilləri  öyrədilən ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr);

1.6. Tədris  planlarına  dair "Qeydlər" (13 nömrəli əlavə).

2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

4 iyul 2014-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 11 iyul.- S.2.