Tədris planlarına dair qeydlər
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
2. Tədris dilindən
asılı olmayaraq, bütün
ümumtəhsil məktəblərində xarici
dilin tədrisi I (birinci)
sinifdən başlanır. Tədrisi I (birinci)
sinifdən başlanan xarici
dil şagirdin məktəbdə
öyrəndiyi əsas xarici dil hesab edilir.
3. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir.
4. Bu "Qeydlər"in 3-cü bəndində
nəzərdə tutulan şərt ödənilməklə
bir neçə xarici
dil tədris olunan məktəbdə
övladı üçün müvafiq xarici dil onun valideyni
(digər qanuni nümayəndəsi) tərəfindən
seçilir.
5. Valideynlərin (digər
qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil
qrupu təşkil oluna
bilər. Bu halda
aşağıdakılar nəzərə
alınmalıdır:
5.1. Həmin sinfin bu "Qeydlər"in
19-cu bəndində nəzərdə tutulmuş
qayda üzrə 2 (iki)
qrupa bölünməsi.
5.2. Bu
qrupların dil seçiminə görə
bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi.
5.3. Məktəbdə
həmin xarici dillərin hər biri üzrə ən azı iki
nəfər müəllimin olması.
6. Ümumtəhsil məktəblərində
ikinci xarici dil V (beşinci) sinifdən
etibarən tədris olunur.
7. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
8. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə
əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil
müəssisələrindən müəllim (mütəxəssis)
dəvət oluna bilər.
9. I və V (birinci və beşinci)
siniflərdən başlayaraq tədris
edilən xarici dillərin növbəti
siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir.
10. Xarici dil (dillər)
üzrə müvafiq pedaqoji
kadr potensialı olmadığı halda:
10.1. İbtidai
siniflərdə xarici dilə ayrılan saat ana dilinin
(tədris dili) tədrisinə verilir.
10.2. V-VII (beşinci-yeddinci) siniflərdə xarici dilə ayrılan saatlar
hər birinə 1 (bir) saat
olmaqla ana dili (tədris dili),
"Ədəbiyyat" və "Riyaziyyat"
fənlərinin tədrisinə verilir.
10.3. VIII-XI (səkkizinci-onbirinci) siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır.
11. İkinci xarici dil tədris edilməyən məktəblərdə
bu məqsədlə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə
xarici dil keçilməyən
məktəblərdə isə "Texnologiya"
fənninin tədrisinə verilir.
12. Tərkibində
III (üçüncü) və ya IV (dördüncü) sinif olan komplekt
siniflərdə ana dili
(tədris dili) 10 (on) saat, "Həyat bilgisi"
və "Texnologiya" fənlərinin
hər biri 2 (iki) saat tədris olunur.
13. Dərsdənkənar,
fakültativ məşğələ
qrupları və dərnəklər şagirdlərin sayı
8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir.
14. I-XI (birinci-onbirinci) siniflərdə müvafiq olaraq dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməməklə fakültativ kurs formasında şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmayan siniflərdə (o cümlədən komplekt siniflərdə) "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisinə verilir.
Şagirdlərin
sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə həmin kurs
sinif təşkilat saatlarında keçilir.
15. I-IV
(birinci-dördüncü) siniflərdə
dərsdənkənar məşğələlərə
ayrılan digər 1 (bir) saat
müəyyən edilmiş məktəblərdə
dərs cədvəlinə daxil olunmaqla "Şahmat"
fənninin tədrisinə, "Şahmat"
fənni keçilməyən məktəblərdə "Riyaziyyat" fənninin tədrisinə verilir.
"Riyaziyyat"
fənni üzrə müvafiq əlavə
mövzular aidiyyəti fənn müəllimlərinin
iştirakı ilə təhsil şöbəsinin (idarəsinin)
metodkabineti tərəfindən
hazırlanıb təsdiq edilir.
16. Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy,
Xocavənd, Göygöl, Daşkəsən,
Gədəbəy, Tovuz, Qazax,
Ağstafa, Kəlbəcər,
Laçın, Cəbrayıl, Şuşa,
Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin,
habelə Naxçıvan
MR-in Ermənistanla
sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin
VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə
ayrılmış vaxt hesabına həftədə
1 (bir) saat olmaqla ikinci yarımildə
"Mina təhlükəsinə dair maariflənmə" adlı fakültativ kurs tədris olunur.
Qeyd edilən rayonların bütün
ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş
ümumtəhsil məktəblərinin IV (dördüncü)
siniflərində isə həmin kurs
üzrə mövzular "Həyat bilgisi" fənninin daxilində keçilir.
17. Müvafiq ixtisaslı
kadrları və maddi-texniki, tədris
bazası olan ümumtəhsil məktəblərinin
VIII-IX (səkkizinci-doqquzuncu) siniflərində fakültativ,
fərdi və qrup məşğələlərinə
ayrılan saatlardan 1 (bir)
saatı dərs cədvəlinə daxil
edilməklə "İnformatika" fənninin
tədrisinə verilir.
18. VIII (səkkizinci)
sinifdə fakültativ, fərdi və qrup məşğələlərinə
ayrılan saatlardan 1 (bir)
saatı dərs cədvəlinə daxil
edilməklə "Qarabağın tarixi"
fakültativ kursun tədrisinə
ayrılır.
19. Müvafiq maddi-tədris baza və
ixtisas müəllimləri olduğu halda, şagirdlərin
sayı 20 (iyirmi) və daha
çox olan siniflər
aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
19.1. Təlim rus və gürcü dillərində
aparılan ümumtəhsil məktəblərinin I-XI (birinci-onbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi).
19.2. Təlim dilindən
asılı olmayaraq, bütün
ümumtəhsil məktəblərinin I-XI (birinci-onbirinci)
siniflərində xarici dil,
V-VII (beşinci-yeddinci) siniflərdə ikinci xarici dil.
19.3. Bütün
ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci)
siniflərində "Fiziki tərbiyə",
V-VII (beşinci-yeddinci) siniflərində
"Texnologiya" (ikinci
xarici dilə ayrılan saat
hesabına tədris edilən "Texnologiya"
dərsləri istisna olunmaqla),
VIII (səkkizinci) sinifdə "Əmək
hazırlığı".
19.4. Seçmə fənlərə
ayrılan saatlardan 1 (bir)
saat verilməklə "İnformatika"
fənninin 2 (iki) saat
tədris olunduğu ümumtəhsil məktəblərinin
X-XI (onuncu-onbirinci) siniflərində həmin
dərslər üzrə praktik məşğələlər.
20. Kompüter kabineti olmayan ümumtəhsil məktəblərində "İnformatika" fənni üzrə praktik məşğələ keçilmir.
21. Təhsil Nazirliyinin 21 sentyabr 2010-cu il tarixli, 1241 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin çağırışaqədərki hazırlığı" fənn proqramına əsasən, tibbi biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris olunur.
22. VIII-XI (səkkizinci-onbirinci)
siniflərdə seçmə saatların tətbiqi 2006-2007-ci
dərs ili üçün
təsdiq edilmiş müvafiq
qaydalar üzrə aparılır.
Azərbaycan müəllimi.- 2014.- 11 iyul.- S.6.