Ən yaxşı
müəllimlərimiz
Mehriban HÜSEYNLİ,
Gəncə şəhər 43 nömrəli tam
orta məktəbin biologiya müəllimi
1977-ci
ildə Gəncə şəhərində anadan
olub. 1998-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib.
2008-2009-cu tədris ilində
keçirilən "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
2013-2014-cü ildə Təhsil
Nazirliyinin xətti ilə keçirilən
"Elektron təhsil"
müsabiqəsində fərqlənib. Bir çox treninq və seminarların iştirakçısıdr. Tədris etdiyi fənn üzrə şagirdləri
dəfələrlə respublika
fənn olimpiadalarında
və müxtəlif müsabiqələrdə qalib
olublar.
Şagirdləri qəbul
imtahanlarında yüksək
nəticələr əldə
edərək respublikanın
müxtəlif ali təhsil müəssisələrinə daxil
olub.
Nabat
QASIMOVA,
Gəncə şəhər 39 nömrəli
tam
orta məktəbin riyaziyyat müəllimi
1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara
kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını və Azərbaycan Müəllimlər
İnstitutunun Gəncə
filialının Yenidən
hazırlanma kursunda riyaziyyat
və informatika ixtisasını bitirib. Müxtəlif treninq və
seminarların iştirakçısı
olub və sertifikatlar əldə edib. 13 dekabr 2009-cu ildə İctimai Televiziyada "Kosinuslar teoremi"
mövzusunda "açıq
dərs"i nümayiş
olunub. Şagirdlərindən bir çoxu
fənn olimpiadalarında
və qəbul imtahanlarında yüksək
nəticələr əldə
edib.
2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə "Tərəqqi"
medalı ilə təltif olunub.
Nərgiz
QURBANOVA,
Gəncə şəhər 4 nömrəli
tam
orta məktəbin ingilis dili müəllimi
1979-cu ildə Gəncə şəhərində
anadan olub. 2002-ci ildə Azərbaycan
Dillər Universitetini bitirib. Hazırda ADU-da magistratura
pilləsi üzrə
təhsilini davam etdirir. 2008-ci ildən Gəncə
şəhər 4 nömrəli
tam orta məktəbdə
işləyir. Azərbaycan müəllimlərinin
XIV qurultayının nümayəndəsi
olub. Təhsil Nazirliyi və
bir sıra qeyri-dövlət təşkilatları
tərəfindən keçirilən
treninq və seminarlarda fəal iştirak edib. "Təlimçi" statusu alıb. 2012-2013-cü tədris ilində keçirilən
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olub.
Yeganə
SƏFƏROVA,
Gəncə şəhər 4 nömrəli
tam
orta məktəbin ibtidai sinif müəllimi
1971-ci ildə Gəncə şəhərində
anadan olub. 1991-ci ildə N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 2011-ci ildə "Ən yaxşı müəllim"müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. Bir çox
treninq və seminarların fəal iştirakçısı olaraq
sertifikatlar əldə
edib. Dərs prosesində müasir
təlim metodlarından
istifadəyə üstünlük
verir.
Zərri
SÜLEYMANOVA,
Gəncə şəhər 10 nömrəli
tam
orta məktəbin fizika müəllimi
1963-cü ildə anadan olub. 1984-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. 1984-1988-ci illərdə Qərbi Azərbaycanın Göyçə
mahalının Zod kəndindəki orta məktəbdə fizika müəllimi işləyib.
1989-cu ildən Gəncə şəhər
10 nömrəli tam orta
məktəbdə çalışır.
Müxtəlif treninq və
seminarların iştirakçısıdır.
Pedaqoji fəaliyyətində fərqləndiyinə
görə dəfələrlə
Gəncə Şəhər
Təhsil İdarəsi
tərəfindən Fəxri
fərmanlar alıb.
2013-cü ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi"
medalına layiq görülüb.
Hazırladı: Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 18 iyul.- S.3.