Yeniyetmələrin Respublika

Şahmat Olimpiadasına start verilib

 

İyulun 12-də İsmayıllı şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası, Gənclər İdman Nazirliyi Təhsil Nazirliyinin birgə təsdiq etdikləri illik əsasnaməyə uyğun olaraq 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının açılış mərasimi keçirilib.

Mərasimdə Gənclər İdman Nazirliyinin,  Azərbaycan Şahmat Federasiyasının, Təhsil Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri,  KİV təmsilçiləri digər şəxslər iştirak ediblər.  Tədbir iştirakçıları öncə  müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə yeniyetmə şahmatçıları  salamlayan gənclər idman nazirinin müavini  İsmayıl İsmayılov, Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim  Faiq Həsənov  digər şəxslər çıxış edərək olimpiadanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bidirib, yeniyetmə şahmatçılara bu yarışda  uğurlar arzulayıblar. 

Bildirilib  ki, "A" "B" qrupları üzrə keçirilən bu yarışda 565  idmançı respublikanın 60-a yaxın  şəhər rayonunu təmsil edib. Yarışlar 12 yaşadək  12 yaşdan yuxarı idmançılar arasında "B",  "A" qrupları üzrə keçirilib. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına əsasən keçirilib şəxsi komanda xarakteri daşıyıb. Qeyd edək ki, turnir iyulun 22-də başa çatacaq.

 

 Azərbaycan müəllimi.- 2014.-  18 iyul.- S.8.