Ən yaxşı müəllimlərimiz

 

Bənövşə BİNNƏTOVA,

Yevlax rayon Aran qəsəbə 2 nömrəli

tam orta məktəbin fransız dili müəllimi

 

1954-cü ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 1971-ci ildə Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili fakültəsini bitirib. Əmək fəaliyyətinə Yevlax rayon Aran qəsəbə 2 nömrəli tam orta məktəbində fransız dili müəllimi kimi  başlayıb. Yetirmələrindən bir çoxu respublikanın müxtəlif məktəblərində fransız dili müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi məktəbin məzunları fransız dilindən ali məktəblərə qəbulda göstərdiyi nəticəyə görə respublikada I yerə çıxmış bu uğurlarına görə Aran qəsəbə 2 nömrəli tam orta məktəb B.Binnətova TQDK tərəfindən fəxri fərmanla təltif olunub.

2001-ci ildə  Fransanın Azərbaycandakı səfirliyi tərəfindən 1 ay müddətində Fransaya təcrübəyə göndərilib. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülüb.

 

Leyla SƏLİMOVA,

Yevlax şəhər 2 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

1956-cı ildə Yevlax rayon Malbinəsi kəndində anadan olub. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin  filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayon Malbinəsi kənd tam orta məktəbində Azərbaycan dili ədəbiyyat müəllimi kimi  başlayıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülüb. Şagirdləri fənn olimpiadalarında müxtəlif  inşa müsabiqələrində yüksək nəticələr göstərir. Bundan başqa, qəbul imtahanlarında yüksək bal toplayaraq respublikanın xarici ölkələrin ali məktəblərində təhsil alırlar.

 

Aybəniz MUSAYEVA,

Yevlax şəhər 4  nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

1956-cı ildə Yevlax şəhərində anadan olub. 1973-cü ildə Yevlax şəhər  M.Ə.Sabir adına şəhər 2 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. 1977-ci ildə Azərbaycan  Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülüb. "Heydər Əliyev məktəblilərin gözü ilə" keçirilən inşa yazı müsabiqəsində iştirak edən dörd şagirdindən 3-ü respublika üzrə III, 1-i isə IV yerə layiq görülüb.

 

Sahibə QULİYEVA,

Yevlax şəhər 9  nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

 

1962-ci ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olub. 1980-ci ildə Yevlax rayon Qaraməmmədli kənd tam orta  məktəbinin XI sinfini bitirib. 1988-ci ildə indiki  Azərbaycan Dillər Universitetinin  ingilis dili fakültəsini bitirib. Yevlax şəhər 9 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi  əmək fəaliyyətinə başlayıb. Dərs dediyi şagirdlər yüksək nəticələr göstərir. Şagirdlərindən 4 nəfəri FLEX proqramı çərçivəsində Amerikada təhsil alıb. Onlardan bir nəfəri 2013-cü ildə məktəbi qızıl medalla bitirərək yüksək balla ali məktəbə qəbul olunub. S.Quliyeva şagirdləri ilə birlikdə müxtəlif beynəlxalq layihələrdə iştirak edibsertifikatlar alıb. Dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.  

 

Hazırladı: Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 25 iyul.- S.4.