700 bal
toplayanlar
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahanlarda qəbul üçün sənəd vermiş 31326 (15562 nəfər II ixtisas qrupu üzrə, 15764 nəfər III ixtisas qrupu üzrə) abituriyentdən 813-ü iştirak etməyib. II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə isə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. İmtahanlarda II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. Aşağıda onları təqdim edirik.
Qoşqar QƏDİMBƏYLİ
1997-ci ildə
Bakıda anadan olub.
2003-cü ildə 245 nömrəli tam orta məktəbdə birinci
sinfə gedib. Burada ibtidai təhsil pilləsini başa
vurduqdan sonra təhsilini
287 nömrəli "Zəkalar" liseyində davam etdirib və
2014-cü ildə buradan məzun olub.
"Zəkalar" liseyinin direktoru, əməkdar
müəllim Aygün Əhmədlinin
dediyinə görə, Qoşqar liseydə
çox yaxşı oxuyub.
Bütün fənlərdən yüksək
qiymətlər alıb, nizam-intizamı ilə seçilib.
Ümumiyyətlə, onların sinfi eksperimental sinif kimi nəzərdə tutulub
və çox fəal olub.
Ən yaxşı müəllimlər bu
sinifdə dərs deyiblər. Qoşqar digər
şagird yoldaşları ilə birlikdə bilik
yarışlarında, fənn olimpiadalarında iştirak edib,
olimpiadanın şəhər turunun qalibi olub. Bu
il isə Gənclər və İdman Nazirliyinin
reallaşdırdığı "İstedadların
hazırlığı laboratoriyası" layihəsi çərçivəsində
keçirilən respublika
olimpiadasının finalında gümüş
medala layiq görülüb.
Qoşqar yaxşı oxumaqla
kifayətlənməyib, qəbul imtahanlarında 700 bal toplamaq üçün
də mübarizə aparıb. O, həm də yaxşı
şahmatçı kimi liseydə tanınıb. Şahmat üzrə Avropa
çempionatında uğurla iştirak edib. Onun kiçik
qardaşı Abdulla Qədimbəyli isə
şahmat üzrə ikiqat
dünya və Avropa çempionudur.
Bütün bu uğurlarına,
eləcə də ictimai işlərdə
fəallığına görə Qoşqar
liseyin rəhbərliyi tərəfindən
qızıl medala təqdim olunub.
Qoşqar özü isə deyir ki, mən 700 bal nəticəsini gözləyirdim. Çünki sınaq imtahanlarında 646-674
arasında bal toplamışdım. Qəbul
imtahanlarında da bütün
testləri düzgün
cavablandırmağıma əmin idim. Elə
testlərin düzgün cavabları elan olunanda 700 bal topladığımı yəqin etdim. Lakin bu,
tam yəqinlik üçün
kifayət deyildi. TQDK-nın imtahanın nəticələri
barədəki rəsmi açıqlamasını gözləmək
lazım gəlirdi. Bu açıqlama olanda isə mən həqiqətən 700 bal topladığımı bildim
və çox sevindim.
Samir RZAYEV
1997-ci il iyun ayının 18-də
Bakı şəhərində anadan olub. İbtidai məktəbə
yaşadığı Binəqədi rayonundakı 246 nömrəli
məktəbin 1 "b" sinfində
başlayıb. 2007-ci ildə
4-cü sinfi bitirdikdən sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinə daxil olub. Oxuduğu
müddət ərzində müəllimlərin və
müdiriyyətin hörmətini qazanıb, dərslərdə fəallığı
və hazırcavablığı ilə seçilib.
Təlim-tərbiyəsi
ilə yoldaşlarına nümunə olub,
məktəbdə və məktəbdənkənar bilik yarışlarında fərqlənib. IX
sinifdən 2 -ci ixtisas
qrupunu seçərək dərsləri
ilə daha müntəzəm məşğul
olmağa başlayıb. Müəllimləri
ilə sıx münasibət qurub, bir çox fəxri fərman
və təqdirnamələrlə təltif edilib.
Digər şagirdlərdən
fərqli olaraq əlavə müəllim
yanına getməyərək, liseyin təşkil
etdiyi kurslarda
davamlı olaraq iştirak
edib. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının təşkil
etdiyi sınaq imtahanlarında 600-dən yuxarı bal
toplayaraq
yüksək nəticələr
göstərib. Bütün bunlar isə onda
özünə olan inamını artırıb.
Arzusu imtahanlarda maksimum nəticə göstərərək 700 bal toplamaq olub.
Bizimlə söhbətində
Samir "700 bal
toplayacağını gözləyirdinmi" sualına belə
cavab verdi:
- İmtahan
testlərinin cavablarını yaxşı
yazmışdım. Yüksək bal toplayacağıma əmin idim. Lakin, doğrusu, 700 balı gözləmirdim.
O həm mənim üçün, həm də müəllimlərimə,
valideynlərimə, bir
növ, sürpriz oldu. Xəbəri eşidəndə çox sevindim.
2-ci ixtisas qrupunu seçməkdə
ona biznesə, iqtisadiyyata, maliyyəyə
olan marağı kömək olub. Bu
işdə valideynlərinin və müəllimlərinin dəstəyini
də alıb.
Hazırda
"ADA" Universitetində "Biznesin
idarə edilməsi" ixtisası üzrə təhsil
almağı düşünsə də gələcəkdə
dünyanın daha prestijli
təhsil ocaqlarında öz təhsilini davam etdirmək arzusundadır.
Biz inanırıq ki, o, bu arzusunu
da gerçəkləşdirərək,
vətəninə, ölkəsinə, millətinə layiqli vətəndaş olacaq.
Hazırladı:
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 25 iyul.- S.4.