Məktəbli
formalarının tikilişində istifadə
olunan parçalar Türkiyədən gətirilir
Artıq bir neçə ildir ki, paytaxtın orta ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq edilir. Məktəbli formasının tətbiqinə 2007-2008-ci tədris ilindən başlanmış və şagirdlərin uzun illər məktəbə sərbəst geyimdə gəlmələri nəzərə alınaraq onların məktəbli formasına psixoloji baxımdan uyğunlaşması üçün bu proses 3 mərhələdə həyata keçirilmişdir. İlk dəfə 2010-2011-ci tədris ilində I-IV sinif şagirdləri vahid məktəbli formasına keçib. Sonra isə mərhələli olaraq yuxarı siniflərin şagirdlərinə vahid formalar tətbiq edilib. Formaların hazırlanmasına gəldikdə isə bu iş Bakı Tikiş Evi tərəfindən həyata keçirilir. Görəsən, bu il formaların hazırlanma prosesində, satışında nə kimi yeniliklər nəzərdə tutulur? Bununla bağlı suallarımızı cavablandırmaq məqsədilə Bakı Tikiş Evində (BTE) olduq, BTE-nin idarə heyətinin sədri Fədail Rəhimovla görüşdük.
- Fədail müəllim,
artıq bir neçə ildir
ki, yay tətilində
övladları üçün məktəbli
forması əldə etmək valideynlərin əsas
qayğılarından birinə çevrilib.
Bu il də istisna deyil. Öncə
bilmək istərdik ki, bu
il məktəbli forması ilə
bağlı nə kimi yeniliklər var?
- Anbarlarımız məktəbli
forması ilə doludur. Biz
ilboyu tədarükümüzü görürük ki, avqust-sentyabr aylarında sıxlıq
olmasın. Qışdan bəri bütün
ölçülərdə formalar tikilərək
anbarlara toplanıb. Bu
il də inanırıq ki,
hamıya forma çatacaq.
Hazırda bütün növ
ölçüdə geyimlə təminat baxımdan heç bir çətinlik
gözlənilmir. Fabrikin bütün
sexlərində qızğın iş gedir. Bir tərəfdə
pencəklər, bir tərəfdə şalvarlar, digər yanda da köynəklər tikilib
ütülənir və asılqanlara vurulub
satış məntəqələrinə yola
salınır. Forma və dizayn
baxımından bu il
məktəbli formalarında elə bir yenilik yoxdur.
- Bəs formaların
keyfiyyəti necədir,
alıcıları qane
edirmi?
- Formaların keyfiyyətinə
xüsusi diqqət yetiririk. Türkiyənin "Bossa" firması
ilə bağladığımız
müqaviləyə əsasən
parçalar və aksesuarlar Türkiyədən
gətirilir. Formalar yüksək
keyfiyyətlidir. Uzun müddət
istifadə edilməsinə
baxmayaraq rənglər
öz effektini itirmir, yuyularkən kiçilmir. Kimyəvi təmizləməyə
davamlıdır. Bundan başqa,
formalar gigiyenik cəhətdən çox
əlverişlidir və
sağlamlığa heç
bir zərəri yoxdur. Bizim geyimlərimiz Avropa
Birliyi laboratoriyasının,
Azərbaycanın Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatını
alıb. Bu sənədlər bir daha təsdiqləyir ki, BTE-nin geyimlərinin
uşaqlar üçün
heç bir zərəri yoxdur. Yüksək keyfiyyətin nəticəsidir
ki, şagirdlər bir tədris ili müddətində geydiyi formanı əgər ölçülərində
bir o qədər fərq olmursa ikinci ildə də rahatlıqla geyə bilir və ya özündən
kiçik bacı-qardaşlarına
verirlər. Lakin bunara baxmayaraq
fabrikimiz alıcıların
bütün təklif
və rəylərini
nəzərə alır.
Bununla bağlı BTE-də
"Qaynar xətt"
(012 597 45 39) xidməti fəaliyyət
göstərir. Alıcıların hər hansı bir narazılığı
olarsa zəng edib öz təklif
və ya iradlarını bildirsinlər.
- Formaların qiyməti
və satış məntəqələriniz haqqında
nə deyə bilərsiniz?
- Formalar 2 hissəyə
bölünür: I-VI sinif şagirdləri üçün
26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün
34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə
bu, ölçülərə
görə dəyişir.
Belə ki, I-VI sinif şagirdləri üçün (26-44 ölçüdə)
dəstin qiyməti 40
manat, VII-XI siniflər üçün
isə (34-54 ölçüdə)
52 manat müəyyən
edilib. Bundan başqa dəstə
daxil olan jilet, köynək, şalvar, yubka və pencəklər də ayrı-ayrılıqda
satılır. Elə ailələr
var ki, 3-4 uşaq məktəbə gedir, onların hər uşağa məktəbli forması almağa imkanı çatmır. Bu məsələ ilə bizə müraciət edən ailələrə
endirim edirik. Endirimin dəyəri ailədəki
uşaqların sayına
görə müəyyənləşir.
Satış
məntəqələrimizə gəldikdə isə onların da sayı ilbəil artır. Hazırda paytaxtın 11 rayonunda
16 satış məntəqəmiz
fəaliyyət göstərir.
Bundan başqa Sumqayıtda, Qubada və Abşeron rayonunda da məntəqələrimiz
müştərilərimizə yüksək səviyyədə
xidmət edir.
- Bəzən formalarınızın
digər ticarət mərkəzlərində satışına
rast gəlinir. Bu haqda nə
deyə bilərsiniz?
- Bakıdakı "8-ci kliometr" bazarında və bəzi ticarət mərkəzlərində
BTE nişanı ilə
keyfiyyətsiz, gigiyenik
tələblərə cavab
verməyən, uşaqların
bədənlərində allergik
səpkilər yaradan,
başqa ölkələrdən
gətirilmiş və
ya zirzəmi şəraitində tikilmiş
məktəbli formalarına
rast gəlinir. Həmin geyimlərin BTE nişanı
ilə satılması
iqtisadi cinayətdir.
Belə halların qarşısının
qanunvericiliklə alınması
yolunda addımlar atılır və biz də buna qarşı
ciddi mübarizə aparırıq. Lakin bizimlə
yanaşı alıcılara
da bu kimi
hallarda diqqətli olmağı tövsiyə
edirəm. Valideynləri belə məktəbli formaları almamağa çağırıram. Diqqətə çatdırmaq istəyirəm
ki, saxta formaları seçmək
üçün ən
çox nəzər yetirilməli məqam ondan ibarətdir ki, Bakı Tikiş
Evinin tikdiyi formaların qolunda, düyməsində və
əsasən də astarında BTE yazılıb.
Bundan başqa, valideynlərə
məktəbli formalarını
vaxtında almağı,
alış-verişi avqust
və sentyabr aylarına saxlamamağı
məsləhət görürəm.
Çünki həmin aylarda
mağazalarımızda çox
sıxlıq olur.
Müsahibəni apardı:
Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 25 iyul.- S.6.