Yay mövsümü ilə
bağlı
baş pediatrdan xəbərdarlıq
"Qafqazinfo"nun məlumatına
görə, bunu Modern.az-a
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun direktoru
Nəsib Quliyev deyib. Onun sözlərinə görə, uşaqlarda durmadan çəki
artımı baş verir
və valideynlər də elə bilir ki, bu iştah
küskünlüyüdür:
"Yay
fəsli isti
keçdiyi üçün
bədəndən maye itkisi
sürətlənir, onu bərpa etmək
lazımdır. Vaxtında bərpa olunmayanda
uşaqların çəkisində kəskin artım baş verir. Valideynlər
də elə bilir ki, iştaha küsüb. Yay fəslinin həm də öz
qulluğu, pəhrizi, qidalanma
rasionu var. Yay mövsümü başlananda uşaq döş əmirsə, onda
uşağı qətiyyən döşdən ayırmaq olmaz. Əgər digər qida
qəbul edirsə, yay fəsli ərzində
həmin qidanı dəyişmək də olmaz".
N.Quliyev valideynlərə üz
tutaraq deyir ki, uşaqların qidalanmasında yerli meyvələrdən bol
istifadə etsinlər:
"Zərərli
meyvə yoxdur. Əsas məsələ
ondadır ki, uşaqlara
yaşadığı yerə uyğun
meyvələr verilsin. Hazırda çox xoşagəlməz bir
hal var, o da uşaqlara
banan verilməsidir. Banan
yeyən uşaqlarda klasiyorkor
xəstəliyi yaranır ki, bu da Afrika
qitəsinə, isti ölkələrə
xas xəstəlikdir. Bu
xəstəlik uşaqlarda qarnın
böyüməsi, bədəndə ödemlərin əmələ
gəlməsi, qan azlığı, rəngin
avazıması, inkişafın geri
qalması ilə xarakterizə olunur. Bananın
tərkibində zülal yoxdur,
əsas etibarilə karbohidrat var. Bədəndə zülalsız ödem inkişaf edir".
Baş pediatr uşaqlara meyvələrin verilməsində
valideynlərin səhvə yol verdiyini də vurğulayır:
"Uşağa
meyvənin şirə, yaxud püre halında verilməsi onun
yaşıyla əlaqəlidır. Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda
şirə halında verilməlidir. Püre
şəklində vermək olmaz. Çünki onun tərkibində
sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre
şəklində vermək olar. Üç yaşından yuxarı uşaqlar da isə meyvəni
böyüklər kimi qəbul edə bilərlər".
N.Quliyev uşaqların immunitetini
gücləndirmək üçün yay fəsli üçün
bir çox vasitələrin
olduğunu deyir:
"Yayda
valideynlər çalışmalıdırlar ki,
uşaqların orqanizmi möhkəmlənsin.
Məsələn, uşaqlar açıq
havada gəzdirilməli, dəniz, gün vannası qəbul etməlidirlər. Bu da onların immunitetinin möhkəmlənməsinə təsir
göstərən əsas amillərdəndir".
Valideynlərin ən çox şikayət etdiyi
məsələlərdən biri də iqlim dəyişikliyinin uşaqların
orqanizminə mənfi təsir göstərməsidir:
"Uşaqlar
iqlimini dəyişəndə, yəni bir yerdən başqa yerə
gedəndə ən təhlükəli hal
onların mikrobiosenozunun dəyişməsidir.
Yəni yaşadığı yerdə bakteriyalara
uyğunlaşır, amma iqlim
dəyişikliyi olanda ətrafındakı
bakteriyalar da dəyişir.
Həmin bakteriyalardan biri
də ona hər hansı bir
xəstəlik yoluxdura bilər. Belə
halların qarşısını almaq üçün uşaqların immunitetini gücləndirmək
lazımdır. Bunun üçün
onların düzgün qidalanmasına diqqət
yetirməliyik".
Azərbaycan
müəllimi.- 2014.- 25 iyul.- S.5.