Təhsil naziri Sumqayıt şəhər
Təbiət Elmləri Təmayüllü Gimnaziyada
"Son zəng" tədbirində iştirak edib
Mayın 31-də Sumqayıt şəhər Təbiət
Elmləri Təmayüllü Gimnaziyada "Son zəng" tədbiri
keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, şəhər təhsil
ictimaiyyətinin nümayəndələri, valideynlər
iştirak ediblər.
"Son zəng" tədbiri Dövlət
himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış üçün
söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda
ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi, onlarda
təhsilə, elmə marağın daha da artırılması və geniş
dünyagörüşünün
formalaşdırılması olduğunu bildirib. Bu gündən
məzunların həyatında yeni mərhələnin
açıldığını xatırladan təhsil naziri onların hər birinin
müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək
inkişafı naminə atılan bütün
addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb.
"Son zəng" münasibətilə
məzunları təbrik edən nazir onlara gələcək həyatlarında uğur və nailiyyətlər
qazanmağı arzulayıb.
Sonra məzunları təbrik edən
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov bu günün hər bir insanın həyatında əlamətdar
hadisə olduğunu və təhsil yolunun vacib pilləsini təşkil
etdiyini qeyd edib.
Daha sonra gimnaziyanın məzun
və şagirdləri çıxış edərək
onları həyatın yeni mərhələsinə
hazırlayan müəllimlərə təşəkkürlərini
bildiriblər. Doğma məktəbi tərk
etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini
sevindirəcəklərinə söz
veriblər.
Mərasim gimnaziya şagirdlərinin
hazırladıqları "Son zəng"
ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, gimnaziya 1946-cı ildə Bakı şəhəri
Abşeron rayonunun 145
nömrəli məktəbi kimi fəaliyyətə
başlayıb. 1990-cı ildən isə məktəbə Təbiət
Elmləri Təmayüllü Gimnaziya
adı verilib. Hazırda gimnaziyada
730 şagird təhsil alır və 61
müəllim çalışır. Hər il
bu məktəbin məzunlarının
94-100 faizi ali məktəblərə
qəbul olur. Gimnaziya şagirdləri hər
il respublika və beynəlxalq
səviyyəli olimpiadalarda yer tuturlar. İki
dəfə "Ən yaxşı ümumtəhsil məktəbi"
adına layiq görülən
gimnaziyanın müəllimləri arasında "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibləri olanlar da var.
www.edu.gov.az
Azərbaycan
müəllimi.- 2014.- 6 iyun.- S.2.