Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin şagirdi Beynəlxalq
müsabiqələr və festivallar qalibidir
Atabəy
İsmayılov 1998-ci ildə
Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olub. O,
Bakıdakı Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin şagirdidir.
Hazırda əməkdar
müəllim Əflaruz
Məmmədovun sinfində
tar ixtisası üzrə
təhsil alır. İlk uğuru 2010-cu ildə N.Əliverdibəyov
adına Gənc ifaçıların V Ümumşəhər
müsabiqəsində I yerə
layiq görülməsi olub. 2012-ci ildə dahi sənətkar Bülbülün
anadan olmasının
115 illik yubileyinə həsr olunan festivalda böyük istedad və bacarıq nümayiş etdirərək I yerə layiq görülən yeniyetmə həmin il İtaliyanın
Roma şəhərində Azərbaycan - İtaliya diplomatik əlaqələrinin 20 illiyinə
həsr olunan "Azərbaycan- mədəniyyət
ruzgarı" adlı
konsertdə iştirak
edib. M.V.Lomonosov adına MDU-nun Bakı filialında və
"ÜNS" yaradıcılıq
mərkəzində keçirilən
tədbirlərdə uğurla
çıxış edib.
2013- cü ildə Fransanın Strasburq şəhərində tarın
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına salınması münasibətilə
keçirilən "Qafqazın
mirvarisi" adlı konsertdə Azərbaycanı
layiqincə təmsil edib. O, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi
ilə keçirilən 1 iyun - Uşaqları Beynəlxalq
Müdafiə Gününə
həsr olunan "İstedadlı uşaqlar festivalı-2013"-ün
qalibi olaraq diplom və kubokla, Azərbaycan Bəstəkarlar İttifaqı
tərəfindən müasir
Azərbaycan
bəstəkarlarının əsərlərinin ifasına görə fəxri fərmanla mükafatlandırılıb.
2013-cü ildə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində fəal
iştirakına görə Qran-Pri mükafatına
layiq görülüb.
Beynəlxalq müsabiqələrdə
və festivallarda əsl istedad nümayiş etdirən Atabəyin adı "Azərbaycanın
gənc istedadlarının
"Qızıl kitabı"na
yazılıb və
o, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının müvafiq
sərəncamı ilə xüsusi aylıq təqaüdə
layiq görülüb.
Qeyd edək ki,
yeniyetmə 2014 -cü il 2 fevral
- Azərbaycan Gəncləri
Günü münasibətilə
keçirilən tədbirdə musiqi sahəsində qazandığı
uğurlara görə
fəxri fərman və kubokla mükafatlandırılıb. Mayın
3-də isə Sankt-Peterburq Filarmoniyasında ulu öndər Neydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və
Heydər Əliyev Fondunun yaranmasının
10 illiyinə həsr edilmiş möhtəşəm
konsertdə
çıxışı maraqla qarşılanıb.
Beynəlxalq müsabiqə
və festivallarda Azərbaycanı
uğurla təmsil edən, dəfələrlə
müvəffəqiyyət qazanan,
çoxlu sayda diplom və mükafatlar sahibi olan Atabəyin ən böyük uğurları
hələ qabaqdadır.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2014.- 6 iyun.- S.4.