Təhsil Problemləri İnstitutunun
nümayəndə heyəti Fransada səfərdə
olub
Bu günlərdə Paris Təhsil
Assosiasiyasının vitse-prezidenti xanım An Mari Polonun dəvət
məktubuna əsasən Təhsil Problemləri İnstitutunun
direktoru Qulu Novruzov, direktor müavini Ənvər Abbasov,
aparıcı elmi işçisi Gülbəniz Camalova və tərcüməçi,
fransız dili üzrə elmi müxbir İffət İsayeva
Fransada səfərdə olublar.
Nümayəndə heyəti Fransanın Azərbaycandakı
səfirliyinin vasitəçiliyi ilə təhsil sahəsində
əməkdaşlıq etmək üçün əvvəlcədən
planlaşdırılmış səfər çərçivəsində
Paris Təhsil Assosiasiyası
(CİLAROM), Dijon Təhsil Tədqiqatları İnstitutu
(İREDU) və Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi
(CİEP) ilə işgüzar
görüşlər, təhsilin bir neçə istiqaməti və tədqiqat sahələri ilə
bağlı əməkdaşlıq etmək üçün
müzakirələr təşkil olundu.
Paris Təhsil Assosiasiyasının
vitse-prezidenti xanım An Mari Polonun Fransa təhsil sistemi, fənn
proqramlarının xüsusiyyətləri və
hazırlanması, pedaqoji tədqiqatların aparılması qaydaları və
s. məsələlərlə bağlı təqdimatı
dinlənilib və fikir mübadiləsi aparılıb. Müzakirədə Fransa təhsilinin özəllikləri, əldə
olunmuş nailiyyətlər və bu sahədə pedaqoji
araşdırmaların rolu, təhsil sahəsində
irəliləyişlərin əldə olunması məqsədilə
müvafiq tədqiqatların
aparılmasına və bunun müştərək
yerinə yetirilməsinə, digər birgə fəaliyyət tədbirlərinin
həyata keçirilməsinə ehtiyac
olması barədə fikirlər söylənilib.
Sevr Beynəlxalq Pedaqoji
Araşdırmalar Mərkəzində xanım Dominik
Fuçikin koordinatorluğu
ilə Təhsildə Əməkdaşlıq Departamentində
proqramlar üzrə məsul şəxs
xanım Lisa Bidanova,
Qiymətləndirmə və Sertifikatlaşdırma Departamenti üzrə müavin
cənab Sebastien Jorj, Dil tədrisi proqramları (DİLF, DELF, DALF)
üzrə məsul şəxs xanım Mari Rouss, proqramlar üzrə məsul şəxs
xanım Anna Polevkanın koordinatorluğu
ilə direktor müavini
cənab Roje Filon, Sevr Beynəlxalq Təhsil Elmi
Məcmuəsinin (RİES) redaktor müavini xanım Mari-Jose
Sanselm, Dil və
ünsiyyət departamentinin məsul şəxsi
cənab Stefan Dutrölan,
Avropa Birliyi
proqramları üzrə məsul şəxs xanım Amandin Vogt ilə
görüşlər keçirilib. Bu
görüşlərdə Fransada
2000-ci ildən etibarən nəticəyönümlü sistemin
yaradılması, şəxsiyyətin
inkişafını izləməyə imkan
verən kompetensiyaların hazırlanması və onun tətbiqinə başlanması müzakirə
obyektinə çevrilib. Eyni zamanda, şagirdin mənimsəməsində
şüurlu qavramaya üstünlük
verilməsi, idrak fəallığının
artırılması və dəyərlərə
keyfiyyət göstəricisi kimi
yanaşılması, bundan əlavə, yeni qiymətləndirmə
sisteminə keçilməsi barədə də müzakirələr
aparılıb. Müzakirələr
zamanı məktəb proqramlarının hazırlanması, qiymətləndirmə
mexanizmlərinin yaradılması, müxtəlif fənlər, o
cümlədən fransız dilinin tədrisi
üzrə konkret tədbirlərin
hazırlanıb həyata keçirilməsi, müəllim
kadrlarının keyfiyyətinin yüksəldilməsi, 850 müəllifi ehtiva edən xüsusi jurnalın nəşr olunaraq yayılması, ən
başlıcası, institutun 70%
özünümaliyyələşdirmə sistemi ilə
işləməsi barədə məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin qurulması imkanlarından, milli qiymətləndirmə
sahəsində fəaliyyətlərdən
danışılıb. Gələcəkdə bu sahələrdə əməkdaşlığın yaranmasının mümkünlüyü
və onun həyata keçirilməsi
mexanizmləri barədə təkliflər
irəli sürülüb.
Nümayəndə
heyəti həmçinin Dijon şəhərində
yerləşən Burgony Universiteti və
onun nəzdindəki Təhsil Tədqiqatları
İnstitutunda (İREDU) təhsilin
iqtisadiyyatı üzrə professor cənab Tiyeri Şövalye, beynəlxalq əlaqələr
üzrə məsul şəxs cənab Jak Murdok,
universitetlərarası əməkdaşlıq və proyektlərin
hazırlanması departamentinin məsul şəxsi cənab
Bernar Alteim və Erasm proqramları üzrə məsul şəxs
xanım Christin Görnar
ilə görüşərək, onların fəaliyyətləri
ilə tanış olub və Təhsil
Problemləri İnstitutunun
araşdırdığı problemlərlə bağlı
müştərək tədqiqatların aparılması
haqqında ümumi rəyə gəliblər.
Fransa səfəri çərçivəsində
aparılan müzakirələrin
nəticəsi olaraq əməkdaşlıq
üçün təkliflər paketi hazırlanmış, bağlanacaq
müqavilənin ilkin layihə variantı
tərtib edilmişdir. Gələcəkdə
birgə fəaliyyətin təşkili
üçün aşağıdakı məsələlərin nəzərə alınması təklif
olunub:
Xüsusi resurslardan və intellektual
potensialdan istifadə edərək
qarşılıqlı elmi-tədqiqatların, elmi-metodik məsləhətçilik və informativ
fəaliyyətin həyata
keçirilməsi.
Azərbaycanda və Fransada müştərək seminar və təlimlərin
təşkili.
Təhsil menecerlərinin
ixtisasının artırılması və təlimi ilə bağlı
müştərək öyrədici seminar
və treninqlərin təşkili.
Tədris
proqramlarının və təlim metodikalarının yeniləşdirilməsi
istiqamətində islahatyönümlü fəaliyyətləri əhatə
edən elmi-tədqiqat işlərinin birgə təşkili və
aparılması.
Beynəlxalq təşkilatların maliyyələşdirdiyi
təhsillə bağlı beynəlxalq layihələrdə
birgə iştirak.
Pedaqoji kadrların, o
cümlədən elmi işçilərin
ixtisasının artırılması məqsədilə təhsil əlaqələrinin
qurulması və birgə
fəaliyyətin təşkili.
Müəllim
standartlarının hazırlanması məqsədilə
qarşılıqlı təcrübə mübadiləsinin təşkili,
standartların hazırlanması və tətbiq olunması.
Təhsil Problemləri
İnstitutunun
nümayəndə heyətinin Fransaya
səfəri iki ölkə arasında elmi-pedaqoji əməkdaşlığın
başlanğıcı kimi dəyərləndirilir
və gələcəkdə onun inkişaf etdirilməsi nəzərdə tutulur.
Gülbəniz CAMALOVA,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.5.