Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin şagirdi Beynəlxalq
festivalda ölkəmizi təmsil edib
Təhsil Nazirliyinin Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbinin VI sinif
şagirdi Çinarə Əzimova
Moskvanın Böyük Kreml
Sarayında "Melodika pokoleniy"
adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında ölkəmizi təmsil edib.
Uşaqların
Beynəlxalq Müdafiəsi Günü
münasibətilə təşkil olunan
konsertdə Azərbaycanla yanaşı, Belarus,
Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml
Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə birgə
çıxış edərək məharətlərini
göstəriblər.
Qeyd edək ki, beynəlxalq
müsabiqələr laureatı olan
Çinarə uğurları ilə seçilir.
Musiqi məktəbinin
yetirməsi bir qədər əvvəl
Estoniyanın Koxtla-Yarve şəhərində
keçirilən beynəlxalq müsabiqədə və
Latviyanın Riqa şəhərində gənc
vokalçıların "Riqa Symphony" beynəlxalq müsabiqəsində
iştirak edərək hər iki tədbirin Gran-Pri
mükafatına layiq görülüb.
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.4.