Abituriyentlərə və
valideynlərə psixoloq məsləhəti
İmtahan zamanı psixoloji gərginliyi aradan qaldırmaq üçün nə etməli?
İnsan üçün həyatın
bəzi məqamları həqiqətən də streslidir. Bu məqamlardan biri də məhz ali və
orta ixtisas məktəblərinə
qəbul imtahanları ilə bağlı olur.
Məlumdur ki, abituriyentlərin bəziləri
bu imtahanlara psixoloji cəhətdən hazır
olmadıqları üçün bir çox hallarda yüksək nəticələr əldə
edə bilmirlər. Bəs bu prosesin yeniyetmələrdə psixoloji
gərginlik yaratmaması üçün
nə etmək lazımdır?
Əlbəttə, ilk növbədə, ali məktəbə
hazırlaşan abituriyentlərin sınaq imtahanlarında iştirak etmələri mütləqdir. Belə ki, sınaq
imtahanlarında iştirak edən
abituriyentlər nəzəri biliklərini yoxlamaqla
yanaşı, psixoloji cəhətdən də
qəbul imtahanlarına hazırlaşırlar və nəticədə
həmin yeniyetmələr imtahanlarda özlərini rahat,
sakit hiss edir, həyəcan keçirmir
və sualları cavablandıran zaman daha diqqətli olurlar.
Bəzən
abituriyentlər ali məktəblərə
hazırlıq dövründə çox
böyük çətinliklərlə
üzləşirlər. Çox zaman övladların arzusu
ilə valideynlərinin seçimi
üst-üstə düşmədiyindən və ya bununla bağlı
müzakirələr uzunmüddət sürdüyündən,
övladlar bütün bu dövr
ərzində özünü gərgin hiss edir və nəticədə
hazırlıq prosesində tamamilə iştirak
edə bilmirlər. Bir çox
hallarda isə abituriyent
həmin dövr ərzində
bacı-qardaşlarının tənqidi və ya
ata-ananın təhdidləri ilə də rastlaşır. Bəzi hallarda isə valideynlər
övladının ali məktəbə qəbul
olunmadığı halda ona
cəzalar tətbiq edəcəkləri ilə hədələyir
və yaxud əksinə, qəbul
olunacaqları təqdirdə bahalı hədiyyələr
alacaqlarını vəd edirlər. Əslində hər iki yanaşma
yanlışdır.
Abituriyentlər imtahana hazırlıq dövründə
aşağıdakılara diqqət yetirməlidirlər:
* Keçmiş
abituriyentlərin uğursuz hekayələrini
dinləməmək;
* Konkret
olaraq, nə istədiklərini, hansı
ixtisası seçdiklərini
özləri üçün müəyyənləşdirmək;
* Digər abituriyentlərlə
sıx əlaqədə, ünsiyyətdə olmaq;
* Yalnız
imtahanın xoş sonluğunu
düşünmək;
* Valideynlər və
yaxın dostlarla imtahan
həyəcanı haqqında
fikirləri paylaşmaq;
* İmtahana
bir həftə qalmış qətiyyən yeni
informasiya qəbul etməmək;
* İlboyu
hazırlaşdığınız bütün
kitabları mümkün qədər bir kənara qoyub dincəlmək;
* Səhər və axşam təmiz havada rahat şəkildə gəzmək;
* İmtahanlar
haqqında həyəcanla danışan şəxslərdən
uzaq durmaq (çünki belə insanlar
sizi stress vəziyyətinə
sala bilər);
* Daha
çox sizə müsbət enerji ötürən insanlarla
ünsiyyət qurmaq.
Abituriyentlər üçün imtahan ərəfəsi
həqiqətən də gərgin və sıxıcı hesab olunur. İmtahana
1 gün qalmış abituriyentlər nə
etməlidirlər? Həmin gün ərzində
abituriyentlərin aşağıdakı nüanslara
diqqət yetirmələri məsləhət görülür:
* İmtahan
verəcəyiniz ünvanın özünüz,
yaxud valideynləriniz tərəfindən
dəqiqləşdirilməsi (Uşaqların əksəriyyəti
imtahana gecikir, onlar ya yeri,
ya nəqliyyatı bilmirlər və nəticədə
problemlər yaranır);
* İmtahana bir gün qalmış lazım olan
bütün sənədlərin və iki qələmin bir
faylın içərisində hazır formada
saxlanılması (Müşahidələr göstərir ki, uşaqların 10%-i imtahana gələndə
hansısa sənədini itirir, yaxud qələmi yaddan
çıxarır);
* Eynək istifadə
edən uşaqlar eynəklərini,
saatlarını səhərə hazır qoymalı;
* Ehtiyac
hiss edənlər özlərilə yemək
üçün bulka
və ya peçenye,
həmçinin bir butulka
su götürməli;
* İmtahana
gedəndə daha
rahat, sizi sıxmayan və
açıq rəngli paltarlar geyinməli
(Qara paltar geyinmək
məsləhət deyil, çünki
bu rəng insanın enerjisini
əlindən alır).
İmtahan ərəfəsində valideynlər də
həqiqətən çox gərgin olurlar. Bəzən
övladlarının təşvişini azaltmaq
üçün nə edəcəklərini
bilmədiklərindən həyəcan keçirirlər ki, bu da
abituriyentin daha da gərginləşməsinə gətirib
çıxarır. Övladlarının stresini
azalda bilmələri üçün
valideynlərin aşağıda qeyd olunanlara diqqət yetirmələri daha məqsədəuyğun olar:
*
Övladlarınızı bu dövrdə
tənqid və ya digərləri ilə
müqayisə etməyin;
* Onlarda
ruh yüksəkliyi, özünəinam
yaradın, öz biliyinə güvənmək
hissi formalaşdırın;
* Həftəsonu
övladlarınızın gəzintilərini təşkil edin;
*
Övladlarınızın hər bir
addımını dəstəkləyin;
* Onlara
tez-tez "hər şey
alınacaq" sözlərini deməyi unutmayın.
Sonda bir psixoloq
kimi valideynlərə demək istərdim ki, uşaqlara "qəbul
olmasan, başımızı
aşağı salacaqsan,
adımızı batıracaqsan" kimi
xoşagəlməz sözlər söyləməsinlər.
Valideynlər uşaqlara ancaq
müsbət enerji versinlər, onlara ruhlandırıcı, dəstək xarakterli sözlər desinlər.
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Azərbaycan
müəllimi.- 2014.- 13 iyun.- S.6.