III respublika müsabiqəsi

qaliblərinin yekun konserti

 

Azərbaycan Dövlət Filarmoniyasında uşaq gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib.  Konsertdə çıxış edən  mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Ramiz Quliyev  müsabiqənin əhəmiyyətindən söz açıblar.  Bildirilib ki,  Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə  əsas məqsəd Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyələrinin yüksəldilməsidir.

2 turdan ibarət olan  müsabiqədə 6 ixtisas (tar, kamança, kanon, qarmon, balaban, saz) 3 yaş qrupu (10-12 yaş, 13-15 yaş, 16-18 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi incəsənət məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli Konservatoriyasından, Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına Orta İxtisas Musiqi Məktəbindən, Qafqaz Universitetindən  şagird tələbələr iştirak ediblər. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, birinci turda etüd, Azərbaycan dünya bəstəkarlarının pyesləri, həmçinin saz aşıq havaları, ikinci turda isə irihəcmli əsərlər, muğam, ənənəvi saz aşıq havaları ifa  olunub. Müsabiqə çərçivəsində müvafiq ixtisaslar üzrə ustad dərsləri keçirilib. Birinci turda müvəffəqiyyətlə iştirak etmiş 150 şagird tələbə ikinci turda iştirak etmək  hüququ qazanıb. Müsabiqədə  fərqlənənlər Mədəniyyət Turizm Nazirliyinin I, II, III dərəcəli diplomlarına laureat adına layiq görülüblər.

Sonda  qaliblərin  yekun konserti maraqla  qarşılanıb.                   

 

Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.11.