BSU Məktəb-Lisey Kompleksinin şagirdləri
Beynəlxalq olimpiadada uğur qazandılar
Bu günlərdə Moskvada Beynəlxalq Rus
dili günü və Puşkinin anadan olmasının 215
illiyinə həsr olunmuş məktəblilər arasında
XIII Beynəlxalq Rus dili olimpiadası baş tutub. Olimpiada Rusiya Federasiyası
Təhsil və Elm Nazirliyi, Rossotrudniçestvo
Federal Agentliyi, Rus Dili və Ədəbiyyat
Müəllimlərinin Beynəlxalq Assosiasiyası və "Russkiy mir" fondunun dəstəyi ilə A.S.Puşkin
adına Rus Dili İnstitutu tərəfindən keçirilib.
Qeyd edək ki, olimpiadada dünyanın 29 ölkəsindən
(Azərbaycan, Avstriya, Bolqarıstan, İsrail, Serbiya, Niderland, Çernoqoriya, Finlandiya və b.) 205 məktəbli
və müəllim iştirak edib. Azərbaycan olimpiadada Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin X sinif
şagirdləri Rauf Babayev,
İrana Zeynalova, Hüseyn Abbasov, Vladlena Danoy, VII sinif şagirdi Zlat Danoy, həmçinin
160 nömrəli klassik gimnaziyanın X sinif şagirdi Maya Novruzovadan ibarət nümayəndə heyəti
ilə təmsil olunub. Nümayəndə
heyətinə BSU Məktəb-Lisey Kompleksinin
rus dili müəllimi
Rauf Ayzatullin rəhbərlik
edib.
BSU-nun və Məktəb-Lisey Kompleksinin
təmayülünə uyğun olaraq slavyan dilləri, o cümlədən rus dili və ədəbiyyatı üzrə
keçirilən beynəlxalq tədbirlərdə və bilik yarışlarında iştiraka
xüsusi önəm verən rəhbərlik
üç ay ərzində
şagirdlərin beynəlxalq olimpiadaya
hazırlaşması üçün xüsusi
tədbirlər planı tərtib etmişdi.
Gərgin
və maraqlı keçən bu intellektual yarışmanın sonunda
beynəlxalq olimpiadanın 10 nəfər mütləq qalibinin siyahısı açıqlanıb.
Ölkəmiz üçün fərəhləndirici
haldır ki, bu
mütləq qaliblərin sırasında həmyerlimiz Bakı
Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin X sinif şagirdi
Hüseyn Abbasov da yer tutub.
Fəxri diplomla təltif olunması ilə
yanaşı, ona Rusiya
Federasiyası büdcəsi hesabına Rusiyanın
aparıcı ali məktəblərində
təhsil almaq hüququ
verilib.
Nəzərə
çatdıraq ki, liseyin
digər şagirdləri də bütün
müsabiqə və imtahanlarda özlərini
layiqincə göstərərək diplom
və sertifikatlarla təltif olunublar.
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.3.