Beynəlxalq fənn olimpiadalarında

iştirak edəcək komandalar və onların

rəhbərləri ilə görüş keçirilib

  

İyunun 21-də Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran müvafiq məsələləri aydınlaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiyainformatika fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcəkdir. Beynəlxalq olimpiadalar müvafiq olaraq, riyaziyyat üzrə 3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü il tarixində İndoneziyadainformatika üzrə 13-20 iyul 2014-cü il tarixində Tayvanda təşkil olunacaqdır.

Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini qeyd edib. Nazir müavini beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq, onların uğur qazanacağına və yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini bildirib.

Sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.

 

  Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.2.