Yeniyetmə
şahmatçılarımız dünya
çempionatında 10 medal qazanıblar
13-27 iyun tarixlərində
Yunanıstanın Kavala şəhərində məktəblilər
arasında şahmatın rapid və
blits növü üzrə dünya, klassik şahmat üzrə
isə Avropa çempionatları keçirilir.
Komandanın rəhbəri beynəlxalq dərəcəli
hakim, Azərbaycan Şahmat Federasiyasının baş katibi
İbrahim Məmmədovdan aldığımız məlumata
görə, çempionatda
Avropanın 28 ölkəsindən 400-dən artıq gənc və
yeniyetmə şahmatçı mübarizə aparır.
14-16 iyunda rapid üzrə keçirilən dünya çempionatında Azərbaycan yığma
komandası 6 yaş qrupu üzrə
oğlan və qızlardan ibarət 28 şahmatçı ilə təmsil
olunub. Onlar bu yarışda 3
qızıl, 4 gümüş
və 3 bürünc olmaqla
10 medal qazanıblar.
İsveçrə sistemi üzrə keçirilən çempionat 9 turdan ibarət
olub. Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələrindən Aytən Əmrayeva
16-17 yaş qrupunda I yeri, Nərmin Məmmədova 13-15 yaş qrupunda II, Xanım Balacayeva isə 12-13 yaş
qrupunda II yeri tutmuşlar. Bakı şəhəri
2 nömrəli Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələrindən Kənan Qarayev 12-13 yaş qrupunda I, Vüqar Əsədli II, Əhməd Əhmədzadə 10-11 yaş qrupunda II yerə, Rüstəm Bünyadov
14-15 yaş qrupunda, Nurtac Heydərli
isə 6-7 yaş qrupunda III yerə çıxıb.
Mingəçevir
şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Aysel Səlimova 7 yaşadək qrupda I,
Bakı şəhəri 3
nömrəli Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi Mətin
Salamov
8-9 yaş qrupunda II yeri adlarına yazdırıblar.
Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.3.