Rima Abbas qızı Hənifəyeva

  

Əməkdar müəllim, Prezident təqaüdçüsü Rima Abbas qızı Hənifəyeva vəfat edib.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış pedaqoq Rima Hənifəyevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və  yaxınlarına dərin hüznlə başsağlığı verir.

Rima Hənifəyeva 22 mart 1930-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olub. 1947-ci ildə Yerevan Pedaqoji Texnikumunu, 1956-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) coğrafiya fakültəsini bitirib.

1949-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1976-2007-ci illərdə Bakı şəhərindəki 54 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Qabaqcıl coğrafiya müəllimi və məktəb direktoru kimi təcrübəsi yayılıb. Ümumtəhsil məktəblərinin VII sinifləri üçün hazırlanmış coğrafiya dərsliyinin həmmüəlliflərindəndir.

Allah rəhmət eləsin!

 

Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.7.