Məktəblilərin
fənn olimpiadalarının
yekun turunun keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəblilərin fənn olimpiadaları haqqında Qaydalar"ı rəhbər tutaraq, məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 16-17 mart 2014-cü il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun
iştirakçıları 16 mart
2014-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə
yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik
tabeliyindəki S.C.Pişəvəri adına humanitar
fənlər gimnaziyasında - F.Yusifov
küçəsi, 39, tel: 567-22-17
- riyaziyyat,
fizika və informatika
fənləri üzrə Nazirlik tabeliyindəki
fizika-riyaziyyat və informatika
təmayüllü liseydə - S.Dadaşov
küçəsi, 555-ci məhəllə, tel:
510-76-28
- kimya
və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya
təmayüllü liseydə - 8-ci Kilometr
qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi
müəssisələrdə,
informatika
fənnindən isə BDU-da 17 mart 2014-cü
il
tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Rauf
Orucov) fənn olimpiadalarının xərclər
smetasını hazırlayıb 3 gün müddətinə təsdiqə təqdim
etsin.
5. İnformasiya şöbəsi (Elnur
Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində
dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına
nəzarət nazir müavini
Ceyhun Bayramova həvalə
olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
5 mart
2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 7 mart.- S.2.