Təhsil naziri "Şöhrət" ordenini
Ramiz Əskərova təqdim edib
Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
səmərəli elmi və ədəbi-publisistik
fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş
filologiya elmləri doktoru
Ramiz Əskərovla görüşüb.
Təhsil naziri "Şöhrət" ordenini Ramiz Əskərova
təqdim edib. Tanınmış filoloq alimi təbrik edən
nazir ona gələcək
fəaliyyətində uğurlar
arzulayıb. Ramiz Əskərovun Azərbaycan
təhsilinin və elminin
inkişafındakı xidmətlərindən söhbət
açıb, səmərəli fəaliyyətini bundan sonra da
uğurla davam etdirəcəyinə
əminliyini bildirib.
Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə
verilən belə yüksək qiymətə görə
ölkə Prezidentinə dərin minnətdarlığını
ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin,
publisistikanın və elmin inkişafı
naminə əzmlə çalışacağını nəzərə
çatdırıb.
Qeyd edək ki, Ramiz
Əskərov 1954-cü il yanvar
ayının 10-da Qərbi Azərbaycanın Amasiya
rayonunun Əzizbəyov (Qaraçanta)
kəndində müəllim ailəsində anadan
olub. 1971-ci ildə orta
məktəbi qızıl medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinə daxil olub.
1975-ci ildə ən
yaxşı tələbə kimi M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin jurnalistika
fakültəsinə göndərilib və 1978-ci ildə ali təhsilini başa vurub.
1978-1983-cü
illərdə Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Komitəsində
çalışıb. 1983-1987-ci illərdə Azərbaycanın
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində
işləyib, 7 dildə (Azərbaycan, rus,
ingilis, fransız, alman,
türk, ərəb, fars)
nəşr edilən
"Azərbaycan bu gün"
jurnalının baş redaktoru
olub. 1988-1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
2002-ci ildən Bakı Dövlət Universitetində çalışır. 2012-ci ildə Türk
xalqları ədəbiyyatı
kafedrasının müdiri
seçilib. 10 monoqrafiya və 200-ə yaxın elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası
Prezidentinin 21 iyul
2010-cu il tarixli sərəncamına
əsasən, "Əməkdar
jurnalist" fəxri adına layiq görülüb.
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.2.