Təhsil naziri Təhsil Problemləri
İnstitutunun yeni strukturunu
təsdiq edib
Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarov "Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
strukturunun yeni redaksiyada təsdiq olunması barədə"
əmr imzalayıb.
Əmr
Təhsil Problemləri İnstitutunun
(TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə
xidmət edir. Əmrdə ixtisara
düşmüş ştatlarda
çalışan işçilərin peşəkarlıq səviyyələri
və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.
Əmrə əsasən,
TPİ-nin yeni strukturunda katiblik, 18
şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət
göstərəcək. Ümumi təhsilin
və məktəbdənkənar təhsilin kurikulumu,
Monitorinq və qiymətləndirmə, həmçinin
Peşə ixtisas təhsili şöbələrinə
daha çox ştat vahidi verilib.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda yeni dərsliklərin
yaradılması, şagird və müəllimlərin
müvafiq dərslik seçiminin
təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş
kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli
məsələlər nəzərdə tutulub.
Bütün bunlar Təhsil
Nazirliyinin fəaliyyətində dərslik
siyasətinin prioritet istiqamətlərdən
biri olduğunu deməyə
əsas verir. Təhsil Nazirliyinin
bu sahədə həyata keçirdiyi
islahatların səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs
vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə
mühüm vəzifələr düşür.
Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur bölmələrin də fəaliyyəti
nəzərdə tutulub.
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.2.