Yubiley təbrikləri
"Azərbaycan müəllimi" - 80
Həsən HƏSƏNOV,
"Xalq qəzeti"nin baş redaktoru
Azərbaycanın çoxminli təhsil işçiləri, elmi-pedaqoji içtimaiyyəti özlərinin sevimli dövri nəşri
"Azərbaycan müəllimi" qəzetinin ilk sayının işıq üzü
görməsinin 80 illiyini əlamətdar
hadisə kimi qeyd edirlər.
Bu tarix anadilli mətbuatımızın
önəmli səhifələrindən biri
kimi ölkənin media
aləmində də diqqət və öyünclə
anılır.
Xalqımızın
maariflənməsi, elm və biliklərin
yayılması yolu ilə tərəqqiyə
qovuşması milli mətbuatımızın
ilk gündən təməl hədəflərindən
olmuşdur. Sonrakı illərdə
ölkəmizdə müxtəlif
pedaqoji, məktəb və təhsil
nəşrləri yaradılsa da, bu yöndə davamlı, sistemli
və səmərəli fəaliyyət göstərmək
"Azərbaycan müəllimi" qəzetinə nəsib olmuşdur. Ötən 80 ildə
respublikamızın əsas təhsil qəzeti olan bu nəşr maarif sahəsinin güzgüsü
olmuş, pedaqoji prosesin canlı salnaməsini
yaratmışdır.
"Azərbaycan
müəllimi" qəzeti onilliklər boyu
respublikada təhsil quruculuğunu
geniş işıqlandırmış,
müəllimlərin mötəbər söz
və fikir tribunası kimi
onların səsini cəmiyyətə
çatdırmış, pedaqoji
potensialın səfərbər edilməsi işinə məharətlə
xidmət göstərmişdir. Təhsil qurumlarının fəaliyyəti,
bu sahədə həyata keçirilən
proqramlar, pedaqoji nəzəriyyə
və təcrübənin inkişaf
etdirilməsi məsələləri qəzetin aparıcı
mövzuları olaraq həmişə maarif
cəbhəsində ictimai rəyin formalaşmasına
ciddi təsir göstərmişdir. Bütün bunlara görə
qəzet təkcə müəllimlər ordusunun
deyil, həm də ölkə
ziyalılarının sevimli nəşrlərindən
biri olmuşdur.
Sovet dövründə buraxılan sahə qəzetlərinin
bir çoxundan fərqli
olaraq "Azərbaycan müəllimi"
qəzeti yeni
dövrdə - dövlət müstəqilliyinə qovuşduğumuz illərdə də gərəkliyini
sübuta yetirmiş, suverenlik prinsiplərinin təhsil sferasında
gerçəkləşdirilməsi prosesinə məsuliyyətlə
çiyin vermişdir. Bu işi
qəzetin mütərəqqi ənənəsini
yaşadıb zənginləşdirən indiki
redaksiya kollektivi uğurla davam etdirir. "Azərbaycan müəllimi"
qəzetinin yaradıcı heyətinin müstəqil dövlətin
təhsil siyasətinin yüksək səviyyədə həyata
keçirilməsinə informasiya dəstəyi
verməsi, çağdaş pedaqoji təcrübənin yayılması, yeni nəsillərin milli və
bəşəri dəyərlərə tərbiyələndirilməsi
işinə köməyi əlamətdar yubileyin
fonunda daha aydın görünür.
Azərbaycanın
yaşı on illərlə
ölçülən dövri nəşrləri
arasında "Azərbaycan müəllimi" qəzetinin
özünəməxsus yeri və nüfuzu bu gün qədirbilənliklə qeyd
olunur. Ölkənin ən qocaman
gündəlik anadilli nəşri "Xalq qəzeti"nin kollektivi
milli mətbuatımızın inkişafı yolunda uzun illərdən bəri
onunla bir sırada
addımlayan "Azərbaycan müəllimi" qəzetinin müdriklik yaşına çatması sevincini dəyərli həmkarlarımızla
ürəkdən paylaşır. 80 yaşlı təhsil qəzetimizin
kollektivinə bol
yubiley sevinci,
şərəfli yolun davamı olaraq yeni
yaradıcılıq uğurları arzulayırıq. Mənəvi
dünyamızı öz
işığı ilə daim
nurlandırmış qəzetin ziyası bundan
sonra daha da gur olsun!
Hikmət BABAOĞLU,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru
"Azərbaycan müəllimi"nin kollektivinə.
Sirr deyil ki,
ölkəmizdə sahə mətbuatının ciddi ənənələri, tarixi
uğurları vardır. Hələ sovet
dövründə Azərbaycanda kifayət qədər
oxunaqlı, hətta ümumittifaq səviyyəsində
təqdir toplayan sahə qəzetləri fəaliyyət
göstərirdi. Amma müstəqilliyin ilk illərində
üzləşdiyimiz problemlər sahə qəzetlərinin də
fəaliyyətini iflic etmiş,
bir çox qəzetlər
maddi çətinliklər üzündən
fəaliyyətini dayandırmış, həmin dövr Azərbaycan jurnalistikası üçün spesifik olan bəzi neqativ meyillər
sahə mətbuatında da özünü qabarıq göstərmişdir.
Lakin çox sevindiricidir ki, bu gün ölkəmizdə
milli mətbuatın inkişafı istiqamətində
görülən tədbirlər sahə mətbuatının
da fəaliyyətinə əsaslı təsir
göstərmişdir. Artıq kifayət qədər ciddi, oxunaqlı, oxucu rəğbəti
qazanmış mətbuat orqanları fəaliyyət göstərməkdədir.
Bunlardan biri də 80 illik yubileyini qeyd edən "Azərbaycan müəllimi"
qəzetidir.
1934-cü
il sentyabrın 2-də "Qommunist Məarifi" adı ilə nəşrə
başlayan "Azərbaycan müəllimi"
qəzeti 80 illik fəaliyyəti
dövründə qarşıya qoyduğu
məqsədə nail olmaq
üçün məhsuldar
çalışmış, obyektivliyi,
peşəkarlığı ilə milli mətbuat
nümunələrinin sırasında öz
yerini tuta bilmişdir. Azərbaycanda elmin,
təhsilin inkişafı istiqamətində görülən
işlərin geniş ictimaiyyətə təqdim
olunması, bu sahədə əldə olunan nailiyyətlərin təbliği istiqamətində
müstəsna xidmətləri olan "Azərbaycan
müəllimi" qəzetinin oxunaqlığını təmin
edən məqamlardan biri də onun ölkəmizin siyasi
və ictimai gündəmindəki mövzulara da yer ayırması, Azərbaycan dövlətinin
əldə etdiyi uğurları geniş işıqlandırmasıdır. Müxtəlif dövrlərdə Azərbaycanda ictimai şüurun
inkişafında rolu olmuş
ziyalılarımız, tanınmış şair
və yazıçılarımız, o
cümlədən Abdulla Şaiq,
Qılman İlkin, Mehdi
Mehdizadə, Üzeyir Hacıbəyli,
görkəmli elm xadimləri Mirzağa Quluzadə, Əbdüləzəl Dəmirçizadə
və başqaları qəzetlə əlaqə saxlayaraq onun səhifələrində
dövrün ən aktual
pedaqoji, ədəbi və mədəni məsələlərilə
bağlı sanballı yazılarla çıxış
etmişlər. Azərbaycan dilinin
saflığı, əlifbamızın təkmilləşdirilməsi
uğrunda mübarizə də qəzetin daimi diqqət yetirdiyi və
öz səhifələrində yer ayırdığı məsələlərdən
olmuşdur. Qəzet mövzu
rəngarəngliyi, qaldırdığı problemlərin
aktuallığı ilə oxucuların təqdirini
qazanmışdır. Düşünürəm ki, bu qəzet gələcəkdə
də nailiyyətlərini davam etdirəcək,
öz dəst-xətti,
orijinallığı ilə oxucu
auditoriyasını daha da
genişləndirəcəkdir.
80 illik
yubileyini qeyd edən
"Azərbaycan müəllimi" qəzetinin kollektivini təbrik edir, onlara cansağlığı, bu
məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıram.
Azərbaycan müəllimi.- 2014.-
7 mart.- S.3.