Ali təhsilimiz son 10
ildə və növbəti
10 ildə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə
Dövlət Strategiyası"nda qeyd olunur ki, son
illərdə ölkədə təhsilin inkişafı
istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki
təminatı istiqamətində
Azərbaycan Respublikası
Prezidentinin sərəncamları
əsasında geniş
tədbirlər həyata
keçirilmişdir. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi əhəmiyyətli
dərəcədə genişlənmişdir.
Bununla belə o da göstərilir ki, sürətlə modernləşən
Azərbaycan Respublikasında
təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına
cavab verməsi istiqamətində yeni addımların atılmasına
və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa
standartlarına uyğunlaşdırılmasına
ehtiyac vardır.
Bu məqsədə çatmaqda,
heç şübhəsiz
ki, Bolonya prosesinin tələblərinin
ali təhsil
sistemimizdə tətbiqi,
özü də lazımi səviyyədə,
heç bir təhrifə, imitasiyaya yol vermədən tətbiqi qaçılmazdır.
2005-ci ildə Bolonya
prosesinə qoşulan
respublikamız bununla faktiki olaraq ali təhsildə
aparılacaq islahatların
konturlarını müəyyənləşdirdi.
Bolonya Bəyannaməsinin
müddəalarını həyata
keçirmək üçün
son 8 ildə müvafiq
addımlar atılmış,
normativ-hüquqi sənədlər
(Kredit sistemi ilə tədrisin təşkili, çoxballı
sistemlə tələbələrin
biliyinin qiymətləndirilməsinin
prinsipləri, "Bakalavr
və magistr hazırlığının məzmununa
və səviyyəsinə
qoyulan minimum dövlət
tələblərinin strukturu") təsdiq edilmiş və müvafiq istiqamətlər
üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanmışdır.
Bolonya
prosesinin prinsiplərinin
tətbiqi ilə bağlı normativ-hüquqi
bazanın yaradılması
istiqamətində bir
çox xarici ölkələrin təcrübəsi
öyrənilmişdir.
Bu gün dünyada sənaye cəmiyyətinin yerini informasiya cəmiyyəti tutmağa başlayıb. Əgər sənaye cəmiyyətinin inkişafında
əsas amil təbii sərvətlər
hesab edilirdisə, informasiya cəmiyyətinin
inkişafında bunu yüksək
intellektə malik insan kapitalı əvəz etməkdədir.
Yüksək intellektli
kadrların formalaşmasında
isə, heç şübhəsiz ki, təhsilin, xüsusilə
də ali
təhsilin əhəmiyyəti
danılmazdır. Təsadüfi
deyil ki, müasir dövrdə hər bir ölkənin
inkişafı həmin
ölkədə ali təhsilin səviyyəsi ilə müəyyən edilir. Onu da deyək
ki, dünyanın ən reytinqli ali təhsil
müəssisələri bu
gün iqtisadi cəhətdən inkişaf
etmiş ölkələrdə
yerləşir. Etiraf etməliyik
ki, inkişaf etmiş müasir iqtisadiyyatlar üçün
insan zəkası əsas xammal hesab olunur. Məhz buna görə də ölkəmizin Boloniya prosesinə qoşulmasına ən yüksək dövlət
səviyyəsində əməli
dəstək verilib.
Qloballaşan dünyanın
bir parçası olan ölkəmizdə ali təhsilin
nə qədər önəmli olduğu və yüksək intellektli insan kapitalına olan ehtiyac hər keçən gün daha çox hiss edilir. Bu ehtiyacı qarşılamaq üçün
isə ölkəmizin
ali təhsil
sistemində dinamik inkişafı təmin etmək lazımdır. Bunun üçün müasir
dünyanın təhsil
yenilikləri ölkəmizdə
də tətbiq edilməlidir. Avropa ali təhsil
sisteminə inteqrasiyanın
nə qədər önəmli olduğu ümummilli lider Heydər Əliyev tərəfindən vaxtı
ilə bu cür ifadə olunmuşdur: "Azərbaycan
müstəqil dövlət
kimi Qərb ölkələrinin təcrübəsindən
istifadə etməyə
çalışır və
təhsilin də təkmilləşdirilməsində bu təcrübədən
istifadə etmək lazımdır".
Bu gün respublikamız Avropanın
ali təhsil məkanına inteqrasiyada israrlı görünür.
Lakin aradan 8 il keçəndən
sonra hələ də "Bəs Bolonya prosesinə qoşulmaqla biz nə əldə edəcəyik"
sualı ilə rastlaşırıq. Cavab
birmənalıdır: "Qazandığımız itirdiyimizdən
qat-qat çox olacaq". Bunları isə ümumi şəkildə belə qörürük:
1) Tələbədə özünə inamın artması. 2) Tələbənin
tədriz prosesinin planlaşdırılmasında yaxından
iştirak etməsi.
3) Tələbənin seçim
imkanlarının artması.
4) Akademik mobillik nəticəsində tələbənin
təhsilini başqa universitetlərdə davam etdirə bilməsi. 5) Ali təhsil ixtisaslarının
əmək bazarının
tələblərinə uyğunlaşdırılması.
6) Universitetlərin maliyyə
müstəqilliyi əldə
etməsi. 7) Biliyin qiymətləndirilməsində unifikasiyanın aparılması.
8) Transmilli təhsil standartlarının yaradılmasının
qündəmə gəlməsi
və s.
Göründüyü kimi, respublikamızda son 10
ildə ali
təhsil sahəsində
dəyişikliklərin baş
verməsi danılmazdır.
Ali təhsil müəssisələrinin
sayı artmış,
özəl ali təhsil müəssisələri
dövlət ali təhsil müəssisələri
ilə rəqabət aparmağa başlamış,
bəzi hallarda hətta özlərini bu işdə çox yaxşı cəhətdən göstərmiş,
rəqabətə tab gətirə
bilməyənlər fəaliyyətlərini
dayandırmış, ali
təhsil müəssisələrinin
maddi-texniki bazası gücləndirilmiş, professor-müəllim heyətinin keyfiyyətcə və kəmiyyətcə tərkibi
artmış, ali təhsil sistemi dünya və Avropa ali təhsil
sisteminə inteqrasiya etmək yolunda koklü dəyişikliklərə
nail olmuşdur. Bolonya Bəyannaməsinə
qoşulmuşuq və
ən əsası da bundan ibarət
olmuşdur ki, "Təhsil haqqında" Qanun qəbul edilmişdir. İnformasiya
texnologiyalarının bütün
sahələrdə olduğu
kimi təhsildə də tətbiq olunması ali
təhsildə böyük
imkanlar və ümidlər yaratmışdır.
Bunlar
hamısı son 10 ilin
bizə verdiyi töhfələr olmuşdur. Bəs növbəti 10 ildə ali
təhsildə hansı
yeniliklər baş verə bilər. Düşünürük ki, hadsələrin
bu cür sürətli inkişafı
bəzi proqnozlar verməyə əsas verir.
Ali təhsil müəssisələrində əsaslı struktur dəyişikliklər qaçılmaz
olacaq. Administrativ tərkibin
sayı azaldılacaq,
kafedralar departamentlərlə
əvəz olunacaq və daha çox
tədrisyönümlü olacaqdır.
Məsələn, Müasir dillər
departamentləri və
Humanitar elmlər departamentləri kimi.
Tədqiqatla məşğul olacaq qurumlar isə qeyri-departamentlərə
- institutlara, tədqiqat
mərkəzlərinə çevriləcək.
Tədqiqatla məşğul olanlar departamentlərə
tədris proqramları,
fənn proqramları hazırlamaqla köməklik
göstərəcəklər. Onların hazırladıqları
tədris sənədləri
daha az
maaş tələb edən yardımçı
heyət tərəfindən
reallaşdırılacaq. Bu
cür institut və mərkəzlərdə
işləyənlərin əsas
məqsədi kənardan
gəlir (qrantlar, təqaüdlər, mükafatlar)
gətirmək olacaq.
Ziyanla işlədikləri halda həmin qurumlar qapadılacaq. Ali təhsildə çoxlu komitələr yaradılacaq,
onlar tədrislə birbaşa əlaqəli olacaqlar, administrativ-menecment
işlərində olanların
səlahiyyət müddətləri
bu gün olduğundan çox olacaq. Biliyin qiymətləndirilməsinin
forma və məzmunu əsaslı dəyişəcək.
Mentorların (tyutorların) bakalavriatdan
sonrakı pillədəki
işləri çoxalacaq.
Bakalavriat tələbələri də işləməkdə
israrlı olacaqlar.
Əksər
universitet nəşrləri
çap formasından
internet formasına keçəcəklər. Humanitar elmlər sahəsində iş yerləri lazımınca olmayacaq. İnnovasiyalar baş verməkdə
davam edəcək və yeni bacarıq
və qabiliyyətləri
özündə cəm
edən alimlərə
humanitar sahələrdə
daha çox tələb olunacaq. Ali təhsil müəssisələri
bir piramida şəklinə bənzəyəcək.
Bu piramidanın ən yuxarısında o universitetlər dayanacaqlar ki, onların yaxşı seçilmiş
bakalavr tələbələri
olacaq, yüksək səviyyəli Ph.D., M.D., J.D və
M.B.A, proqramları əsasında
yüksək səviyyəli
mütəxəssislər buraxacaqlar.
Bir sözlə, gələcək 10 ildə
ali təhsil
harda və necə olacaq öz yerində. Bu haqda ancaq mülahizələr yürütmək
mümkündür. Bizə bir şey gün
kimi aydındır - dramatik dəyişikliklər
eləmək üçün
10 il sonranı
gözləməyə də
dəyməz. İslahatların zamanı artıq gəlib.
Bolonya
prosesinə münasibət
də məhz bu işlərin tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, münasibət birmənalı deyil.
İstər müəllimlər,
istərsə də tələbələr bu prosesə qoşulmaqdan məmnun olduqlarını
bildirsələr də,
bəyənmədikləri bəzi məqamların olduğunu
söyləyirlər. Sübhəsiz, hər bir islahat
nəyi isə dəyişmək deməkdir,
hər bir dəyişiklik isə uzun illərdən bəri formalaşmış
stereotiplərin əvəzlənməsini
tələb edir.
Bu da çox
zaman narazılıqlarla
qarşılanır. Amma nə
qədər çətin
də olsa, nə qədər barışmasaq da, bu gün aparılan
islahatlar millətin gələcəyinə hesablanır
və heç kimin buna mane olmağa ən azı mənəvi haqqı yoxdur.
Əfqan
ABDULLAYEV,
Azərbaycan Dillər Universiteti
təhsil fakültəsinin
dekanı,
2 dəfə Senator Fulbrayt təqaüdçüsü, professor
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.6.