İnformasiya və kommunikasiya
ilinin gətirdiyi böyük
uğurlar
Son illər ölkəmizdə möhtərəm Prezidentimizin sərəncamları ilə hər təqvim ilinin cəmiyyətin həyatında, ölkənin inkişafında mühüm rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Bu yolla bir tərəfdən ictimaiyyətin diqqəti dövlətin öz siyasətində prioritet hesab etdiyi istiqamətə cəlb edilirsə, digər tərəfdən müəyyənləşdirilmiş inkişafyönümlü tədbirlərin ilboyu həyata keçirilməsi nəticəsində həmin sahənin üstün inkişafı təmin olunur. Bu baxımdan 2013-cü il ölkəmizin müasir tarixinə "İKT ili" kimi daxil olub.
İndi, artıq dünyanın əksər ölkələrinin
informasiya cəmiyyətləri qurmaq, mövcud
informasiyaları toplayıb emal etmək və
aparılan siyasətdə onun nəticələrinə
istinad etmək yolunda ciddi addımlar atdığı və böyük uğurlar
qazandığı bir zamanda
cəmiyyət həyatında informasiyanın rolunu, önəmini
sübut etməyə ehtiyac
yoxdur. Hazırda dünya vaxtilə iti
ağıl sahiblərinin proqnozunu verdiyi elə inkişaf səviyyəsinə
gəlib çatıb ki, bu
səviyyədə hər şey - ölkənin
gücü, üstünlüyü,
bütün sahələrdə
inkişafın, insanların maddi-rifah
halının səviyyəsi məhz informasiya-kommunikasiya
vasitələrinin tətbiqi vəziyyəti ilə
müəyyən olunur. Buna
görə də İKT-nin ən son nailiyyətlərinin ölkəmizdə tətbiqi
və inkişaf etdirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindəndir.
Müasir dövrün
reallıqlarını və inkişaf
tendensiyalarını praqmatik bir siyasətçi kimi düzgün dəyərləndirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev özünün
16 yanvar 2013-cü il tarixli 2664 nömrəli sərəncamı ilə
2013-cü ili ölkəmizdə "İnformasiya və kommunikasiya texnologiyaları ili"
elan etmişdi. Məqsəd cəmiyyət həyatında əvəzsiz
rola malik, müasir dövrün və
"biliklər iqtisadiyyatı"na keçidin
əsas atributuna çevrilmiş
İKT-nin ölkəmizdə daha da
inkişafını, qabaqcıl texnologiyaların vətəndaşların
gündəlik həyatının müxtəlif sahələrinə
tətbiqini təmin etmək idi.
Həmin
sərəncamla Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə 2013-cu ilin
Azərbaycan Respublikasında "İnformasiya
və kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə
bağlı Tədbirlər Planı hazırlamaq
tapşırılmışdı. Sözügedən plan vaxtında hazırlanaraq ölkə
başçısının 29 mart 2013-cü il
tarixli sərəncamı ilə təsdiq
olunmuşdur.
Tədbirlər
Planında İKT sektorunun daha
da inkişaf etdirilməsi
üçün 4 strateji
istiqamət müəyyən edilmişdi.
Təşkilati tədbirləri əhatə edən
birinci istiqamət xüsusi
saytın yaradılıb fəaliyyətinin təmin edilməsini,
şəhər və rayonlarda ictimai yerlərdə müvafiq
təşviqat materiallarının yerləşdirilməsini,
görülən işlər haqqında mütəmadi olaraq KİV-də məlumatların
verilməsini, informasiya təhlükəsizliyi
ilə bağlı ilk respublika
konfransının keçirilməsini və s.
tədbirləri nəzərdə tuturdu.
İkinci strateji istiqamət normativ-hüquqi bazanın və idarəetmənin
təkmilləşdirilməsi tədbirlərini əhatə edirdi ki, buraya
sahə üzrə beynəlxalq səviyyəli
strategiyaların hazırlanması, "az"
domenindən istifadənin genişləndirilməsi, qeydiyyat proseslərinin təkmilləşdirilməsi
üçün tədbirlərin
görülməsi, rabitə və İnternet
xidmətləri tariflərinə yenidən baxılması və
s. daxil idi.
Tədbirlər
Planında üçüncü istiqamət
kimi İKT potensialının gücləndirilməsi,
İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun,
"Yüksək Texnologiyalar
Parkı"nın, Elektron Təhlükəsizlik
Mərkəzinin, İnformasiya
Texnologiyaları Universitetinin fəaliyyətinin
təşkili, "Elektron hökumət"in
formalaşdırılması üzrə tədbirlərin davam
etdirilməsi, elektron xidmətlərdən
istifadənin kütləviliyinin artırılması üzrə
fəaliyyətin genişləndirilməsi və s. üzrə tədbirlər görülməsi
yer almışdı.
Sonuncu-dördüncü strateji istiqamət
üzrə görüləcək işlərə isə informasiya cəmiyyəti və insan
potensialının inkişafı, əlillərin və
sağlamlıq imkanları məhdud 18 yaşadək
uşaqların İKT-dən istifadə imkanlarının
artırılması, İKT-nin
inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi,
Azərbaycan həqiqətlərini virtual
məkanda əks etdirən informasiya
resurslarının yaradılması, təbliği,
yayılması və s. daxil
idi.
"İnformasiya
və kommunikasiya texnologiyaları ili"nin yekunları
göstərir ki, qarşıya qoyulan məqsəd əldə olunmuş,
Tədbirlər Planında nəzərdə tutulan
işlər reallaşdırılmışdır. Nəticədə
ölkəmizdə İKT-nin
inkişafı və tətbiqi yönündə bir sıra böyük uğurlar əldə olunmuşdur.
Bu uğurların ən möhtəşəmi,
şübhəsiz, ötən il
fevralın 8-də Azərbaycanın ilk peyki olan
"Azerspace-1" telekommunikasiya peykinin orbitə
çıxarılmasıdır. Martın 15-dən
bütünlüklə yerli mütəxəssislər
tərəfindən idarə olunan peykin buraxılması ilə ölkəmizin
adı kosmik dövlətləri
sırasına yazılmışdır. İlk
peykimiz yerli radio və televiziya
kanallarının yayımını təmin etməklə
yanaşı, böyük bir
hissəsi icarəyə verildiyindən, həm də ölkəmizə
külli miqdarda gəlir
gətirir.
Hər bir sahənin yüksələn xətlə və
dayanıqlı inkişafı o sahədə
çalışan kadrların peşəkarlıq səviyyəsindən
həlledici dərəcədə asılıdır. Bu baxımdan ölkəmizdə İKT-nin inkişaf
perspektivləri müvafiq sahə üzrə
yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasını da zərurətə
çevirmiş və
aktuallaşdırmışdır.
Həmin zərurət
nəzərə alınaraq ötən il
ölkəmizdə möhtərəm Prezidentin
xüsusi sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti
yaradılmışdır. Fikrimizcə,
sözügedən ali məktəbin fəaliyyətə
başlamasını, eləcə də sektor
üzrə ixtisaslı kadr
hazırlığı məqsədi ilə dünyanın bir sıra tanınmış informasiya
texnologiyaları universitetləri ilə əlaqələrin
qurulmasını da "İKT ili"nin ən mühüm töhfələrindən hesab etmək olar.
"İKT
ili" ilə bağlı Tədbirlər
Planına müvafiq olaraq
informasiya texnologiyaları sahəsində istehsalyönümlü fəaliyyətin dəstəklənməsi,
bu sahədə yerli və
xarici investisiyaların cəlb olunması
üzrə işlərə təkan vermək üçün
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində
yaradılmış İnformasiya
Texnologiyalarının
İnkişafı Dövlət Fondunun əsasnaməsi
hazırlanaraq ölkə Prezidentinin 2 aprel 2013-cü il tarixli 853 nömrəli fərmanı ilə təsdiq
olunmuşdur. Fond
İKT sahəsində çalışan sahibkarlara
dövlət adından maliyyə dəstəyi göstərəcək,
şirkətlərə qrantlar, kreditlər
verəcəkdir.
Prezidentin 5 noyabr 2012-ci il tarixli sərəncamı
ilə yaradılmış və əsas məqsədi elm və istehsal sahələri
arasında körpü yaratmaq
olan Yüksək Texnologiyalar
Parkının tam formalaşması da məhz "İKT ili"ndə -
2013-cü ildə olmuşdur.
Yüksək Texnologiyalar Parkı informasiya
və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos,
enerji səmərəliliyi sahələrində
tədqiqatların aparılması baxımından mühüm əhəmiyyətə malikdir.
Son illər cəmiyyət həyatında mühüm
rol oynayan təhsilin
elektronlaşdırılması da prioritet məqsədlərdən olmuş, 2004-2012-ci illər arasında İKT-nin təhsil sisteminə tətbiqi və
bu sistemin
informasiyalaşdırılması üzrə iki
dövlət Proqramı qəbul olunaraq həyata
keçirilmişdir. Nəticədə 2012-ci ilin yekununa görə məktəblərin
90 faizi kompüterlərlə təchiz olunmuş, V-XI siniflərdə 20 şagirdə
1 kompüter nisbəti təmin edilmişdir.
Təhsil sisteminin informasiyalaşdırılması
üzrə işlər "İKT ili"ndə də davam etdirilmiş və xeyli uğur əldə olunmuşdur. Təhsil müəssisələrinin
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter və digər rəqəmsal
avadanlıqlarla təminatı xüsusilə diqqət mərkəzində
saxlanmış, Təhsil Nazirliyinin
tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 3702 ədəd
stolüstü kompüter,
4853 ədəd noutbuk, 1976 ədəd
proyektor və 2600 ədəd interaktiv elektron lövhə
verilmişdir.
Təhsil müəssisələrində
İKT avadanlığına texniki nəzarət
və dəstək sistemi daha
da təkmilləşdirilmiş Bakı
şəhərində və Abşeron rayonunda 366 təhsil müəssisəsinə texniki xidmət göstərilmişdir.
İnternet xidmətlərinin işlənilməsi
və İnternet şəbəkəsinə
çıxışın təmin olunması istiqamətində
addımlar atılmış, 2013-cü ildə həmin şəbəkələrə
əlavə olaraq 70 təhsil müəssisəsi
qoşulmuş, nəticədə İntranet və İnternet
sistemlərindən istifadə edən təhsil müəssisələrinin sayı 1695-ə
çatmışdır.
"İKT ili"nin təhsildəki
uğurlarından bir qismi də elektron təhsil
texnologiyalarının tətbiqinin genişləndirilməsi
ilə əlaqədardır. Belə ki,
ötən il Joung Digital Planet şirkətinin
Universal Kurikulum
platforması üzrə 57 ədəd elektron
dərs, 10 ədəd milli tədris fənni
üzrə elektron tədris resursları,
57 ədəd animasiyalı müəllim təqdimatı
hazırlanmışdır.
Təhsil
sistemində kadr potensialını gücləndirilməsi
sahəsində də diqqətəlayiq işlər görülmüş, İntel
"Gələcək üçün təhsil"
təlim vəsaitləri əsasında müxtəlif məqsədlərlə
təxminən 3300 nəfər müəllimə təlimlər
və treninqlər keçirilmişdir.
Ölkədə İKT-nin dinamik inkişaf tempi bu sahədə təhlükəsizliyin təminatını
da zərurətə çevirmişdir.
"İKT ili"ndə bu istiqamətdə
də müəyyən addımlar atılmışdır. Belə ki, ölkə
başçısının 26 sentyabr
2012-ci il tarixli "İnformasiya təhlükəsizliyi sahəsində
fəaliyyətin təkmilləşdirilməsi tədbirləri
haqqında" fərmanının icrası ilə
bağlı işlər əsasən "İKT ili"ndə
reallaşdırılmağa başlanmış, nəticədə
ölkədə informasiya dövriyyəsinin
mühafizəsi, sabitliyi və fasiləsizliyi,
dövlət orqanlarının informasiya
ehtiyatlarının qorunması və s.
istiqamətlərdə mühüm tədbirlər
həyata keçirilmişdir. Bu məqsədlə yeni qurumlar - Xüsusi Dövlət
Mühafizə Xidmətinin xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi və PİTN-nin tabeliyində Elektron
Təhlükəsizliyi Mərkəzi
yaradılmışdır.
"İKT ili" həm də "Elektron
hökumət", "Asan xidmət"
layihələri çərçivəsində göstərilən
xidmətlərin sayı və keyfiyyətinin yüksəlməsi
ilə yadda qalmışdır. Məlumat
üçün bildirək ki, hazırda "Elektron
hökumət" saytında təqdim olunan
xidmətlərdən ayda təxminən
50 mindən çox insan
istifadə edir. Nazirlər Kabinetinin
təsdiq etdiyi siyahıdakı 425 xidmətdən
275-i "Elektron hökumət" və müvafiq dövlət qurumlarının
portallarına inteqrasiya edilmişdir.
Əhaliyə təxminən 500 minə yaxın xidmət elektron formada göstərilmişdir.
Ötən ilin dekabrında Bakıda təşkil olunmuş 19-cu "Telekommunikasiya və informasiya texnologiyaları" sərgi-konfransı bir növ "İKT ili" çərçivəsində həyata keçirilən tədbirlərin yekunu olmuş, ölkəmizin İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanlar hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləmişdir.
Yusif
ƏLİYEV,
əməkdar
jurnalist,
"Azərbaycan
müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün"
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.8.