Tələbə mənəviyyatına
yol açan kitab
Fəlsəfə
elmləri doktoru, professor
Qabil Hüseynlinin
"Fəlsəfə fənninin tədrisi prosesində tələbələrdə
milli qürur hissinin tərbiyəsi"
adlı tədris vəsaitini məhz belə adlandırmaq olar. Çünki milli qürur hissinin mənşəyinin
araşdırılması və bu hissin fəlsəfə fənninin ayrı-ayrı
mövzuları ilə əlaqələndirilərək tələbə
şəxsiyyətinə təsiri mexanizminin
açılmasına cəhd göstərilməsi elmi-metodik cəhətdən yeni
bir cəhd olmaqla
yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsində
mühüm rol oynaya bilər.
Metodik vəsait giriş, nəticə və
6 paraqrafdan ibarət olub
tələbə gənclərin vətənpərvərlik tərbiyəsinin
mühüm istiqamətlərindən olan milli qürur
hissinin tərbiyə edilməsi məsələlərinə
həsr olunmuş ilk
cəhdlərdən biridir. Çətin
müharibə şəraitində yaşayan gənc dövlətimizdə
milli qürur hissinin hər bir insanda, xüsusən də gənc nəsildə
formalaşdırılmasının elmi-nəzəri və metodiki cəhətdən
araşdırılması mühüm praktik əhəmiyyətə malikdir.
Zənnimizcə,
müəllif tələbə gənclərdə milli qürur hissinin tərbiyə edilməsini fəlsəfə
fənninin ayrı-ayrı mövzularının tədrisi ilə
əlaqələndirərək araşdırmaqla
qarşıya qoyulan vəzifələrin
öhdəsindən gələ bilmişdir. Belə ki,
fəlsəfə fənninin nəzəri müddəaları
ilə sıx vəhdətdə milli qürur hissinin müxtəlif
aspektlərinin araşdırılması, bunların tələbə
dünyagörüşünün və
şəxsiyyətinin formalaşmasına təsiri metodik vəsaitin əhəmiyyətini
artıran cəhətlərdəndir. Kitabda milli
qürur hissinin
anlayışı, onun
formalaşmasının sosial-psixoloji amilləri
araşdırılarkən fəlsəfə fənninin bir sıra mövzularına, məsələn
"Fəlsəfədə və təbiətşünaslıqda
şüur problemi",
"Fəlsəfədə insan problemi", "İdrak.
Elmi idrak və onun formaları" kimi mövzulara geniş
müraciət edilir və qeyd
edilən problemin elmi-nəzəri aspektlərinin
daha geniş şəkildə
işıqlandırılmasına
çalışılır. Bu kontekstdə vətənpərvərlik hissinin ayrılmaz hissəsi olan
milli qürurun tələbə
şəxsiyyətinin formalaşmasındakı roluna xüsusi diqqət yetirilir. Müəllif haqlı olaraq qeyd edir
ki, insanın öz doğma vətəninə, onun
tarixi keçmişi
və qazandığı nailiyyətlərə hissi-emosional münasibətin toplu
ifadəsi olan milli qürur hissi həm də
milli mənəviyyatın ayrılmaz
hıssəsi kimi ortaya
çıxır.
Dərs vəsaitinin mühüm cəhətlərindən biri burada araşdırılan problemlərin gerçəkliklə ciddi surətdə əlaqələndirilməsidir.
Elə bunun nəticəsidir ki, müəllif tələbə gənclərdə
milli qürur hissinin tərbiyə edilməsi ilə
bağlı ətraflı ümumiləşdirmələr apararaq maraqlı elmi-nəzəri qənaətlərə
gələ bilir. Diqqətçəkici
məqamlardan biri də odur
ki, müəllif milli
qürur hissinin
anlayışına, onun insan
dünyagörüş və əxlaqına
təsirinə fərqli cəhətlərdən yanaşmağa çalışmış, son nəticədə maraqlı qənaətlərə
gəlməklə oxucuda ətraflı təsəvvürlər
formalaşdırmağa nail ola bilmişdir. Onun tələbələrdə
milli qürur hissinin formalaşdırılmasını Azərbaycanda
müasir dövlət quruculuğu
ilə əlaqələndirməsi və bu
zaman Azərbaycançılıq
ideologiyası üzərində də dayanması metodik vəsaitin dəyərini artıran cəhətlərdəndir.
Bu fonda müəllifin
geniş faktik materiallara müraciət etməsi işin sanbalını daha
da yüksəldir. Aydın hiss olunur ki, müəllif metodik vəsaitin ərsəyə gəlməsi
üçün xeyli
zəhmət sərf etmişdir. Bütün bunlar vəsait
haqqında xoş sözlər söyləməyə
imkan verir.
Elə bu səbəbdən də müəllif
haqlı olaraq qeyd edir ki, milli
qürur hissinin tələbə
gənclərə aşılanması prosesi
tarixi keçmişimizin
görkəmli nailiyyətləri, milli dəyərlərmiz,
milli mədəniyyətimizin nümunələri
ilə sıx vəhdətdə aparılmalıdır. Kitabda milli mədəniyyətin milli qürur hissinin formalaşmasındakı tənzimləyici
rolunun geniş
araşdırılması və bu zaman fəlsəfədəki "Mədəniyyət
və sivilizasiya" mövzusuna
da müraciət edilməsi problemin daha həcmli izah edilməsinə kömək edir.
Bu nöqteyi-nəzərdən müəllifin
irəli sürduyu fikirlər və nəzəri
müddəalar mövzu ilə
bağlı problemlərin aydın şərhinə xidmət
edir, mövzunun
lazımi səviyyədə açılmasına gətirib
çıxarır.
Hiss olunur ki, müəllif metodik vəsaitin
işlənilməsi zamanı çoxsaylı ədəbiyyat
və tədris vəsaitindən istifadə etmiş,
məsələləri praktiki qənaətlərlə
daha da möhkəmləndirməyə
çalışmışdır.
Metodik vəsaitin
dili sadə və oxunaqlıdır. Bütün məsələlər məntiqi
ardıcıllıqla şərh
edilir.
Metodik vəsaitdən
ali məktəblərin
tələbə və
müəllim kollektivi
istifadə edə bilər.
Nurqələm MİKAYILOV,
fəlsəfə elmləri
doktoru, professor,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
ictimai elmlər kafedrasının
müdiri
Azərbaycan
müəllimi.- 2014.- 7 mart.- S.10.