Uşaqlarda hiperaktivlik və
diqqət
yayğınlığı sindromu
Belə sindromlu uşaqlarla münasibət qorxu
üzərində deyil, inam üzərində qurulmalıdır
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Müasir dövrümüzdə həddindən artıq hərəkətli uşaqlar valideynlər və pedaqoqlar üçün həqiqətən də böyük çətinliklər yaradır. Ona görə ki, bu uşaqlarla davranış qaydaları tərəf müqabilindən çox böyük diqqət tələb edir. Bir çox dünya ölkələrində - ABŞ, İngiltərə, Fransa, İtaliyada bu cür uşaqlar daha çoxluq təşkil edir. Həmin ölkələrdə hiperaktivlik və diqqət yayğınlığı problemi ilə mübarizə aparmaq üçün xüsusi üsullardan istifadə olunur. Amerika Birləşmiş Ştatlarında aparılmış statistik tədqiqatlara əsasən 2 milyon uşaq diqqət yayğınlığı və hiperaktivlikdən əziyyət çəkir. Bu da onu göstərir ki, bir sinifdə 25-30 şagirddən ən azı birində hiperaktivlik və diqqət yayğınlığı sindromu vardır. Rusiyada belə uşaqlar 4-18%, ABŞ-da 4-20%, Böyük Britaniyada 1-3%, İtaliyada 3-10%, Çində 1-13%, Avstraliyada isə 7-10% -dir. Dünya ölkələrinə diqqət yetirdikdə görürük ki, Fransada 200 min, ABŞ-da 1,5 milyon, Rusiyada isə 12-20 % birinci siniflər arasında hiperaktivlik əlamətləri müşahidə olunur.
Hiperaktivlik və diqqət
yayğınlığı sindromu "hiper" yunan sözü olub "yüksək", aktivas
isə "hərəkət və hərəkətli"
deməkdir. Hiperaktivlik sözü
də bu iki sözün birləsməsindən əmələ
gəlib və aktiv, hərəkətli
davranış sistemini tənzimləyə
bilməyən uşaqları ifadə edir.
Bu tip uşaqların
aparıcı xüsusiyyətlərindən ətraf mühitlə
münasibətlərdə çətinlikləri,
aşağı özünüqiymətləndirmə
müşahidə olunur. Uşaqların hərəkət
aktivliyi və diqqət
yayğınlığı problemi ilə
bağlı fikirlər 150 il bundan əvvəl yaranmışdır. Hiperaktivlik və
diqqət yayğınlığı
sindromunu ilk dəfə
1845-ci ildə doktor Henrix
Hoffman təsvir etmişdir.
O bunu 3 yaşlı oğlu
üçün oxumağa
kitab tapmayanda yazmağa başlamışdır. Nəticədə
uşaqların xarakterlərini əks etdirən kitab- sakitləşə bilməyən Filipin hekayəsi ortaya
çıxmışdır. Burada alman alimi Henrix
Hoffman 1 saniyə belə sakit
otura bilməyən, hərəkətli
uşağı təsvir etmişdir. Həmin
alim bu uşaqlara
"Hərəkətli fil" adı vermişdir.
Hiperaktiv uşaqlar öz yerlərində çox
fırlanırlar, dönürlər, əşyaları və
paltarları dartışdırırlar, dəfələrlə
yerlərindən qalxır və ətrafı dolanırlar, uzun müddət otura
bilmirlər. Daha çox üzə
çıxan patologiya aktivliyin
miqdarı ilə deyil, onun
nəzarət altına alınma dərəcəsi ilə
bağlıdır. İlk növbədə,
diqqət yayğınlığı
uşağın başqa işlərlə
məşğul olması, oyunu sonunadək
oynaması, şəkil çəkməsi, oxuması,
başqaları ilə münasibətinə görə
qiymətləndirilir. Oyun sahəsində hiperaktiv uşaq aktivliyinə
görə digər uşaqlardan fərqlənməyə
bilər. Hiperaktiv uşaqda
daha çox nəzərəçarpan
özünü sakit apara, lazım gəldikdə, məsələn,
məktəbdə və yaxud da nahar masası
arxasında dinc otura
bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitdə
büruzə verməlidir. Məsələn, evdə, məktəbdə.
Onu da qeyd
edək ki, qısamüddətli həkimlə
konsultasiya zamanı uşaqda
hiperaktivlik sindromu aşkar edilməyə bilər, belə ki, o, tanış olmayan şəraitdən, həkimdən qorxa və yaxud da ozünə maraqlı bir
məşğuliyyət tapa bilər.
Belə uşaqlar müalicə olunmalı və ya onlarla bağlı
müəyyən tədbirlər görülməlidir. Bu cür uşaqlar
dərslərdən uzaq olur,
məktəbdə yaxşı oxumurlar.
Ətrafındakılarla ünsiyyət qura
bilmirlər və nəticədə onların gələcək
həyatlarında- institutda, işlərində,
cəmiyyətdə problemlər meydana
çıxır. Belə uşaqların çoxunda
həm də emosional və davranış
pozğunluğu, yaşıdları ilə
müəyyən problemlər yaranır.
Hiperaktivlik başqa bir problemlərlə ortaq əlamətlərə
malik olduğu üçün qəti diaqnoz
qoymaq çox çətindir.
Ona görə də dəqiqləşdirmədən
öncə digər problemlərlə olan
oxşar və fərqli cəhətlərinə
diqqət yetirmək lazımdır. Bu
problemlər 7 yaşına qədər olan
dövrdə ortaya çıxır. Belə uşaqların diqqət cəmləmə
problemi olsa da, amma tv,
kompüter və oyun,
cizgi filmi izləyərkən diqqətlərini cəmləyə
bilməsi çaşdırıcıdır. Hiperaktivlik
və diqqət yayğınlığı sindromu
12 yaşından aşağı 20 uşaqdan
birində görülə bilər.
Hiperaktiv uşaqlar cəmiyyətə gec
adaptasiya olunur. Bu tip uşaqlar
1-ci sinfə gedərkən daha çox gərginlik və diqqət problemi yaşayırlar. Hiperaktiv
uşaqlar daim aktiv, impulsivdirlər və onların hərəkətləri
hər zaman xaotikdir. Məsələn,
onlar həmişə
stulda yellənir, oynayır, çoxlu danışır, informasiya
verir və başlanılmış işi başa
çatdırmırlar. Tələblərə isə çox vaxt ya tabe olmur,
ya da onları unudurlar. Uzunmüddətli və
darıxdırıcı tapşırıqları yerinə
yetirməkdən boyun qaçırır
və yaxud onu tamamilə
etmir, hər zaman hərəkətdə
olmağı sevirlər. Hiperaktiv
uşaqların davranışlarını tənzimləmək
və diqqətini toplamaq olduqca
çətindir. Elə buna görə də
onlar çox zaman bir oyundan
digərinə, 1 oyuncaqdan digərinə
keçməyə çalışırlar. Belə uşaqlar tək darıxır, hər şey onları tez bezdirir, valideynlərini
və ətrafdakıları gözləyə bilmir
və onların sözünü tez-tez kəsməyə meyilli
olurlar. Onlar təlimatları
sonadək dinləmir, həmişə hərəkətdədirlər,
hətta yaxınlarını dinlədikdə belə hərəkət
edirlər.
Uşaqların həyatının
ilk illərində hiperaktivlik
problemini valideynlər müşahidə
edirlər. Bu cür uşaqlarda adətən əzələ tonusu problemi olur, kiçik
yaşlarında belə hər bir
qıcığa qarşı həddindən artıq güclü reaksiya
müşahidə olunur. Uşaqların
müəyyən həddə çatdıqdan sonra diqqətini toplaya bilmədikləri,
təlimata tabe olmadıqları, oyunu sonadək davam etdirə
bilmədikləri üzə çıxır.
Hiperaktiv uşaqlar hər
şeylə maraqlanırlar, hər şeyə əl
uzadır, baxır, fikir söyləyir və
qaydalara tabe olmaq istəmirlər. Həmin uşaqlar
həmişə səs-küylü və dəyişkən oyunlara meyil göstərirlər.
Bir saniyə belə bir yerdə dura
bilməyən bu uşaqlar
hətta qida qəbulu zamanı da sakit ola
bilmirlər. Onların əlləri və ayaqları daim xaotik hərəkətdədir
və siz hərəkətin istiqamətini
və sürətini belə müəyyən etməyə
bilərsiniz. Adətən məktəbdən qayıdarkən
belə uşaqlar müəyyən əşyalarını
itirdiyinin fərqinə vara
bilərlər. Onlar ev
tapşırıqlarının yerini adətən
unudur, ad yadda saxlamada da problemlər yaşayırlar.
Hiperaktiv uşaqlar təlimatları
sona kimi dinləmədikləri
və qaydalara tabe
olmadıqları üçün bir çox hallarda ailədaxili münasibətlərdə
və davranış qaydalarında da
çətinliklər yaradırlar. Bu
uşaqların evdəki və mühitdəki
davranışları daim diqqət mərkəzində
olur. Valideynlər tərəfindən
çoxsaylı danlamalar və tənqidlər,
bir çox hallarda isə qışqırıqlar heç bir effektiv nəticə vermir.
Valideynlərin düzgün
davranış qaydası tətbiq edə bilməməsi çox zaman
uşaqların probleminin daha
da dərinləşməsinə gətirib
çıxardır.
Ailədə həmin
uşaqlar tez-tez tənqid
və danlaqla
qarşılaşdıqları üçün
onlarda xarakterin mənfi
əlamətləri müşahidə olunur.
Bu əlamətlərdən isə həm
uşaqlar, həm də böyüklər
əziyyət çəkirlər. Hiperaktiv
uşaqlar əsasən səs-küylü
olurlar. Uzun iş saatından sonra evə
qayıdan valideynlər səbrləri çatmadıqları üçün çox vaxt onları kortəbii şəkildə
sakitləşdirməyə və ya hədə-qorxu
gəlməyə başlayırlar ki, belə
davranışlar da heç
bir vaxt effekt vermir. Bu davranışlar uşaqlar
tərəfindən ona görə sərgilənir
ki, valideynlər düzgün
davranış qaydaları seçmirlər.
Hiperaktiv uşaqların valideynləri adətən
onların tərbiyəsində və təlimində, eyni zamanda davranış
qaydalarında çox əziyyət
çəkirlər. Həqiqətən də bu
valideynləri başa düşmək olar. Bu tip
uşaqlarla ilk
tanışlıq olduğu üçün çox zaman məlumatsız olub,
nə edəcəklərini bilmirlər. Valideynlər
uşaqlarının tipini bilmədikləri,
onları tam anlamadıqları üçün övladlarını mühitə
çıxarmaq, bağçaya qoymaqdan belə imtina edirlər
ki, bu da
yanlış fikirdir. Hiperaktiv uşaqların valideynləri
çox zaman
uşaqları nəhayət bağçaya
qoymaq qərarına gəldikdə belə,
tez-tez qarşılaşdıqları səhnə
pedaqoqlar, digər uşaqların valideynləri
tərəfindən iradları və tənqidləri qəbul
etməmək və müdafiə olunmaq kimi davranış nümayiş
etdirmələridir.
Psixoloq və həkimin qəbulunda olan valideyn əslində uşağının probleminin nə olduğunu
anlayışla qarşılamalıdır. Hər hansı bir uşaq
bağçasına hiperaktiv
uşağın yeni qəbul olunması bəzən
pedaqoqlar tərəfindən də böyük həyəcanla
qarşılanır. Məlumatsız olan pedaqoq belə uşaqlardan
imtina edə bilər. Halbuki
bu çox
yanlış bir davranış
qaydasıdır. Hiperaktiv uşaqlarla
düzgün davranmaq üçün aşağıdakı müəyyən
qaydalara riayət etmək lazımdır:
* Uşaqla
gecə vaxtı deyil, gündüz
saatlarında işləmək.
* Uşağın iş yükünü azaltmaq.
* Kiçik
tapşırıqlar vermək və oyunu tez-tez dəyişmək.
* Oyun
saatlarını uzatmamaq.
* İşin
gedişinin əvvəlində
uşağın səliqə-sahmanına çox
diqqət yetirmək, bu qabiliyyəti onda yavaş-yavaş
üzə çıxarmaq.
* Uşağın
xırda müsbət davranışlarını alqışlamaq
və ona uğur qazanmaq qabiliyyətini aşılamaq.
* Taktil
kontakt elementləri istifadə etmək (Məsələn,
massaj, toxunmaq).
* Bu
və ya digər hərəkət
haqqında uşağa əvvəlcədən
danışmaq.
* Cəzalandırma və
mükafatlandırma sistemindən məqsədəuyğun
şəkildə istifadə etmək.
* Bu
sistemdən vaxtlı-vaxtında istifadə etmək.
* Uşağa
seçim şansı vermək.
* Hər hansı bir çaxnaşma və töküntü zamanı soyuqqanlı olmaq.
Uşaqları hiperaktiv olan
valideynlərə məsləhətlər
* Uşaqla
münasibətinizi müsbət hisslər əsasında qurun. Layiq olduğu zaman onu tərifləyin. Yadınızdan
çıxarmayın ki,
hiperaktiv uşaqlar tərifə çox həssasdırlar.
* Mükafatlandırma və
ya cəzalandırma uyğun davranışdan sonra dərhal tətbiq olunmalıdır.
* Fiziki cəzalandırmadan istifadə etməyin. Sizin uşağınızla olan
münasibətiniz qorxu
üzərində deyil,
inam üzərində
qurulmalıdır. O həmişə
sizin kömək və dəstəyinizi
hiss etməlidir.
* Daha çox "hə" sözünü
işlədin. "Olmaz" və "yox" sözlərinin istifadəsindən çəkinin.
* Gündəlik yerinə yetirilməsi tələb olunan ev
işlərinin bir hissəsini ona tapşırın, amma heç vaxt onun yerinə bu işi yerinə
yetirməyin.
* Verilən tapşırıqları
onun edə biləcəyi səviyyədən
nə çətin, nə də asan olmasına yol verməyin.
* Bal sistemindən istifadə edə bilərsiniz. Uşağınızın hər
müsbət davranışını
balla qiymətləndirib,
müəyyən saya
çatan zaman hədiyyə verin, onu gəzməyə aparın.
* Hərəkətlərinə müəyyən
sərhəd qoyun: nəyin qəti edilməsinə yol verilmədiyini qeyd edin.
* Kompüterin və televizorun qabağında çox vaxt keçirməsini qoymayın.
* Başqalarının yanında
onu danlamayın.
* Yuxusuz qalmalarına yol verməyin.
* Hiperaktiv uşaqlar hərəkətli, enerjili
olmaqlarına baxmayaraq,
sinir sistemləri tez yorulur. Buna
görə müəyyən
rejimin olması vacibdir. Rejimlə yatmaq, durmaq, yemək vaxtları dəqiq yerinə yetirilməlidir. Rejim həm sizə, həm də uşağınıza
uyğun olmalıdır.
* İşlədiyi yeri
ona uyğun düzəldin. Otağa, masanın üzərinə
fikrini yayındıra
biləcək əlavə
predmetlər qoymayın.
Azərbaycan müəllimi.-
2014.- 14 mart.- S.6.