"Öz
seçimini et!"
X-XI
sinif şagirdlərinin peşəyönümünə dəstək
proqramı
Məlumdur ki, şagirdlərin peşəyönümü istiqamətində aparılan profilaktik işlər təhsilalanlarla pedaqoji işin təbii davamı və onun məntiqi sonluğudur. Mütəxəssislər qeyd edirlər ki, yeniyetmələrə peşə dünyasında layiqli seçim etmələrinə hərtərəfli yardım göstərilməlidir. Yeniyetmə özünün həyat yolunun qurucusu və bu layihənin müəllifi olmalıdır. Şagirdlərin peşəyönümünə istiqamətləndirilməsi bütün təhsil prosesinin əsasıdır. Məhz peşəyönümü sahəsində aparılan işlər məktəblinin, "mən niyə oxuyuram" sualına cavab verməlidir. Hər bir insanın peşə seçimi öz əsasını uzaq uşaqlıq dövründən götürür və erkən yeniyetməlik dövründə başa çatır.
Bu dövrdə isə insanın gələcək
həyatına təsir edə biləcək qərar qəbul
olunmalıdır.
Rusiyada həyata keçirilməkdə olan "Öz seçimini et!"
proqramı da ümumtəhsil məktəblərinin
X və XI sinif şagidlərinə gələcək
peşəyönümündə kömək etmək məqsədilə
yaradılıb.
Bu proqramın əsas məqsədi və vəzifələri bunlardır:
- təsərrüfatın
müxtəlif sahələrində və sferalarında uğurlu fəaliyyət üçün
savadlı, təşəbbüskar, özünə və gələcəyinə
inamlı gənclərin yetişdirilməsi;
- şagirdlərin uğurlu və effektiv əmək fəaliyyətinə
hazırlanması;
- şagirdlərdə
gələcək həyatlarında üzləşəcəkləri
çətinliklər və peşə vəzifələrinin
öhdəsindən gəlmələri üçün
keyfiyyət, bacarıq və vərdişlərin
formalaşdırılması;
- hər bir insana vacib
olan davranış və təfəkkür modelinin
formalaşdırılması və biliklərin mənimsənilməsinə
yönəlmiş sosial təhsilin təmin
olunması.
Bu proqram 9 saat X sinifdə, 9 saat isə
XI sinifdə olmaqla 18 saata nəzərdə tutulub.
Proqramın əsas hədəfi
şagirdləri müstəqil
peşə fəaliyyətinə hazırlamağa; onlarda qərarların
qəbul olunması qabiliyyətinin formalaşmasına, məsuliyyət və təşəbbüsü
öz üzərinə götürməyə;
beynəlxalq və milli praktikada qəbul olunmuş
terminləri mənimsəməyə, tədris gedişində
əldə olunmuş bilik
və bacarıqların praktik tətbiqinə
nail olmağa, effektiv kommunikasiya, kritik və konstruktiv düşünmə vərdişlərinə
sahib olmağa,
axtarış, təhlil və məlumatlardan istifadə etmə
modelinin inkişaf
etdirilməsinə yönəlib.
"Öz seçimini et!" proqramında əsas diqqət peşə fəaliyyətinin ağılla
müəyyən edilməsi və gələcək
karyeranın planlaşdırılmasına, cəmiyyətdə
və kollektivdə davranış qaydalarını öyrənməyə,
ünsiyyət qurma bacarıqlarına və böhranlı vəziyyətlərdən
çıxma yollarının
tapılmasına yönəlib. Didaktik materiallar və ona aid tapşırıqların məzmunu elə
seçilib ki,
şagirdlər peşənin müxtəlif aspektləri ilə
tanış ola, onları təhlil edə
bilsinlər. Proqram şagirdlərin meyillərini
və imkanlarını, güclü və
zəif tərəflərini üzə
çıxarmağa imkan verəcək ki, bu da onların savadlı
mütəxəssis və cəmiyyətin layiqli
üzvü olmasına şərait yaradacaq.
Proqram bir-biri ilə
qarşılıqlı surətdə əlaqədə olan yaradıcı tapşırıqlar və işgüzar oyunları birləşdirir. Bu prosesdə
şagirdlər situasiyanı təhlil edə, modelləşdirə
və dəyişdirə, problemin mümkün həll yollarını gözdən
keçirə, müxtəlif fikirləri ifadə və müdafiə edə, diskussiyalarda və müzakirələrdə, rollu oyunlarda iştirak edə, proyekt və
təqdimatlar üzərində işləyə, hesabatlar və məruzələr
hazırlaya bilərlər.
Uşaqlar digər insanlarla
qarşılıqlı ünsiyyətdə davranış
qaydaları üzrə praktik təcrübə
qazanacaqlar ki, bu da onların həm
gündəlik həyatlarında, həm də gələcək
peşəkar karyeralarında istifadə oluna
bilər.
Proqramın həyata
keçirilməsindən sonra şagirdlər
aşağıdakı anlayışların mahiyyətini və
məzmununu bilməlidirlər:
-şəxsiyyətin
psixi xüsusiyyətləri, temperament, yaddaş, diqqət,
təfəkkür, emosiyalar; özünü
müəyyənetmə səviyyəsi (peşəkar, şəxsiyyət,
həyati); peşəkar maraqlar və meyillər, qabiliyyətlər;
peşə, vəzifə, karyera, üfiqi və şaquli böyümə; peşəkar mobillik; peşələrin
təsnifatı, onların növü;
-peşə
seçimində şəxsi keyfiyyətlər; şəxsi peşə planı; təlim
növləri: universal, profil;
əmək bazarı; peşəkar fəaliyyətdə psixo-emosional sağlamlığın qorunub saxlanması qabiliyyəti.
Əldə
olunmuş biliklər əsasında şagirdlər
öz şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərini
açmağı, öz qabiliyyətlərini
və peşəkar maraqlarını, seçdikləri
ixtisasın qabiliyyətlərinə, şəxsiyyət
xüsusiyyətlərinə və əmək bazarının
tələblərinə uyğun olub-olmadığını müəyyənləşdirməyi, peşələrin növlərindən
baş çıxarmağı, şəxsi
peşə planı və icmal
hazırlamağı, öz peşəkar
karyeralarını layihələşdirməyi
bacarmalıdırlar.
Ehtimal olunan nəticələr isə aşağıdakılardır:
-şagirdlər
onların qabiliyyət və səylərinə uyğun gələn təhsil seçiminə
şüurlu surətdə
yanaşmalıdırlar; öz şəxsi
keyfiyyətlərinə (qabiliyyət, meyil,
temperament, xarakter, istək)
uyğun olan peşə fəaliyyətlərinin
növlərini müəyyənləşdirməyi
bacarmalıdırlar; öz yaşadığı şəhərdə
təhsil almaq imkanının olduğu barədə,
eləcə də regionda və ölkədə
daha çox hansı
peşələrə ehtiyac olduğuna dair məlumata sahib
olmalıdırlar.
Proqram çərçivəsində X-XI sinif şagirdləri üçün
sentyabr-may ayları ərzində aşağıdakı tematik mövzularda məşğələlərin
keçilməsi nəzərdə tutulur.
X siniflər üçün:
Diaqnostika: mənim qabiliyyətim, maraqlarım, dəyərlər
sistemim; Psixoloji treninq. Peşə seçimində idraki qabiliyyətlər:
intellektual sahənin diaqnostikası; Meyil və peşə yönümü.
Şəxsiyyətin peşə tipi; Diskussiya: məsuliyyətdən azad olmaq olarmı?;
Ünsiyyət saatı - insanlar həyatda
nəyə can atırlar?; Tədqiqat:
peşə və sağlamlıq; "Dəyirmi masa": etiket və
peşə fəaliyyətinin etikası; İşgüzar
oyun: "Münaqişəli vəziyyətlər
və onların aradan
qaldırılması yolları"; Praktiki
iş: "mənim təhsil marşrutum" plan, xəritə.
XI siniflər üçün: Psixoloqun söhbəti: "sənin peşə karyeranda uğur vərdişləri
və səriştələr"; İşgüzar
oyun:
"qarşılıqlı səylər üçün
ünsiyyət"; Psixoloji treninq: "həyat və peşə üçün menecment; Hüquqi breyn-rinq: "məzun
- gələcək abituriyent"; Ünsiyyət
saatı. Əmək bazarı. Dialoq-
"Məşğulluğun əsas sahələri" (məşğulluq
təşkilatı rəhbəri ilə görüş);
Ünsiyyət saatı. Ölkədə təhsil xidmətləri
bazarı; Təqdimat. Peşə öyrənirik. "Yeni zaman-yeni peşə";
Söhbət elementli mühazirə. Hüquqşünasla görüş.
"Gənclərin məşğulluq sahəsində sosial və hüquqi
müdafiəsi"; İşgüzar oyun- "İşəgötürən: icmal, portfolio, özünü təqdimetmə vərdişləri".
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.9.