"Azərbaycan Dillər
Universiteti keçid
dövründə"
Müasir
Azərbaycan təhsilində Avropa
təhsil sisteminə inteqrasiya xüsusilə aktuallıq kəsb edən məsələlərdəndir.
Bununla bağlı son dövrlərdə
dövlət səviyyəsində
bir sıra tədbirlər həyata keçirilmişdir. Aparılmış
islahatların nəticəsi
olaraq ali
təhsil müəssisələri
müasirləşərək keyfiyyət baxımından
ciddi şəkildə
təkmilləşmişdir və bu proses
davam edir. Xanməmməd İbrahimovun "Azərbaycan Dillər Universiteti keçid dövründə (2000-2009)" (Bakı, 2013) kitabı bu baxımdan oxuculara ADU-nun on illik bir dövr ərzində
keçdiyi yol barədə məlumat verir.
Kitabda Azərbaycan
Dillər Universitetində
2000-2009-cu illərdə həyata
keçirilmiş islahatlar,
müxtəlif
istiqamətlərdə aparılmış elmi-tədqiqat
işləri, qurulmuş
və davam etdirilən xarici əlaqələr, qloballaşma
dövründə ölkəmizin,
xalqımızın beynəlxalq
miqyasda bütün sahələrdə layiqincə
təmsil olunması üçün
xarici dillərin mənimsənilməsinin vacib
olduğunu nəzərə
alaraq gənclərimizin
xarici dillərə yiyələnməsində bu
universitetin oynadığı
rol ətraflı işıqlandırılmışdır.
Beş fəsildən
ibarət olan bu kitabda universitetin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün görülmüş
işlər, beynəlxalq
əlaqələrin yaradılması
ilə bağlı keçirilmiş görüşlər,
bağlanmış müqavilələr, nəzərdə
tutulmuş perspektiv planlar barədə geniş məlumat verilir.
Müasir
dövrün tələblərinə
uyğun texniki avadanlıqdan istifadə, informasiya texnologiyalarının
bütün sahələrdə
tətbiqi təhsilin inkişafı üçün
mühüm amillərdəndir. Kitabın
"Maddi-texniki bazanın
genişləndirilməsi, möhkəmləndirilməsi,
fakültələrin inkişafı
və dekanlıqların
bu sahədəki fəaliyyəti" başlıqlı
I fəslində universitetdə
yaradılmış İnformasiya
Resurs Kompleksində rəqəmsal videokonfransların
keçirilməsi üçün
ən müasir texniki vasitələr quraşdırılması, yerli
və xarici ölkə universitetləri
ilə canlı bağlantılar yaradılması
üçün görülmüş
işlər barədə
məlumat verilmişdir. Müəllif İnformasiya Resurs Kompleksinin tərkibində Amerika mərkəzi, İndoneziya
Araşdırmalar Mərkəzi,
alman və fransız mərkəzləri,
Strateji inkişaf mərkəzi, innovasiya mərkəzi, Media mərkəzi,
türk xalqları folklor mərkəzi, əcnəbi xalqların folklor mərkəzi, Skandinaviya mərkəzi, Avstriya mərkəzi, informasiya-kommunikasiya
mərkəzi, elektron
resurs mərkəzi kimi 15-ə yaxın mərkəzin fəaliyyət
göstərdiyini qeyd
edir. Müasir texniki vasitələrlə
təchiz olunmuş bu mərkəzlərdə
mütəmadi olaraq mühazirələrin təşkil
olunması, əcnəbi
mütəxəssislərin iştirakı ilə disputların keçirilməsi
də universitetin uğurlu inkişaf göstəricilərindən biri
kimi təqdim olunur. Universitetdə
son bir neçə il ərzində
bir sıra elmi-tədqiqat laboratoriyalarının
yaradılması müxtəlif
sahələrdə elmi
araşdırmaların aparılması
üçün zəruri
şərait yaradıldığından
xəbər verir.
Təhsilin
keyfiyyətinə təsir
göstərən mühüm
amillərdən biri də təhsil müəssisəsinin kitabxanasıdır. Hazırda universitetdə geniş kitabxana şəbəkəsinin
qurulduğunu yazan müəllif kitabxananın
elektron səhifəsinin
yaradılmasının nəzərdə
tutulduğunu, bu səhifədə kitabxana
haqqında məlumatın,
kitabxanada onlayn kataloqun, onlayn məlumat bazasının da hazırlanmaqda olduğunu qeyd edir. Təhsilin keyfiyyətinin artırılması
və müasir tələblərə cavab
verməsi istiqamətində
görülmüş bu
işlər, əlbəttə,
universitetin öz
inkişaf yolunda atdığı mühüm addımlardandır.
Universitetdə
tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində
aparılan islahatlar da uğurlu addımlardan xəbər verir. Türkiyənin Hacettepe Universitetinin təcrübəsindən istifadə
etməklə Azərbaycan
Dillər Universitetində
həyata keçirilən
islahatlar burada tədris prosesini dünya standartları səviyyəsinə qaldırmaqla
yanaşı, bu universitetin tələbəsinə
öz təhsilini Hacettepe Universitetində, daha sonra isə
Strasburqda magistratura pilləsində davam etdirə bilmək imkanı və bununla da onun
daha yüksək nailiyyətlər qazanması
üçün şərait
yaradır.
Təhsilin
əsas məqsədi
insanın istedadının,
intellektual qabiliyyətinin
açılmasına kömək
etməkdir. Yaradıcılıq qabiliyyətini nümayiş
etdirmək isə hər tələbəyə
müyəssər olmur.
Bunun üçün, şübhəsiz,
müvafiq şərait
olmalıdır. Azərbaycan Dillər
Universitetində on ildə
təşkil olunmuş
elmi konfrans və sessiyalar burada gənclərin istedadının, tədqiqatçılıq
bacarığının üzə
çıxarılması baxımından
çox əhəmiyyətlidir.
Son illər bir-birinin ardınca keçirilmiş
beynəlxalq və respublika miqyaslı elmi konfransları gənclərin elmi potensialının üzə
çıxarılması və
inkişafına təkan
verən tədbirlər
kimi universitetin tarixində mühüm hadisə
hesab etmək olar.
Təhsil
ocağının nüfuzu,
tədrisdə nailiyyətlər
əldə etməsi burada fəaliyyət göstərən pedaqoji kadrların səviyyəsindən
birbaşa asılıdır. X.İbrahimovun kitabında Azərbaycan
Dillər Universitetində
çalışan görkəmli
alimlərin bir qrupunun fəaliyyəti, onların yaradıcılıq
istiqamətləri ilə
bağlı verilmiş
məlumatlar oxucuda həm bu alimlərin,
həm də universitetin yüksək nüfuzu barədə tam təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir.
Kitabda
Azərbaycan Dillər
Universitetinin beynəlxalq
əlaqələrinə xüsusi
fəsil ayrılması
da təsadüfi deyildir. Universitetin bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, onlarla əlaqələr yaratması
bu təhsil ocağında yeni inkişaf istiqamətləri
müəyyənləşdirməyə şərait yaratmışdır.
YUNESKO ilə əməkdaşlığın nəticəsi kimi universitetdə YUNESKO tərcümə
kafedrası, ABŞ-ın
Dövlət Departamenti
və Azərbaycandakı
səfirliyi ilə əməkdaşlıq nəticəsində
Amerika mərkəzi yaradılmışdır. Böyük Britaniyanın
"British Council" təşkilatı ilə əməkdaşlığın
nəticəsi kimi universitetə mütəmadi
olaraq Böyük Britaniyadan ingilis dili üzrə mütəxəssislər dəvət olunur. "British Council" universitetə ingilis dili və ədəbiyyatı
ilə bağlı çox sayda kitab hədiyyə etmişdir. Universitetin NATO
ilə, Avropa və Amerikanın nüfuzlu universitetləri
ilə əməkdaşlığı
da gələcək nailiyyətlərə yol açmaq baxımından əhəmiyyətlidir.
İndoneziya hökumətinin
maliyyə dəstəyi
ilə yaradılmış
İndoneziya araşdırmalar
mərkəzi Azərbaycanı
İndoneziyada və İndoneziyanı Azərbaycanda
təbliğ edən bir mərkəz kimi həm də
həmin ölkədən
tez-tez gələn yüksək səviyyəli
rəsmi qonaqların ziyarət etdiyi, tələbələrlə görüşlər
keçirdiyi, iki ölkə arasında dostluğun möhkəmləndirilməsində,
təhsil və mədəniyyət sahəsində
əməkdaşlıqda mühüm
rol oynayan bir ünvandır.
X.İbrahimov "Azərbaycan Dillər Universiteti keçid dövründə
(2000-2009)" kitabında ADU haqqında geniş məlumat verməklə həm də ölkəmizdə təhsil
sahəsində aparılan
islahatların, tədrisin
təşkilində tətbiq
olunan yeniliklərin, yeni istiqamətlər və inkişaf meyillərinin, bir sözlə, Azərbaycan təhsilinin ümumi mənzərəsini təsvir
etmişdir. Hesab edirik ki, bu kitab həm
ADU-nun fəaliyyəti, həm
də Azərbaycan təhsilinin bugünkü
vəziyyəti və
perspektivləri ilə
maraqlananlar üçün
əhəmiyyətli bir
mənbədir.
Nəzakət QAZIYEVA,
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun böyük
elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 14 mart.- S.7.