Yeniyetmə rəqqas
uğurlarını artırır
İncəsənətin
bir növü olan rəqqaslıq sənətinə meyil göstərən, gələcəkdə
səhnəmizin ulduzu olmaq
arzusunda olan Kamran Həsənov
Bakıdakı 272 nömrəli tam orta məktəbin
VII sinfində təhsil
alır. Qeyri- adi istedadı ilə
fərqlənən Kamran 6 yaşından Nizami
rayonundakı Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzində milli
və bal rəqsləri ilə məşğul olur.
K.Həsənov ilk uğuruna 2009-cu ildə
imza atıb. O, məktəbin
ictimai işlərində fəal
iştirakına görə diplomla
mükafatlandırılıb. 2010-cu ildə isə "Neftçi"
İdman- Sağlamlıq Mərkəzinin idman rəqsləri
üzrə açıq birinciliyində II yeri
tutduğuna görə diploma layiq görülüb.
Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin birincilik
çempionatı üzrə keçirilən idman
rəqsləri "Yunialı 2"-də yeniyetmə rəqqas II yeri qazanıb.
2011-ci ildə Gürcüstan
Respublikasının Batumi şəhərində keçirilən bal rəqsləri müsabiqəsində iştirak edən Kamran milli və dünya xalqlarının rəqslərini ustalıqla ifa
edərək tamaşaçıların
alqışlarını qazanıb və birincilik
əldə edib. Bakı Şəhər Gənclər və
İdman Baş
İdarəsinin təşkilatçılığı ilə
bu il fevralın 9-da rəqs
idmanı üzrə keçirilən Bakı şəhər birinciliyində
qələbə qazanaraq II yerə layiq görülüb. Hər
il Türkiyədə keçirilən Nisan cocuqlar müsabiqəsində milli və bal rəqslərini
ifa edərək öz
istedadını nümayiş etdirən
yeniyetmə fəxri fərmanlarla vətənə dönüb. Bir çox müsabiqələrin
və festivalların qalibi olan
Kamran Heydər Əliyev Fondunun
təşkil etdiyi uşaq
tədbirlərində də fəallıq nümayiş etdirir. Fondun uşaqlar üçün
"Buta Palace"da keçirdiyi Yeni il və Novruz bayramı şənliklərindəki bal rəqsləri
ilə tamaşaçılarda xoş ovqat yaradır.
Yeniyetmə
rəqqas bizimlə söhbət
zamanı qazandığı uğurlara
görə xüsusilə
anası Esmira Həsənovaya, mərkəzin
direktoru Lalə Qətiyə, bal rəqsləri dərnəyinin rəhbəri
Məryəm Quliyevaya, təhsil
aldığı məktəbin müəllimlərinə qəzetimiz
vasitəsilə təşəkkür etməyi də unutmadı.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.5.