Şagirdlərin
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq
Qoruğuna ekskursiyaları təşkil olunur
Təhsil
Nazirliyi və "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi tərəfindən Bakı şəhərindəki
ümumtəhsil, ilk peşə-ixtisas və
internat məktəbləri şagirdlərinin
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğuna ekskursiyaları
təşkil olunur.
Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi
zəngin tarixi və maddi-mədəniyyət
abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.
Hər gün təşkil edilən ekskursiyalarda
şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilir və
onlar qalanın daxilində yeni
yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olurlar. Daha sonra Sıratağlı
Dini-Memarlıq Kompleksi, Buxara
və Multanı Karvansaraları, habelə Qoşa
Qala Qapıları və qala
divarları ilə tanış olan
şagirdlərə bu abidələrin ilkin təyinatı, memarlıq üslubu
izah olunur. Şərq
memarlığının əvəzsiz nümunələrindən
biri olan Şirvanşahlar Sarayı Kompleksi
də məktəblilərin xüsusi
marağına səbəb olur.
Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində
tədris olunan fənlərin
qarşılıqlı inteqrasiyasına xüsusi
diqqət yetirilir. Məktəblilər tərəfindən
böyük maraqla
qarşılanan ekskursiyalar zamanı
şagirdlər xüsusi fəallıq
göstərir, daha çevik
və yaradıcı təfəkkür nümayiş
etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin
yüksəldilməsi, şagirdlərin potensial
imkanlarının üzə çıxarılması, məktəblilərin
milli mənəvi dəyərlərimizə
hörmət və vətənpərvərlik ruhunda
tərbiyəsi baxımından mühüm
əhəmiyyət kəsb edir.
Ekskursiyalarda, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.
Azərbaycan
müəllimi.- 2014.- 28 mart.- S.3.