Müəllim-şagird münasibətləri
Uşaqların
psixikasında baş verən cüzi dəyişikliklər
belə
müəllimi maraqlandırmalıdır
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Müasir dövrümüzdə şagirdlərin
gələcək həyata düzgün,
məqsədyönlü şəkildə
hazırlanmasında müəllim əməyinin rolu, dəyəri xeyli böyükdür. Müəllim elə bir varlıqdır ki, onun nurunda bütün
gənc nəsil böyüyür və bir şəxsiyyət kimi
formalaşır. Müəllim-şagird münasibətlərinin
tənzimlənməsi bu inkişaf
yolunda əsas meyarlardan
biri hesab olunur. Bu münasibətlər
qarşılıqlı hörmət, inam,
pozitiv ruh,
qayğı, humanizm prinsiplərinə əsaslanmalıdır.
Hər bir müəllim psixoloji
baxımdan şagirdlə empatiya
qurmağı, onun düşdüyü
situasiyanı dəyərləndirib düzgün
davranmağı bacarmalıdır.
Müəllim-şagird münasibətlərində
aşağıda qeyd olunan
amillərə diqqət yetirilməlidir:
1. Uşağın psixoloji və pedaqoji durumunu müəyyən
etmək.
2. Xoş
ünsiyyət və tənqiddən uzaq olmaq.
3. Uşaqları tərifləyərək pozitiv kəlmələrlə
motivasiya etmək.
4. Hər bir uşağın IQ-nü
(ağıl yaşını) dəyərləndirmək.
5. Sinifdə uşaqlar arasında sosial
uyğunlaşmanın təşkil olunmasına yardım etmək.
6. Qorxu,
kəskin ifadə, hədələmə, günahlandırma kimi amillərdən uzaq olmaq.
7. Hər bir uşağın bacarıqlarını individual olaraq dəyərləndirmək.
8. Müəllim-valideyn-şagird
üçbucağına çox böyük önəm vermək.
Təbii ki, yuxarıda sadalanan
fikirlər praktik təcrübədə öz təsdiqini tapa bilir. İndividual yanaşma hər bir müəllimin
uğuru hesab olunur. Belə ki,
hər bir şagird fərddir
və elə buna görə də ona individual
yanaşılmalıdır. Əgər hər hansı bir uşaq
aşağı IQ səviyyəsinə malikdirsə belə,
müəllim bunu təyin etməli, onunla bacarıqları çərçivəsində
davranmalıdır. Bu zaman uşaqda ruh yüksəkliyi müşahidə olunacaq və o, daha da artıq bacarıq nümayiş etdirmək üçün
əlindən gələni edəcəkdir.
Müəllimlə şagird arasında səmimi ünsiyyət
olmalıdır. Uşaq
yaşadığı problemləri müəllimi ilə
bölüşməyi bacarmalıdır. Əks halda məsələlər daha
çox birtərəfli həll oluna bilər.
Müəllim-şagird
münasibətlərinin tənzimlənməsində
aşağıdakı amillər diqqətdə
saxlanılmalıdır:
1. Müəllim
yaxşı psixoloq olmalıdır.
2. Pedaqojiyönümlü
ali təhsil müəssisələrində
psixoloji treninqlər keçirilməli, hətta
orta məktəbdə işləyən
müəllimlər üçün də
ara-sıra belə məşğələlər təşkil
olunmalıdır.
3. Müəllim etik, estetik mədəniyyətə
malik olmalıdır.
4. Müəllim hər
bir şəxsə fərdi
yanaşmağı bacarmalıdır.
5. Müəllim
valideynlə sıx əlaqədə olmalıdır.
Müəllimlər daim məktəb psixoloqu
ilə ünsiyyətdə olmalıdırlar. Uşaqların
psixikasında baş verən cüzi dəyişikliklər belə müəllimi
maraqlandırmalıdır. Çünki bu amil uşağın təliminə
böyük təsir edir.
Bəzən uşağın emosional durumunda baş verən dəyişikliklər
onun təlim aktivliyinə də təsir
edə bilir. Bu vəziyyətdə
təcrübəli pedaqoq daha
çox uşağı anlamağı, onun vəziyyətinə şərik
olmağı, təlim mövzusunu bir qədər fonda qoyub emosional durumun düzəldilməsini ana
xətt olaraq seçməyi
bacarmalıdır.
Şagirdlə
ünsiyyət qurarkən müəllim ifadələrinə çox diqqət yetirməlidir. Müəllim şagirdi sinif yoldaşlarının gözü
qarşısında nümayişkaranə bir
şəkildə tənqid etməməli, onun
zəif olan cəhətlərini
qabartmamalı, valideynlərinə və yaxınlarına
qarşı xüsusi iradlar
söyləməməlidir. Əgər müəllim
bunları edərsə, bu,
uşağın emosional durumuna,
sosial adaptasiyasına və komplekslərinə
çox böyük bir ziyan vura
bilər.
Müəllim
şagirdlərin sinif mühitində sosial adaptasiyasına yardım etməlidir. Belə
ki, şagirdlər məktəbə qədəm
qoyarkən sinif yoldaşları ilə
ünsiyyətdən çəkinərək onlardan
uzaqlaşmağa başlaya
bilərlər. Bu zaman
müəllim situasiyanı dəyərləndirərək
şagirdlər arasında "qaynar stul" metodunu tətbiq
edə bilər. Bu metodikaya
əsasən bir şagird
tən ortada stulda əyləşməli,
digərləri isə onu dairəyə alaraq həmin şagird
haqqında ancaq müsbət fikirlər
söyləməlidirlər.
Azərbaycan müəllimi.- 2014.-
28 mart.- S.7.