Şagirdlər
arasında keçirilmiş
kütləvi idman yarışları başa
çatıb
Təhsil
Nazirliyinin Respublika Bədən
Tərbiyəsi və İdman Mərkəzinin
təşkilatçılığı ilə ümumtəhsil
və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri (oğlanlar
və qızlar) arasında keçirilmiş
kütləvi idman yarışları başa çatıb.
Yarışlar bir neçə idman növü üzrə keçirilib.
Qızlar arasında keçirilən basketbol
yarışlarında I yerə Yasamal, II
yerə Xətai, III yerə Nərimanov rayon
komandası çıxıb. Oğlanlar
arasında təşkil olunan basketbol yarışlarında isə I yeri Nəsimi, II yeri Səbail,
III yeri Xətai rayon
komandası tutub. Voleybolçu
qızlar arasında keçirilən oyunlarda
da Xətai rayonunun
komandaları I və II yerlərə layiq
görülüblər. III yeri isə
Şəki şəhər komandası əldə edib. Şəkinin voleybolçu
oğlanları daha uğurlu
nəticə göstərərək I yeri
tutublar. Oğlanların voleybol
qarşılaşmasında II yerə Salyan,
III yerə Balakən rayon komandası
çıxıb.
Dama yarışlarında Suraxanı məktəbliləri
fərqlənib. Sonrakı yerləri 13 nömrəli Bakı
Peşə Liseyi və Nizami
rayon komandaları tutub.
Stolüstü tennis üzrə
keçirilən yarışlarda I yerə Xətai, II yerə
Quba rayon, III yerə
13 nömrəli Bakı Peşə Liseyinin
komandası çıxıb.
Qeyd edək ki, Təhsil Nazirliyi idman yarışlarında məktəblilərin fəallığını yüksək qiymətləndirir və bu tədbirlərin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirir.
Azərbaycan müəllimi.- 2014.- 28 mart.- S.9.