"Abbasqulu Ağa Bakıxanovun 220 illik

yubileyinin keçirilməsi haqqında" Azərbaycan

Respublikası Prezidentinin 12 fevral 2014-cü

il tarixli 265 nömrəli Sərəncamının icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 "Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 12 fevral  2014-cü  il tarixli 265 nömrəli Sərəncamının icrasını təmin etmək  məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq   

 

ƏMR EDİRƏM:

 

1. "Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 12 fevral  2014-cü il  tarixli  265 nömrəli Sərəncamının icrası ilə əlaqədar  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan  MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, aliümumi təhsil müəssisələrinin rəhbərləri:

2.1. Abbasqulu Ağa Bakıxanovun  yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini  təmin etsinlər.

2.2. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 15 dekabr 2014-cü ilədək Təhsil Nazirliyinə  hesabat  təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin  əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini    Nazirliyin   internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

29 aprel 2014-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.2.