Təhsildə son bir
ilin uğurları
Tanınmış təhsil eksperti
təhsillə bağlı
görülmüş işləri yüksək qiymətləndirdi
Baş redaktordan
Artıq daha bir tədris
ilini başa vurmaq ərəfəsindəyik. Kütləvi
informasiya vasitələrinin,
aparıcı media orqanlarının
təhsil sahəsində
baş verən ciddi dəyişikliklərə,
yeniliklərə olan həssaslığı göstərdi
ki, bu sferada
atılan hər bir addım Azərbaycan cəmiyyətinin
maraq dairəsindədir.
Ölkə Prezidenti cənab
İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı
fərman və sərəncamlar bu sahənin daim dövlət rəhbərinin
diqqət mərkəzində
olduğunu bir daha sübut etdi. Ən əsası isə,
ölkə başçısının
imzaladığı sərəncamla
ilk dəfə olaraq Azərbaycan təhsilinin inkişaf strategiyası, əsas hədəfləri
müəyyənləşdirildi. Başa vurmaqda olduğumuz tədris ili daha
çox Təhsil Nazirliyinin məktəblərdə
baş verən neqativ hallara, saxta diplom satan
saxtakarlara qarşı
sərt və barışmaz mövqeyi ilə yadda qaldı. Təhsilin inkişafı, keyfiyyətin
yüksəlməsi, təhsilalanların
və təhsilverənlərin
hüquqlarının qorunması
istiqamətində tutarlı
addımlar atıldı.
Attestat ala bilməyən,
universitetlərin qapıları
üzlərinə ömürlük
qapadılmış gənclərə
özlərini sınamaq
üçün daha bir şansın verilməsi bəlkə də son illərin ən humanist addımlarından
biri oldu. Təhsilin inkişafında əsas sima hesab edilən
müəllimlərin seçim
proseduruna xüsusi yanaşmalar tətbiq edildi. Nazirliyin müəyyənləşdirdiyi əsas kriteriyalara sahib olmayanların, keçid balını qazana bilməyənlərin, aşağı
nəticə göstərənlərin
müəllimlik fəaliyyəti
yasaqlandı. 6 yaşı tamam olmayan, istedadlı uşaqların seçim prosedurları nizamlandı.
Ölkənin ucqar dağ kəndlərindən
hər il
övladlarının istedadlı
olduğunu düşünən
yüzlərlə valideynin
problemləri öz yaşadıqları ərazilərdə
yaradılmış seçim
komissiyalarında həll
edildi. Tədris ilinin uğurlarından danışarkən texniki
peşə təhsili
sahəsində həyata
keçirilmiş nəhəng
layihələri, ali təhsildə tam yeni bir addım olan
"SABAH" qruplarının yaradılmasını, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı"nın uğurla
davam etdirilməsini, təhsil sisteminin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində atılmış
ən mühüm addımları da xatırlatmaq yerinə düşər.
Əlbəttə, biz bir yazı ilə
Təhsil Nazirliyinin
son bir ildə gördüyü işlərə
qiymət vermək niyyətində deyilik. Yaddaş tipli
bu tezislərlə bizə məlum olan addımları bir daha nəzərdən
keçirmək istədik.
Ancaq məqsədimiz Azərbaycan təhsilində
son bir ildə baş vermiş yeniliklərlə bağlı
ayrı-ayrı mütəxəssislərin,
ekspertlərin, nüfuzlu
ictimaiyyət nümayəndələrinin, valideynlərin fikirlərini öyrənməkdir. Ona görə də bu sayımızdan başlayaraq
qəzetimizdə həmin
şəxslərin qeyd
olunan məsələlərlə
bağlı fikir və düşüncələrini
oxucularımıza çatdırmağa
çalışacağıq.
Hələ
bir neçə ay bundan əvvəl yeni təhsil nazirinin fəaliyyətə
başlamasının 100 günü
ilə bağlı mənə sual verilmişdi. Mən bildirmişdim
ki, qiymətim ümidvericidir. Yəni, bir
sıra məsələlərə
Təhsil Nazirliyinin yeni rəhbərliyinin yeni yanaşmaları təhsildə müəyyən
dəyişikliklərin olacağına
ümid verirdi. Düşünürdüm ki, təhsil
sahəsində yeniliklər,
atılan addımlar daha böyük səmərə verəcək.
İndi,
artıq bir illik fəaliyyətin ortada olduğu bir şəraitdə isə deyə bilərəm ki, həqiqətən də
o ümidlər artıq
özünü doğrultmağa
başlayıb. Görülən tədbirlərin müəyyən
bəhrəsi özünü
göstərməkdədir.
İlk növbədə,
mən ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"nın
qəbul olunmasını
yüksək qiymətləndirir
və İşçi
qrupu tərəfindən
2011-ci ildə mənim
də iştirakımla
hazırlanmış bu
sənədin qəbul
olunmasını Təhsil
Nazirliyinin uğuru hesab edirəm. Əminəm ki, Təhsil Nazirliyi tərəfindən
görülən və
görüləcək tədbirlər
mütləq öz müsbət bəhrəsini
verəcəkdir.
Ən
vacib məsələlərdən
biri kimi təhsil sistemindəki neqativ halların aradan qaldırılması
ilə bağlı əzmkarlıqla aparılan
mübarizəni qeyd etmək istərdim. İctimaiyyət arasında
olan bir adam kimi
deyə bilərəm
ki, bu fəaliyyət
çox bəyənilir.
Xüsusən də, yerində olmayan bəzi ali
və orta məktəb rəhbərlərinin
dəyişdirilməsi çox
müsbət qarşılanmışdır.
Digər
addımlar da ictimaiyyətdə rəğbət
doğurub.
Mən
uzun illər deyirdim ki, yay
tətilinin üç
ay yarım olması orta təhsil üçün düzgün
olmayan haldır. Çıxışlarımda dəfələrlə vurğulayırdım ki, dərs ilinin müddəti məsələsində
dəyişikliklər olmalıdır.
Bu sahədə indi gedən müzakirələr,
məndə olan məlumatlar göstərir
ki, Təhsil Nazirliyi tədris müddətinin artırılması
istiqamətində məqsədyönlü işlər aparır və bu, təhsilin inkişafı üçün
çox
yaxşı addım olacaqdır.
Xüsusi istedada
və yüksək təlim göstəricilərinə
malik tələbələrlə
görülən işlər,
ali təhsil müəssisələrində xüsusi qrupların yaradılması, həqiqətən
də ölkənin strateji maraqları baxımından və şəxsiyyətin daha da inkişaf
etdirilməsinə yönəlmiş
addımlar kimi çox təqdirəlayiqdir.
Prezidentin sərəncamı
ilə qəbul olunmuş xüsusi Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə
ali təhsil
almaq üçün
göndərilən tələbələrin,
gənclərin sayının
artmasını da mən ürəkdən bəyənirəm. Bu gün
bizim istedadlı gənclər nə qədər çox beynəlxalq təhsil təcrübəsinə yiyələnsələr, nüfuzlu ali məktəblərdə
təhsil alsalar Azərbaycanın sosial-iqtisadi
inkişafına bir o qədər yaxşı töhfələr verə
bilərlər.
"Ən yaxşı müəllim"
və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələrinin
Təhsil Nazirliyinin təşəbbüsü ilə
yeni məzmun və yanaşmalar əsasında aparılacağını
da çox yüksək dəyərləndirirəm. Çünki ən vacib məsələ budur ki, biz ilin müəllimini,
məktəbini qiymətləndirərkən
onların cari fəaliyyətləri ilə
bərabər innovasiya
yönümlülüyünü daha aydın müşahidə edə bilək, bununla da həmin innovasiyaların
məktəblərdə tətbiqi
ilə bağlı tədbirlər həyata keçirək.
Çox yaxşı
haldır ki, yeni nəsil məktəb direktorlarının
hazırlığına nazirlik
xüsusi diqqət yetirir. Müsabiqə yolu ilə
50 nəfər seçilib
və onlara xüsusi proqram üzrə təlim keçilir. Mənim
iki dəfə həmin kurs müdavimləri ilə görüşüm olub və deyə bilərəm ki, onların arasında ümumi təhsilin inkişafına töhfə
verəcək lider pedaqoqlar az
deyil.
İlk
peşə-ixtisas təhsilində
ciddi islahatların aparıldığını da
xüsusi vurğulamaq
istəyirəm. Azərbaycanın sosial-iqtisadi inkişafında
bu ən geridə qalmış təhsil sahəsinin yenidən qurulması çox böyük əhəmiyyət kəsb
edir.
Əlbəttə,
görülmüş işlərlə
bərabər qarşıda
duran vəzifələr
də həddən artıq çoxdur. "Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası" konkret
islahat istiqamətlərini,
onların həyata keçirilməsi yollarını
müəyyənləşdirir. Bütün bunların reallaşdırılması
sahəsində Təhsil
Nazirliyinə və nazirə uğurlar arzulayıram.
Asif
CAHANGİROV,
əməkdar müəllim,
tanınmış təhsil
eksperti
Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.3.