Məktəblilər ulu öndər Heydər Əliyevin

siyasi irsini maraqla öyrənirlər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası  Binəqədi Rayon Təşkilatında Binəqədi rayonundakı orta ümumtəhsil məktəblərinin Azərbaycan və rus  bölmələrinin şagirdləri üçün "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda növbəti seminar keçirilib.

Rayondakı bir neçə tam orta məktəbin Xl sinif şagirdlərinin iştirak etdiyi tədbirdə BŞTİ-nin Binəqədi rayonu üzrə komissiyasının sədri Vəzifə Məmmədova və həmin komissiyanın metodisti Lidiya Mustafayeva çıxış edərək seminarın əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, seminarın keçirilməsində  məqsəd gənc nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında yeni üsulmetodlarla tərbiyə etmək, onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşərilik konsepsiyasını, idarəçiliyini öyrətmək, təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.

Seminarın Azərbaycan bölməsində 248 nömrəli tam orta məktəbin tarix müəllimi Nərgiz Məmmədovanın "Müstəqilliyimiz uğrunda mübarizə" mövzusunda məruzəsi dinlənilib.

Məruzədə 1969-cu il iyulun 14-də Azərbaycanda  dönüş mərhələsinin təməlinin qoyulmasından,  ümummilli lider Heydər Əliyevin həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın tarixində yeni siyasi mərhələnin başlanmasından bəhs olunub.

Vurğulanıb ki,  ümummilli lider Heydər Əliyev rəhbərliyə başladığı ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin 40 ili ulu öndərimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir.

Daha sonra diqqətə çatdırılıb ki,  sovet dövründə ulu öndər Heydər Əliyev hər il minə yaxın azərbaycanlı gənci SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi.

Seminarın rus bölməsində məruzə ilə çıxış edən 100 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü - 1969-1982-ci illər ölkəmizin quruculuq salnaməsinə ən parlaq səhifə kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına iqtisadisosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi-rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə bu dövr Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmışdır.

Xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, cəmiyyətimizi vahid məfkurə ətrafında birləşdirmişdir.

Məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik dəyərlərini özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.

Sonra dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

Ölkənin digər rayonları kimi, Ağstafada da fevral-may ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycanın tarixinə  aid seçilmiş mövzular tədris olunur. 

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə may ayının 6-dək davam edəcək məşğələlərə rayonun 34 tam orta məktəbinin Xl sinfində təhsil alan 772 nəfər şagirdinin cəlb ediləcəyi nəzərdə tutulub. Bu günədək dərslərdə 461 nəfər şagird iştirak edib.

Müəllimlər dərslərin gedişi zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, 1993-cü ilin iyununda xalqın təkidi ilə Bakıya gəlişini,1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsini, 1994-cü il sentyabrın 20-də "əsrin müqaviləsi"nin imzalanmasını, ordu quruculuğu sahəsindəki fəaliyyətini, xarici siyasətdəki,   təhsil, mədəniyyət və idmanın inkişafı sahəsindəki uğurlu fəaliyyətini və s. məqamları əks etdirən video görüntülərdən məqsədyönlü şəkildə istifadə edirlər.

Bütün bunlarla yanaşı,  məşğələlərin müəyyən hissəsi Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev muzeyində keçilir  şagirdlərin həmin muzeydəki eksponatlarla  tanış olmaları təmin edilir.

Dərslərdə  ulu öndər Heydər Əliyevin siyasi kursunun  möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davaminkişaf etdirilməsi xüsusi olaraq şagirdlərin diqqətinə çatdırılır. 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.4.