Ailədaxili münaqişələrin

uşaqların psixikasına təsiri

 

Psixoloq məsləhəti

 

Müasir dövrümüzdə əvvəlki illərə nisbətən boşanmaların sayı artmışdır. Səbəblər isə müxtəlifdir. Boşanmalar əsasən cütlüklərin münasibətlərinin sona çatdırılması, uşaqların hər iki valideyn arasındakı mövcud münasibətlərdən psixoloji zərbə alması, doğmaların və yaxınların neqativ xatirəsi ilə yadda qalır. Səbirsizlik evliliyin boşanmaya çevrilməsinə gətirib çıxaran səbəblərdəndir.  Çünki səbr naşıları kamala çatdıran bir atəşdir. Bu atəşi yalın əllə tutmağa hazır olmayanlar evliliyə də hazır deyillər.  Ailədaxili münaqişələr zamanı üzr istəməyi bacara bilməmək boşanmaya gətirib çıxaran digər şərtlərdəndir. Üzr istəmək insan üçün bir əskiklik, qüsur deyil, əksinə bir üstünlükdür. Üzr istəməyi bacaran şəxs davamlı olaraq xəta işlətməkdən qaçır. Üzr istəməyi bilməyənlər heç bir zaman öz xətalarını görmürlər. Xətanın görünmədiyi yerdə isə xətadan geri dönmə olmazgün gələr xətalar zənciri formalaşar. Sonda tərəflər arasında pərdə götürülər və narahatlıqla başlanan vəziyyət boşanmaya qədər uzanar.

Bağışlamamaq və ya bağışlaya bilməmək isə hirsin yığılması, onun kin və nifrətə dönməsi ilə nəticələnir. Həyat yoldaşını bağışlamayan və ya  bağışlaya bilməyən şəxs zamanla kinə və nifrətə çevrilən hirsi, əsəbi ilə onu düşmən kimi görür.

Qeyd edək ki, son zamanlar Azərbaycanda da boşanmaların sayı xeyli dərəcədə artıb. Bu boşanmaların böyük bir hissəsi isə şəhərdə yaşayan ailələrin payına düşür. Boşanmalarüçün baş verir - sualı ətrafında   düşünsək, bu zaman ən çox təsadüf olunan  səbəbləri aşağıdakı kimi sıralaya bilərik:

* İqtisadi problemlər.

* Tərəflərin sosial-mədəni quruluş fərqləri.

* Ünsiyyətin alınmaması.

* Tərəflərdən birinin xəyanəti.

* Ailə daxilində şiddət və s.

Psixoloji streslər arasında ən geniş yer tutan faktorlardan biri də boşanmadır. Bir-birini sevməyən cütlüklər belə ayrıldıqda psixoloji stress keçirirlər. Ona görə boşanma dövründə nəinki uşaqlara, hətta ayrılan şəxslərə belə psixoloji yardım göstərilməlidir. Ən çox nifrət hissi ilə müşayiət olunan boşanmalar xəyanət səbəbindən baş verənlərdir. Bu tip boşanma adətən çox böyük qalmaqallar nifrət hissi, aqressiya, hirslə müşahidə olunur.

Boşanmaların səbəbindən asılı olmayaraq bu prosesin özü etik çərçivədə aparılmalı səbəb olursa-olsun, keçmiş həyat yoldaşına hörmət qoyulmalıdır. Boşanan tərəflər bu prosesdən ən çox əziyyət çəkən psixoloji travma alan məhz uşaqların olduğunu hər zaman unutmamalıdırlar. Təsəvvür edin ki, ən yaxın insanlar üz-üzə duraraq konflikt edirlər uşaqlar üçün onların hər bir hərəkəti heç bir vaxt unudulmayacaq bir zərbəyə çevrilir. Valideynlər (xüsusilə atalar) əgər boşanmaya qərar veriblərsə, bunu unutmamalıdırlar: Yoldaşımdan boşanıram, uşağımdan yox. Həyat yoldaşımın da mənim uşağımıza ehtiyacımız var.  Övladımızın da eyni zamanda,  həm mənə, həm keçmiş həyat yoldaşıma ehtiyacı var. O, tək birimizə aid deyil.

Boşanma dövründə uşaqların ən qəbul edə bilməyəcəyi məqam göz açdığı gündən etibarən birgə gördüyü valideynlərinin ayrılıq səhnəsidir.Valideynlər qərar verdikləri an  boşanmanın uşaqları üçün olduğu qədər özləri üçün çətin olduğunu unutmamalı boşanmanı bir son deyil, bir başlanğıc olaraq qəbul etməlidirlər. Bu zaman onlarda (əsasən analarda) hirs, təklik duyğusu, depressiya, qayğı kimi psixoloji problemlər ortaya çıxa bilər, bunlar təbiidir. Bu şəxslər ehtiyac olarsa professional kömək almaqdan çəkinməməlidirlər. Boşanmaya qərar verən tərəflər prosesin sonunadək emosiyalarını qoruyub saxlamağı bacarmalıdırlar. Çünki proses başa çatdıqdan bir müddət sonra tərəflərin birində dedikləri sözlərə, etdikləri hərəkətlərə, davranışlarına görə peşmançılıq hissləri baş qaldıra bilər. Boşanmalardan sonra yaşanılan depressiyaların ən böyük səbəbləri məhz bu cür amillər olur.

Qərarınızı qəti olaraq verdinizsə ya siz istəməsəniz yoldaşınız qəti olaraq sizdən boşanmaya qərar verirsə, uşağınızın boşanmadan mümkün qədər az təsirlənməsini təmin edə bilmək üçün aşağıdakı nüanslara diqqət yetirilməlidir:

* Boşanmaya qərar verməzdən əvvəl, həyat yoldaşınızla birlikdə hərəkət edərək övladınızın sizin ayrılmağınızdan az təsirlənməsini təmin etmək lazımdır, əks halda bu onun psixologiyasına, bir az da dəqiq desək, sağlamlığına çox böyük mənfi təsir göstərə bilər... Bəzən uşağın davranışı sizi yanılda bilər, yəni övladınızın heç anlamadığını düşünərsiniz. İnanın ki, bu gün , sabah da olmasa bir müddət sonra yaşadığınız xoşagəlməz hadisə uşaqlarınızda öz mənfi fəsadlarını göstərəcəkdir...

* Əsas məsələlərdən biri boşanmanın olduğunu boşanmadan sonra ana, ata uşağın həyatında kimi dəyişikliklər olacağı mövzusunda övladınızı məlumatlandırmaq maarifləndirmək lazımdır.

* Boşanma müddətində, şəhər ya ev, bağça dəyişdirmə, yeni bir evlilik s. həyati dəyişikliklər etməyin.

* Zəruri bəzi dəyişikliklər varsa, bunları pilləli  etməyə cəhd edin. Çünki hər dəyişmə, müsbət olsa əlavə səy tələb edir uşağınız üçün hamısına birdən uyğunlaşmanı təmin etmək çətin ola bilər.

* Uşaq ailənin boşanmadan əvvəl yaşadığı məkanda yaşamağa davam etməlidir.

* Uşağından ayrı yaşayacaq  valideynin  evdən ayrılması prosesi tədricən həyata keçirilməlidir. Bu zaman uşaq ayrılığa daha asan adaptasiya olur.

* Boşanmadan sonra ata-ana uşaqlar davamlı nizamlı olaraq görüşməyə davam etməlidirlər.

Bir vacib məqamı heç zaman unutmayın ki, siz artıq boşanmış olsanız  belə övladlarınız üçün  sevimli, hər zaman onların yanında olmanız arzu edilən ata-anasınız.

 

Aidə NƏBİYEVA,

Müasir Psixologiya Mərkəzinin baş psixoloqu

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.7.