Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur.
Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılsın.
2. Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə tapşırılsın ki:
2.1. Bakı şəhərinin
ümumi təhsil müəssisələrində
işləyən müəllimlərin ixtisaslar üzrə
siyahılarının bir həftə
müddətinə hazırlanmasını təmin etsin;
2.2. 2014-cü il may ayının 25-dək
hər bir ixtisas üzrə test
bankının hazırlanması, ekspertizadan
keçirilməsi, müəllimlərin sayına uyğun sual
kitabçaları və cavab
kartlarının çapı ilə əlaqədar tədbirləri
görsün;
2.3. müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi aparılacaq mərkəz, hər bir mərkəz üzrə rəhbər və
nəzarətçiləri müəyyənləşdirsin;
2.4. sınaq qiymətləndirmənin
məqsəd və mahiyyəti barədə pedaqoji
heyətin məlumatlandırılmasını təmin etsin;
2.5. sınaq qiymətləndirmədə
bütün müəllimlərin
iştirakını təmin etsin;
2.6. sınaq qiymətləndirmə
başa çatdıqdan sonra
cavab kartlarının
yoxlanılmasını təşkil etsin
və nəticələri rəhbərliyə təqdim etsin;
2.7. nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etsin və müəllimlər əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlasın.
3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova), Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İnsan resursları şöbəsi (F.Qədirov), Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Nazirliyində həyata keçirilən Layihələrin Əlaqələndirmə Qrupu (E.Rüstəmov), Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna (A.Zamanov) tapşırılsın ki, sınaq qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.
4. Bakı şəhərində
yerləşən dövlət ümumi təhsil
müəssisələrinin rəhbərlərinə
tapşırılsın ki, müəyyənləşdirilmiş
vaxtda müəllimlərin sınaq qiymətləndirmədə
iştirakını təmin etsinlər.
5. İqtisadiyyat şöbəsi (R.Orucov) sınaq qiymətləndirmənin keçirilməsi ilə əlaqədar müvafiq maliyyə məsələlərinin həll olunmasını təmin etsin.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına
nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Mikayı CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
6 may
2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.2.