Fəaliyyət
Planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan
Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı"nın icrasını təmin etmək məqsədi
ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. "Azərbaycan
Respublikasında 2014-cü ilin "Sənaye
ili" elan edilməsi
ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar Təhsil
Nazirliyinin Fəaliyyət
Planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin aidiyyəti şöbələri Fəaliyyət
Planında nəzərdə tutulan tədbirlərin
vaxtında yerinə yetirilməsi üçün
tələb olunan təşkilati işlərin
həyata keçirilməsini təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi
ilə birlikdə Nazirliyin internet
səhifəsində yerləşdirilməsini, "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, əmr
və Tədbirlər Planının çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
4. Əmrin icrasına
nəzarəti öz üzərimə
götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
2 may
2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.2.