ADU-da "Xarici dillərin tədrisinin
aktual problemləri" mövzusunda
konfrans
Mayın 7-də Azərbaycan Dillər Universitetində
(ADU) "Xarici dillərin
tədrisinin aktual problemləri" mövzusunda
Respublika elmi-praktik konfransı öz işinə başladı.
Əvvəlcə konfrans
iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstünü ziyarət
edərək önünə
gül-çiçək dəstələri
düzdülər. Sonra
ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş tələbələrin
əl işlərindən
ibarət rəsm sərgisinə baxış
keçirildi.
Respublika
konfransının plenar
iclası Azərbaycanın
Dövlət himninin səsləndirilməsi ilə
başladı. Plenar
iclasda Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı,
professor Səməd
Seyidov iştirakçıları
salamlayaraq hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətini
qeyd etdi. Universitetdə prioritet istiqamətlərdən birinin
müəllim peşəsini
inkişaf etdirmək,
müəllim yetişdirməklə
bağlı təklifləri
irəli sürmək
olduğunu söyləyən
S.Seyidov bu məsələ ilə bağlı Azərbaycanın
müxtəlif orta və ali
məktəbləri ilə
fikir mübadiləsi apardıqlarını bildirdi.
S.Seyidov ümummilli lider Heydər Əliyevin müəllimə,
təhsilə və elmə verdiyi qiymətin əsas olduğunu vurğuladı.
Rektor Səməd
Seyidov rəhbərlik
etdiyi ali təhsil ocağının
əsasının məhz
1973-cü ildə Heydər
Əliyevin sərəncamı
əsasında qoyulduğunu
konfrans iştirakçılarının
diqqətinə çatdırdı.
O, ümummilli liderin Azərbaycanda xarici dillərin öyrənilməsində
əvəzsiz xidmətlərinin
olduğunu da dedi. Rektor universitetdə 6000-dən çox tələbənin
oxuduğunu, yeni tədris ilindən isə tələbə sayının 7000-ə çatacağını
vurğuladı.
O, təhsil naziri
Mikayıl Cabbarovun ali
məktəblərdə "SABAH" qruplarının yaradılması
ilə bağlı atdığı addımı
yüksək qiymətləndirdi.
İki gün
davam edən konfransın plenar iclasında Təhsil Nazirliyinin Elm və ali təhsil
şöbəsinin Tələbələrə
dəstək və mübadilə proqramları
sektorunun müdiri Sülhəddin Gözəlov çıxış
edərək
artıq ənənə
halını alan əhəmiyyətli konfransda
iştirak etməkdən
məmnunluğunu ifadə
etdi. İnformasiya cəmiyyətində yaşadıqlarını
deyən S. Gözəlov indiki
dövrdə yalnız
gənc nəslin deyil, orta nəslin
də xarici dil bilməyinin vacibliyindən danışdı. Xarici dil tədrisinin
keyfiyyətinin yüksəldilməsi
baxımından konfransın
əhəmiyyəti vurğulandı.
Azərbaycanda xarici dil mütəxəssislərinin
yetişməsində ADU-nun vacib rol oynadığını
bildirən nazirliyin nümayəndəsi həyata
keçiriləcək "SABAH" layihəsindən söz açdı.
Bakı Dövlət
Universitetinin elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək
BDU və ADU arasında
birgə əməkdaşlıq
haqqında sazişin olduğunu xatırladaraq, universitetlərin əməkdaşlıq
etdiyini vurğuladı. O, BDU-da xarici dil müəllimlərinin
attestasiyasının aparılmasında
ADU-nun mütəxəssislərinin yaxından iştirak etdiyini qeyd etdi. BDU-nun prorektoru xarici
dillərin tədrisində yeni tədris metodlarının
öyrənilməsinin vacibliyini bildirdi.
Qafqaz Universitetinin
tədris işləri
üzrə prorektoru, professor Cihan Bulut çıxış
edərək konfransın
nəticələrindən faydalanacaqlarını, dil
öyrənmənin üstünlüklərini
qeyd etdi.
ADU-nun elmi işlər
üzrə prorektoru,
professor Dünyamin Yunusov
konfransın gedişatı
və strukturu ilə iştirakçıları
tanış etdi.
Plenar iclasda müxtəlif
mövzularda məruzələr
dinlənildi. Sonra
konfrans bölmələrdə öz işini davam etdirdi.
Mayın 8-də ADU-nun Heydər Əliyev adına
muzey-lektoriyasında konfrans öz işini bölmə
rəhbərlərinin hesabatları və yekun
sənədin qəbul edilməsi ilə başa
çatdırdı.
ADU-nun İctimaiyyətlə əlaqələr
departamenti
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.5.