Bakı Slavyan
Universitetində
beynəlxalq elmi konfrans keçirilib
5-7 may tarixlərində Bakı Slavyan Universitetində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr edilmiş
"Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda V Beynəlxalq
elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət
Heyəti və BSU-nun
birgə təşkilatçılığı
ilə keçirilən
tədbir başlamazdan
öncə iştirakçılar
Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edilərək məzarı
önünə güllər
düzülmüşdür.
Sonra
tədbir BSU-nun akt zalında keçirilən
plenar iclasla davam etdirilib. AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri, konfransın
təşkilat komitəsinin
sədri, professor Kamal Abdullayev tədbiri açaraq iştirakçıları
salamlayıb.
K.Abdullayev ümummilli lider Heydər Əliyevin yaratdığı
Bakı Slavyan Universitetində artıq beşinci ildir ki, təşkil edilən "Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda beynəlxalq
konfransın bu dahi şəxsiyyətin anadan olmasının ildönümünə həsr
edilməsinin təsadüfi
olmadığını vurğulayıb.
Qeyd
edib ki, azərbaycançılıq məfkurəsinin
dövlət siyasəti
səviyyəsində təzahür
tapması, Azərbaycanın
dünya ölkələri
sırasında tanınması
və layiqli yer tutması məhz ulu öndərin
gərgin və məqsədyönlü fəaliyyəti
nəticəsində mümkün
olub. Tədbirin məqsədlərindən, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və
həlli istiqamətində
mühüm əhəmiyyət
kəsb etməsindən,
bölmə iclaslarında
dinləniləcək məruzələrin
aktuallığından danışan
natiq beynəlxalq konfransda alimlərimizlə
yanaşı, 12 ölkədən
30-dan çox qonağın
iştirak etdiyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti Akif Əlizadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
BSU-nun rektoru, professor Asif Hacıyev bu konfransın yeni elmi istiqamətə,
yeni əməkdaşlığa
təkan verəcəyini
vurğulayıb və
tədbir çərçivəsində
Rusiya, Belarus, Bolqarıstan
və Polşa universitetləri ilə müqavilələrin imzalanacağını
bildirib.
Daha
sonra çıxış
edən Nəsimi
RİH-in başçısı Nəsib Məhəməliyev
ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz
xidmətlərindən söz
açıb.
Ural Federal Universitetinin kafedra müdiri Aleksandr Nesterov, Anadolu Universitetinin rektoru, professor Davut Aydın, İngiltərədə
fəaliyyət göstərən
Avropa Azərbaycan Cəmiyyətinin mətbuat
katibi Nil Vatson, Almaniyanın Johannes Qutenburq
Universitetinin professoru Haynrix Vişoten, Polşadakı Aleksandr Geyştor adına akademiyanın rektoru,
professor Adam Koseski və
digərləri çıxışlarında
müasir dünyada elmin, təhsilin önəmli rolundan, beynəlxalq konfransın əhəmiyyətindən bəhs
ediblər.
Sonra proqrama uyğun olaraq konfrans öz işini "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi",
"Heydər Əliyev
irsi və Azərbaycanın inkişaf
strategiyası", "Müasir
Azərbaycanda multikultural
cəmiyyət və millətlərarası münasibətlər",
"Azərbaycan müasir
beynəlxalq münasibət
sistemində", "Azərbaycanın
tarixi və mədəniyyəti" və
"Azərbaycan dili və ədəbiyyatı"
bölmələrində davam
etdirib.
Konfrans
çərçivəsində BSU-nun Polyak dili və
Mədəniyyət Mərkəzi
nəzdində Polyak dili bazar günü
məktəbinin açılışı
olub. Mərasimdə
BSU-nun rektoru, professor Asif Hacıyev və Polşanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Mixail Labenda iştirak ediblər.
Tədbir çərçivəsində
eləcə də xarici qonaqların iştirakı ilə ustad dərsləri, "dəyirmi masa"lar, Qubaya səfər təşkil olunub, həmçinin "Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda Beynəlxalq
elmi konfransın nəticələrinə dair
mətbuat konfransı
keçirilib.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.5.