Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət
Universitetində konfrans
Mayın 8-də ADMİU-da ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş "Qloballaşma
prosesi və Heydər Əliyev fenomeni" mövzusunda
elmi-nəzəri konfrans keçirildi.
Konfransı
giriş sözü
ilə açan rektor,
professor Fərəh Əliyeva Azərbaycan
tarixində qüdrətli dövlət xadimi,
misilsiz xidmətləri və
dühası ilə dünya miqyasında
tanınan ulu öndər Heydər
Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə
və milli-mənəvi dəyərlərimizə qayğısından söz açdı. Bildirildi
ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin.
Musiqimiz, teatrımız, kino
sənətimiz, heykəltaraşlıq, rəssamlığımız
və mədəniyyətimizin digər sahələri də bugünkü inkişafında ulu
öndərin çox dəyərli
ideyalarından və qayğısından bəhrələnib.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin
inkişafında yeni bir
dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz beynəlxalq
aləmdə tanındı. Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli
xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç
zaman tanınmamışdır. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf
etdirən insanların əməyini yüksək qiymətləndirir,
onların daim qayğısını
çəkirdi.
Qeyd olundu ki,
xalqımızın milli-mənəvi dəyərlərinin
kökləri çox qədim zamanlara gedib çıxsa
da, XX əsrdə onun
mədəni həyatında yeni bir dövr
başlamışdır ki, bu da Heydər Əliyevin
adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: "Hər bir xalq bir çox
xüsusiyyətləri ilə tanınır, sayılır və
dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü
mədəniyyətdir".
Fərəh
Əliyeva ulu öndərin təhsil və
mədəniyyət sahəsindəki konsepsiyalarının tarixi uzaqgörənliklə
formalaşdırılmasını xüsusilə diqqətə
çatdıraraq vurğuladı ki, Heydər
Əliyevin mədəniyyət konsepsiyası çox
dərin və geniş
anlayışdır. Bu gün Azərbaycanın təhsil və mədəniyyət
sahəsində Heydər Əliyev tərəfindən əsası
qoyulan müasir siyasətin
və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri
qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək
və inkişaf etdirmək, gələcəyə
inamla baxmaqdır.
Heydər Əliyev
ideallarını yeni tarixi
şəraitdə onun layiqli
davamçısı, Prezident İlham Əliyev uğurla
davam etdirir. Həmçinin
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
dünya ictimaiyyətinə
çatdırılması yönündə uğurlu
fəaliyyətini ulu öndərin mədəniyyət
konsepsiyasının davamı kimi dəyərləndirmək
lazımdır.
Ulu öndər Heydər Əliyevin
çoxşaxəli fəaliyyətində elm, təhsil, mədəniyyət, səhiyyə
və idmanın inkişaf etdirilməsi də
əhəmiyyətli yer tuturdu.
Fond da öz
növbəsində bu sahələrdə
layihələrin həyata keçirilməsinə, xüsusilə
də milli-mənəvi dəyərlərin qorunmasına və
təbliğinə yardım edir. Qürurverici haldır ki, bu gün Azərbaycan mədəniyyət
sahəsində bir çox
beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Konfransda qeyd olunmuşdur
ki, müasir Azərbaycan
dövlətinin qurucusu olan,
həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər
Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən,
bu böyük
insanın adının hər zaman dərin
ehtiramla anılmasına səbəb olan
amillərdən biri humanizm
prinsiplərinə söykənən nəcib əməlləridir.
Siyasi
uzaqgörənliyi, müdrikliyi, qətiyyəti
və əzmkarlığı ilə zəmanəmizin görkəmli
siyasi xadimi olan Heydər Əliyev öz
xeyirxahlığı, sosial ədalət
prinsiplərinə sadiqliyi, milli-mənəvi
dəyərləri daim uca
tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi
titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi iz
qoyub. Çıxış edən incəsənət
xadimləri ulu öndərin mədəniyyətə
olan qayğısından geniş
söz açdılar.
Konfransda "Heydər Əliyevin mədəniyyət
konsepsiyası", "Heydər Əliyev və
ifaçılıq sənəti", "Heydər Əliyev
və Azərbaycan teatrı", "Milli
mədəniyyətin hamisi",
"Əvəzolunmaz lider, uzaqgörən
şəxsiyyət", "Heydər Əliyev irsində milli muğam problemləri"
mövzusunda məruzələr dinlənildi.
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.7.