Təhsil Problemləri İnstitutu

elmi-praktik konfrans keçirib

 

Mayın 7-də Bakıdakı "Hyatt Regency" otelində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu "DYMO/Mimio" (ABŞ) şirkətinin ölkəmizdəki nümayəndəliyi - "Smart Technologies" şirkətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "İnteraktiv texnologiyalar müasir təhsil - 2014" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə Təhsil Problemləri İnstitunun professor-müəllim heyəti ilə yanaşı Təhsil Nazirliyinin nümayəndələri, Rusiya Türkiyədən olan mütəxəssislər, məktəb direktorları, müəllimlər, KİV nümayəndələri digər şəxslər iştirak edirdilər. Konfransın keçirilməsində məqsəd interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənilib yayılması bütövlükdə pedaqoji kadrların peşəkarlığının yüksəldilməsindən ibarət idi.

Konfrans çərçivəsində, həmçinin, təşkil olunmuş "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsinin qalibləri mükafatlandırıldı. Qeyd edək ki, müsabiqədə respublikanın şəhər rayonlarından olan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak etmişdir. Müsabiqəyə ən çox Bakı Şəki şəhərlərindən təqdim olunub. Xüsusi yaradılmış komissiya tərəfindən təqdim olunmuş işlər ekspertiza olunub. Həmin işlərdən 12-si finala vəsiqə qazanıb.

Konfransı giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışdı. Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayan Q.Novruzov ümummilli liderin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən söz açdı. Q.Novruzov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrin, tədbirlərin əhəmiyyətindən danışdı. Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən direktor bu sahənin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırdı, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verdi.

Tədbirdə çıxış edən interaktiv texnologiyalar üzrə mütəxəssis, Rusiya Federasiyasının Təhsilin İnformasiyalaşdırılması  Akademiyasının müxbir üzvü, dosent Sofiya Qorlitskaya, "Bekdata Texnoloji"- Mimio (ABŞ) şirkətinin Türkiyə türkdilli ölkələr üzrə regional nümayəndəliyinin ümumi direktoru Bekir Gül slaydlar vasitəsilə təqdimat etdilər.

Digər çıxış edən müəllim mütəxəssislər təhsillə bağlı fikirlərini bölüşdü, müsabiqənin əhəmiyyətindən danışdılar.

Konfransda mövzu ilə bağlı müzakirələr aparıldı, "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsində finala vəsiqə qazanmış işlərin təqdimatı oldu.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edildi.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.6.