Ən yaxşı
müəllimlərimiz
Şahsuvar ABBASOV,
İsmayıllı rayonu
Talıstan kənd tam
orta məktəbinin kimya müəllimi
1944-cü ildə İsmayıllı rayonunda
anadan olub. 1970-ci ildə keçmiş V.İ.Lenin adına
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini
bitirib. Həmin ildən Talıstan
kənd tam orta məktəbində müəllim
işləyir. Ali kateqoriyalı müəllimdir.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən
"Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif olunub. Azərbaycan Respublikasının
Prezidentinin 2010-cu il 4 oktyabr tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri
adına layiq görülüb. Yetirmələrindən 6 nəfəri Prezident təqaüdçüsüdür. Bundan başqa, bir çox şagirdi 600-dən
yuxarı bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil
olub. Yetirmələrindən
10 nəfəri müxtəlif
elmi dərəcələr
alıb. Onlarla şagirdi respublika
fənn olimpiadalarının
qalibi olub. Həmmüəllifi olduğu "Biologiya-testlər"
kitabı Təhsil Nazirliyi tərəfindən
ümumtəhsil məktəblərinin
müəllim və şagirdləri üçün
əlavə tədris
vəsaiti kimi təsdiq olunub.
Rövşən ƏLİYEV,
İsmayıllı rayonunun Lahıc
qəsəbə
tam orta məktəbinin fizika müəllimi
1968-ci ildə İsmayıllı rayonunun
Lahıc qəsəbəsində
anadan olub. 1992-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin fizika-informatika
fakültəsini bitirib.
2010-cu ildə keçirilən
" Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
olub. 2013-cü ildə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. 2013-2014-cü dərs ilindən VI siniflərdə
tədris olunan "Fizika" dərsliyinin və "İş dəftəri" metodik vəsaitin həmmüəllifidir.
2013-cü ildə "1 şagird
- 1 kompüter" layihəsində
iştirak edərək
qalib olmuş və çalışdığı
məktəbə 22 ədəd
netbook, 1 ədəd prometan lövhə, 1 ədəd proyektor qazandırmışdır.
Fəal müəllim
kimi respublikada aparılan təhsil islahatlarında yaxından
iştirak edərək
müasir təlim metodları və informasiya-kommunikasiya texnologiyalarından
bacarıqla istifadə
edir.
Hacıməmməd MƏMMƏDOV,
İsmayıllı rayon 6 nömrəli tam orta
məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
1950-ci ildə İsmayıllı rayonunda
anadan olub. 1976-cı ildə H.Zərdabi adına Gəncə
Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat
fakültəsini bitirib.
Rayonun ümumtəhsil
məktəblərinin gənc
dil-ədəbiyyat müəllimlərinə
öz qabaqcıl iş təcrübəsini
öyrədir. Bir qayda
olaraq, rayonda keçirilən elmi-praktik,
elmi-nəzəri konfranslarda
müxtəlif elmi-pedaqoji,
metodiki mövzularda müzakirələrdə yaxından
iştirak edir. Yetirmələri rayon və respublika
fənn olimpiadalarının
fəal iştirakçısı
və qalibi olub. "Səndən
başqa bir sevdiyim bəndə yox" şeirlər kitabının, "Eldən
gedən oğul",
"Uğur yolları",
"Ziya ocağı",
"İsmayıllı bələdiyyəsi
beş ildə",
"Həyata sığmayan
ömür" kitablarının,
həmçinin öz
ixtisası üzrə
dərslik və metodik vəsaitlərin və V-XI siniflər üzrə "Azərbaycan
dili və ədəbiyyatdan test" kitablarının
müəllifidir. 2002-2003-cü
tədris ilində respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində
məruzəsi Təhsil
Nazirliyinin I dərəcəli
diplomuna layiq görülüb. Yüzlərlə metodik məqalənin müəllifidir. Kütləvi İnformasiya Vasitələri
İşçilərinin Həmkarlar
İttifaqı Rəyasət
Heyətinin qərarı
ilə "Qızıl
qələm" mükafatına
layiq görülüb.
2007-ci ildə Təhsil
Nazirliyi tərəfindən
"Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş
nişanı ilə, 2010-cu ildə isə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə
"Tərəqqi" medalına
layiq görülüb.
Ruhiyyə MAHMUDOVA,
İsmayıllı şəhər 1 nömrəli
tam
orta məktəbin ingilis dili müəllimi
1979-cu ildə İsmayıllı rayonunda
anadan olub. Azərbaycan Dillər Universitetinin ingilis dili və
regionşünaslıq fakültəsini
bitirib. 2013-cü ildə
keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibidir. Respublikamızda həyata keçirilən
təhsil islahatlarında
yaxından iştirak edir. 2014-cü ildə
Təhsil Nazirliyinin,
"Microsoft" şirkətinin, "Mədəd-Azərbaycan" və
Britaniya Şurasının
birgə layihəsi olan "İngilis dili müəllimlərinin
peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi və sertifikasiyası"
layihəsinin
qalibidir.
2012-ci ildə kurikulum üzrə "Öyrədənlərin öyrədəni"
təlimçi kursunu
bitirmiş və
"təlimçi" statusuna
yiyələnmişdir. Təlim zamanı öyrəndiklərini
tətbiq edərək
dərslərini müasir
metodlarla qurur, dərsin daha maraqlı və rəngarəng keçməsi
üçün effektiv
metodlara üstünlük
verir. Peşə fəaliyyətini təkmilləşdirmək məqsədilə
Britaniya Şurasının
onlayn təlimində
distant təhsil alıb.
2014-cü ilin mart ayında ABŞ-ın Oreqon Universitetində
"İngilis dilinin xarici dil kimi
tədrisi metodikası"
(TESOL Methods) üzrə
distant təhsilini
yüksək göstəricilərlə başa vuraraq elektron təhsil üzrə "e Teacher" sertifikatına
layiq görülüb.
İzhar KAZIMOV,
İsmayıllı şəhər 1 nömrəli
tam orta
məktəbin riyaziyyat-informatika
müəllimi
1947-ci ildə İsmayıllı rayonunda
anadan olub. 1970-ci ildə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini
bitirib. Rayonda qabaqcıl təhsil
işçisi kimi tanınır. Şagirdlərə dərin və əsaslı bilik verməklə yanaşı,
dərslərin, dərsliklərin
məzmununun yaxşılaşdırılması,
dərslərdə texniki-təlim
vasitələrindən istifadə
edilməsi imkanları ilə bağlı səmərəli
təkliflər verib. Dərs dediyi şagirdlərdən
fənn olimpiada qalibləri, Prezident təqaüdünə
layiq görülənlər,
Türkiyə, Kipr,
ABŞ, Fransa, İngiltərə, Rumıniya və s. kimi ölkələrdə təhsil alanlar var.
Pedaqoji fəaliyyəti
dövründə Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin, rayon təhsil
şöbəsinin diplom
və fəxri fərmanları ilə təltif
edilmiş, metodist müəllim, ali kateqoriyalı müəllim
adlarını almışdır.
2007-ci ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasının qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif edilib.
2012-ci ildə isə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb.
Əsgər MANAFOV,
İsmayıllı şəhər 6 nömrəli
tam orta məktəbin
gənclərin çağırışaqədərki
hazırlığı rəhbəri
1957-ci ildə Bakı
şəhərində anadan
olub. 1989-cu ildə Moskva
şəhərində Şvernik adına Həmkarlar Hərəkatının
Ali məktəbinin iqtisadiyyat fakültəsini bitirib.
1998-ci ildən İsmayıllı şəhər
6 nömrəli tam orta məktəbində gənclərin
çağırışaqədərki hazırlığı rəhbəri
kimi öz fəaliyyətini davam etdirir. 1998-ci ildə qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması
İsmayıllı Rayon Təhsil Şöbəsində
rəsmiləşdirilib. Ali
kateqoriyalı müəllimdir.
Müxtəlif illərdə
bir çox fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə
mükafatlandırılıb. Hazırladığı hərbi
komandalar müxtəlif
illərdə respublikada
keçirilən "Cəsurlar",
"Şahin" hərbi
idman yarışlarında
yüksək nəticələr
göstərib. Komandaları
bu yarışlarda fərqləndiyinə görə
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
Fəxri fərmanı
ilə təltif olunub. 2011-ci ildə "Qarabağ uğrunda qələbəyə doğru"
şüarı altında
keçirilən güllə
atıcılığında komandası respublikanın
final yarışında I yerə layiq görülüb. 2012-ci ildə
yaz çağırışına
həsr olunmuş yarışda "Vətənin
müdafiəsinə hazıram!"
komandası Azərbaycan
çempionatının yekun
mərhələsində I yeri tutub. Ə.Manafovun dərs dediyi şagirdlərdən
61 nəfəri Ali Hərbi
Məktəbi bitirərək zabit kimi vətənə xidmət edir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin
müvafiq sərəncamı
ilə "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibi
olub. 2012- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasının qabaqcıl
təhsil işçisi" döş
nişanı ilə,
2013-cü ildə isə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi"
medalı ilə təltif olunub.
Hazırladı: Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.-
2014.- 16 may.- S.8.