Təhsil Nazirliyinin musiqi
məktəbləri yeni uğura imza atıb
Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi
Qran-Pri mükafatına layiq görülüb
İSESCO-nun, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi
Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin
təşkilatçılığı ilə Bakıda
keçirilən "İslam Dünyasının Gənc
klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq
müsabiqəsi"ndə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin X sinif şagirdi Zərifə
Alxazova violin ixtisası üzrə Qran-Pri mükafatına
layiq görülüb. Məktəbin VIII sinif şagirdi Elarə
Əliyeva fortepiano üzrə II yerə, hər ikisi violin
ixtisası olmaqla IX sinif şagirdi Cəmilə Əsgərzadə
II yerə, VII sinif şagirdi Əsədova Ləman III yerə
layiq görülərək laureat adını qazanıblar.
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin tələbələri də müsabiqənin
qalibləri sırasındadır. Kollecin bu festivala
qatılmış 5 nəfərdən ikisi fortepiano
ixtisası üzrə - II kurs tələbəsi Günel
Rizvanova diplomant və II kurs tələbəsi Eldəniz
Ələkbərzadə III yerə layiq görülərək
laureat adını qazanıblar.
Musiqi festivalında Türkiyə, Mərakeş,
Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran,
Qırğızıstan, İndoneziya və Azərbaycan
nümayəndələri iştirak edib. İfaçılar
2 yaş qrupu - 15 yaşadək və 15-20 yaş arası
qruplar üzrə yarışıblar.
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S.8.