Peşə təhsilində
yeniliklər
"Müasir Azərbaycan
Peşəkarları" layihəsi 18
nömrəli
Bakı Peşə Liseyində uğurla həyata
keçirilir
Son illər respublikamızda həyata keçirilən təhsil islahatlarında prioritet məsələlərdən biri də texniki peşə təhsili sisteminin təkmilləşdirilməsidir. Bu məqsədlə respublikamızda adıçəkilən sahənin inkişafı üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, yeni təlim metodları, interaktiv təlim üsulları geniş şəkildə tətbiq olunur. Belə layihələrdən biri də "Müasir Azərbaycan Peşəkarları" layihəsidir. Layihəni uğurla reallaşdıran ilk peşə-ixtisas məktəblərindən biri də 18 nömrəli Bakı Peşə Liseyidir. Layihənin və onun icrası yönündə görülən işləri təbliğ etmək və işıqlandırmaq üçün redaksiyamız 18 nömrəli Bakı Peşə Liseyi ilə əməkdaşlığa başlamışdır. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində liseydə fəaliyyət göstərən müxtəlif ixtisaslar üzrə qabaqcıl nəzəri təlim müəllimləri və ustaların iş təcrübəsini yaymaq məqsədilə bu nömrəmizdən başlayaraq silsilə yazıları oxucularımıza təqdim edirik.
Təhsil
Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi
və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi
məqsədilə "Müasir Azərbaycan
Peşəkarları" Layihəsinin icrasına
başlamışdır. 18 nömrəli Bakı Peşə Liseyi də layihəyə ilkin
qoşulanlar sırasındadır.
2013-2014-cü tədris ilində "Müasir
Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində
görülən işlərdən biri də
18 nömrəli Bakı Peşə Liseyində Almaniyanın BOSCH şirkəti ilə
birlikdə BOSCH Resurs Mərkəzi və
Tədris emalatxanası yaradılmasıdır.
Müqaviləyə uyğun olaraq BOSCH şirkəti liseyin
nəzdində tədris emalatxanası və nəzəri təlim
kabinetini yüksək səviyyədə maddi-texniki baza ilə təchiz
etmişdir.
BOSCH şirkətinin
təşəbbüsü ilə liseydə müəllim və
istehsalat təlimi ustalarına BOSCH şirkətinin istehsal
etdiyi alətlərlə
tanışlıq məqsədilə treninq keçirilmişdir. Liseyin
9 nəfər əməkdaşı BOSCH şirkətinin
sertifikatını almışdır. Hazırda həmin şəxslər
tələbələrə
BOSCH şirkətinin
istehsalı olan
alətlərdən istifadə qaydalarını öyrədirlər.
BOSCH elektrik
alətləri barəsində nəzəri biliklər BOSCH Resurs Mərkəzində verilir.
Nəzəri təlim dərsləri üçün
16 saat vaxt
ayrılmışdır. Mərkəz BOSCH elektrik alətləri, informasiya kommunikasiya texnologiyaları (kompüter,
proyektor) və digər lazımi əyani
vəsaitlərlə təchiz edilmişdir ki, bu da tələbələrin
bilik və bacarıqları müasir təlim metodları ilə mənimsəməsinə gətirib
çıxarır.
Tədris
proqramı BOSCH firmasının tövsiyəsi əsasında
hazırlanmış və Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsi
və Təhsil Problemləri İnstitutu İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi ilə
razılaşdırılaraq 18 nömrəli Bakı Peşə Liseyinin
Pedaqoji Şurasında təsdiq edilmişdir. Proqrama əsasən nəzəri təlim
dərslərinə 16 saat, istehsalat təlimi üçün
isə 24 saat vaxt
ayrılmışdır.
İstehsalat təlimi proqramı 4 əsas mövzunu əhatə edir:
Birinci mövzu - peşə
modulunun proqram pasportu əsasında qurulmuşdur.
Burada
proqramın tətbiq edilmə sahələri, modulun məqsədi və vəzifələri,
təhlükəsizlik texnikası və əməyin
mühafizəsi tələbələrə öyrədilir. Bu mövzu üçün
4 saat vaxt
ayrılmışdır.
İkinci mövzu -
"Peşə modulunun mənimsənilməsinin
nəticələri" adlanır. Bu mövzu
üçün 5 saat
vaxt ayrılmışdır və burada BOSCH elektrik alətləri
ilə burğulanmanın, mişarlanmanın, cilalanmanın,
frezerlənmənin aparılması qaydaları və eləcə
də bu alətlərlə işləyən
zaman təhlükəsizlik texnikası
qaydaları öyrədilir.
Üçüncü mövzu -
"Peşə modulunun strukturu
və məzmunu" adlanan mövzuda ağac emalı
üçün BOSCH elektrik
avadanlıqları, peşə modulu təliminin
məzmunu və ümumilikdə 18 nömrəli Bakı
Peşə Liseyində olan BOSCH elektrik alətləri barəsində məlumatlar
verilir. Bunun üçün 8 saat vaxt ayrılmışdır.
Dördüncü mövzu -
"Peşə modulunun həyata
keçirilməsi" adlanır və bu
mövzu üçün
7 saat vaxt
ayrılmışdır. Bu mövzuda istehsalat təliminin aparılması üçün maddi-texniki
təchizat tələbləri və təlimin məlumatla təchiz
edilməsi tələbələrə aşılanır.
İstehsalat təlimi BOSCH
elektrik avadanlıqları
emelatxanasında aparılır. Burada istehsalat təlimi zamanı tələbələrə ilk növbədə
iş yerinin
saxlanması tələbləri, təhlükəsizlik
texnikası qaydaları və eləcə də əməyin
mühafizəsi barəsində məlumat verildikdən sonra mövzuya uyğun olaraq alətlərdən
istifadə qaydaları başa
salınır və tələbələr həmin alətlərdən istifadə
etməklə təlimə başlayırlar. Burada
müəllimin əsas rolu tələbələrə
bəzi bacarıqları aşılamaqdır ki,
onlar həmin alətlərlə müstəqil
işləmək bacarığına yiyələnsinlər.
BOSCH elektrik
alətlərinin öyrədilməsinə 16 saat nəzəri
təlim üçün vaxt
ayrılmışdır.
Birinci mövzu üçün 2 saat
ayrılmışdır ki, burada proqramın tətbiqedilmə sahələri
modulun məqsədi və vəzifələri,
təhlükəsizlik texnikası və əməyin
mühafizəsi öyrədilir.
İkinci mövzuya 3 saat nəzəri təlim
ayrılmışdır. Bu mövzuda BOSCH elektrik alətləri
ilə mişarlama, cilalama,
frezerləmə əməliyyatları aparılması
qaydaları öyrədilir.
Nəzəri təlim
üçün 5 saat
vaxt ayrılmış üçüncü
mövzuda ağac
emalı üzrə BOSCH elektrik alətləri
və avadanlıqları peşə modulu
təliminin məzmunu və ümumi olaraq BOSCH elektrik avadanlıqları
və alətləri haqqında məlumat verilir.
Dördüncü mövzu üçün 6 saat nəzəri
təlim ayrılmışdır ki, burada minimum material-texniki təchizat tələbləri,
materialların növləri, təsnifat təliminin məlumatlarla təchiz edilməsi öyrədilir.
BOSCH elektrik
alətlərinin öyrədilməsi 3 əsas istiqamət
üzrə aparılır. Bu istiqamətlər
"Avtomobil təmiri çilingəri",
"İnşaatda tamamlama
işləri" və "Xarrat-dülgər, parket
ustası" ixtisasları
üzrədir.
Qeyd etmək lazımdır ki,
bu alətlərin öyrədilməsi
göstərilən hər bir ixtisas üzrə müxtəlif üsullarla aparılır. Belə
ki, tədris prosesinə hər bir ixtisas üzrə
lazım olan avadanlıqların öyrədilməsi
zamanı üstünlük o alətlərə verilir
ki, tələbələr ixtisasa
yiyələndikdən sonra həmin alətlərdən
daha çox istifadə
edəcəklər.
Məsələn,
avtomobil təmiri çilingəri
ixtisası üzrə təhsil alan tələbələrə
əsas etibarı ilə cilalama
maşınları (onların
növləri və istifadə sahələri), dəmir və plastik
kəsən kəsici alətlər, yonucu
alətlər, metal axtaran
alətlər və s. alət və avadanlıqlar barəsində daha geniş məlumat verilir və onların təsnifatı, işləmə
prinsipləri, işləmə sahələri, texniki
göstəriciləri, onlarla iş zamanı təhlükəsizlik
qaydalarına riayət edilməsi
və s. öyrədilir.
Nəzəri təlim
zamanı müasir təlim metodlarından
istifadə edilir ki, bu da, ilk
növbədə, keçilən mövzu
üzrə dərs planının hazırlanması və təlim
nəticələrinin müəyyənləşdirilməsinə gətirib çıxarır.
Məsələn, birinci mövzu olan "Peşə modulunun
proqram pasportu" tədris
edilən zaman aşağıdakı dərs
planından istifadə edilir.
Modulun adı:
Peşə modulunun proqram pasportu
Bu aşağıdakıları əhatə edir:
Təlim nəticəsi
1: Peşə modulunu və pasportunu bilir.
İcra meyarları:
a) Proqramın
tətbiq edilmə sahələrini bilir.
b) Modulun məqsədini
bilir .
c) Modulun vəzifələrini
bilir.
d) Təhlükəsizlik texnikası qaydalarını
bilir.
e) Əməyin mühafizəsini
bilir.
Açıqlama:
Tətbiq edilmə
sahələri: inşaat
işləri, xarrat, dülgər, parket işləri, nəqliyyat sahələri
Modulun məqsədi:
tətbiq edilən sahələr üzrə hər bir alətdən istifadə
bacarığının aşılanması
Modulun vəzifəsi: öyrənənlər
tam kursu bitirdikdən sonra bacarığa tam yiyələnərək işəgötürənlərin
tələblərinə cavab
verir.
Təhlükəsizlik texnikası qaydaları: hər bir alət
və avadanlıqla işləyən zaman təhlükəsizliyin təmin
edilməsini bilir.
Əməyin mühafizəsi:
işə götürənlərlə
müqavilə zamanı
onun hüquq və vəzifələrini
bilir.
Nəzəri
təlim dərsləri
zamanı əsas üstünlük təhsilalanların
daha fəal olmasına yönəldilir. Tələbələrə tapşırıq
verilən zaman müəllim müasir təlim metodlarına uyğun olaraq yalnız
müşahidəçi rolunu
oynayır ki, bu da mövzunun
mənimsənilməsi zamanı
tələbələrin diqqətini
problemin qoyuluşuna yönəltmək,
axtarış aparmaq,
diskussiyalara
girmək, informasiya-kommunikasiya
texnologiyalarından istifadə
edərək lazım
olan məlumatların
toplanması şəraitini yaradır. Bu da
onların daha aktiv olmasına gətirib çıxarır.
Nəzəri təlim
zamanı həm də tələbələrin
bilik və bacarıq səviyyələrinin
qiymətləndirilməsi aparılır.
Qiymətləndirmə əsas
etibarı ilə test tərtib etməklə və
ya şifahi sorğu yolu ilə həyata keçirilir.
Nəzəri
təlim zamanı tələbələrin fəallığını
artırmaq məqsədi
ilə dərsdə tələbələr 4-5 nəfərdən
ibarət qruplara ayrılır və hər qrupa ayrılıqda tapşırıqlar
verilir. Qruplar lazımı material və alətlərlə təchiz olunurlar. Tapşırıqlar verildikdən sonra
hər qrup öz tapşırıqlarını
yerinə yetirərək
onların icrasını
təqdim edirlər.
Burada məqsəd ənənəvi tədris
metodundan fərqli olaraq tələbələrin
fəallığını artırmaq, onları müstəqil axtarışlara
cəlb etməkdir.
Yerinə
yetirilmiş tapşırığı
qrup lideri təqdim edir. Bu zaman digər qruplar təqdimata qoşulur və suallarla qrup liderinə müraciət
edirlər. Bu isə bütün tələbələr
tərəfindən mövzunun
tam mənimsənilməsi ilə
nəticələnir.
Qeyd edək ki, digər müasir təlim metodlarını (klaser, karusel, BİBÖ və
s.) tətbiq etməklə
də mükəmməl
nəticə əldə
etmək mümkündür.
Belə
təlim metodu zamanı qiymətləndirmə
dərsin sonunda fəallıq və təqdimetmə əsasında
aparılır. Bu zaman
seçilmiş mövzu
əsasında aşağıdakı
meyarlar nəzərə
alınır:
Təqdimetmə,
fərqləndirmə, nəticə
çıxartma, əməkdaşlıq,
ünsiyyət.
İstehsalat
təlimi liseydə BOSCH
firmasının alət
və avadanlıqları
ilə təchiz edilmiş emalatxanada aparılır. İstehsalat
təlimi dərslərində
tələbələr əsasən
BOSCH firmasının alət
və avadanlıqları
ilə təmasda olur və bu
da onların bacarıqlarının artmasına,
müasir avadanlıqlarla
yaxından tanışlığa səbəb
olur. İstehsalat təlimi zamanı, ilk növbədə, tələbələrin
istifadə edəcəkləri
alət və avadanlıqlardan təhlükəsizlik
texnikasına riayətetmə
qaydaları aşılanır
və sonra isə onlara tapşırıqlar verilir.
Tapşırıqlar zamanı alət və avadanlığın
istifadə sahəsinə
uyğun olaraq hər bir tələbə
lazımi materiallarla təchiz edilir və onlar istehsalat
təlimi ustasının
nəzarəti ilə
verilmiş tapşırıqları
yerinə yetirirlər.
Təlimin sonunda tələbələrin
bacarığı qiymətləndirilir.
Nəzəri təlimdə
olduğu kimi, istehsalat təliminin sonunda da qiymətləndirmə zamanı
aşağıdakı meyarlar
nəzərə alınır:
* Tələbələr tərəfindən təhlükəsizlik
texnikası qaydalarına
riayət edilməsi.
* Alət və
avadanlıqlardan istifadə
qaydalarına əməl
edilməsi.
* Hazırlanmış məhsulun keyfiyyəti.
* İş yerinin sanitar qaydalarına əməl etməklə saxlanılması.
* Verilmiş tapşırığın
yerinə yetirilməsi
bacarığı.
Qeyd etmək lazımdır ki, liseyin Pedaqoji Şurasının qərarı
ilə 2013-2014-cü tədris
ili "İşəgötürənlərlə əlaqə ili" elan edilmişdir. Bu səbəbdən tələbələrin
istehsalat təcrübəsi
keçdiyi müəssisələrlə müqavilələr
bağlanılmış, müntəzəm
olaraq onlarla əlaqələr saxlanılmış,
istehsalat təlimi ustaları tərəfindən təcrübə
təşkil olunmuş
müəssisələrdə tələbələrə
təlimlər keçirilir.
İlk peşə-ixtisas
təhsili müəssisələri
üçün ilk dəfə
olaraq nəzərə
alınmışdır ki,
tələbələrin sınaq
işləri istehsalat
təcrübəsi keçirilən
müəssisələrdə götürülməsin və
buna görə həmin müəssisələrlə razılıq
əldə edilmişdir.
Bu da tələbələrin
həm məsuliyyətini
artırır, həm
də işəgötürənlərlə
əlaqələri genişləndirməyə
imkan verir.
Məqsədimiz
tələbələrin bilik və
bacarıqlarının daha da artırılması və işəgötürənlərin
peşə bacarığı tələblərinə cavab verməsidir ki, bu da tələbələrin
gələcəkdə işlə təminatı deməkdir.
Tofiq MƏMMƏDOV,
18 nömrəli Bakı Peşə Liseyində nəzəri təlim müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S. 10.