Qafqaz Universitetinin  komandası İKT

üzrə beynəlxalq yarışmanın qalibi olub

 

Azərbaycanlı tələbələrin hazırladığı robot bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb

 

Qafqaz Universitetinin  İnformasiya-Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzinin  robototexnika qrupunun "QUsumo" komandası 8-12 may 2014-cü il tarixlərində Rumıniyada keçirilən  "İnfomatrix" beynəlxalq yarışında iştirak edib. Müxtəlif ölkələrdən çoxlu sayda komandanın qatıldığı yarışda "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləşi robotu bütün "rəqib"lərini (digər komandaların anoloji robotlarını) məğlub edərək qızıl medala layiq görülüb.

Universitetdə kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirlinin iştirak etdikləri bu olimpiada robot sahəsində dünyada ən səviyyəli yarışmalardan hesab olunur. Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və müvafiq dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanırlar.

 

Y.ƏLİYEV,

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.8.